H.O.S.T
H.O.S.T | |
---|---|
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 2007–2012 |
Ölkə | |
Şəhər | |
Leybl | HOST Production, Dayirman Production |
Keçmiş üzvlər | |
www.havaodsutorpaq.com |
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur. 2009-cu ildə İsveçrədə baş tutan "Azərbaycan Günləri" adlı tədbirdə iştirak edən AiD və PRoMete "Addım-addım", "Enigma", "Qurtul" və "Dinlə" treklərini ifa edirlər
2007–2012-ci illərdə fəaliyyət göstərmiş qrupun 50-dən çox konserti baş tutub ki, onların ən böyüyü də 2012-ci il, 4 mart tarixində Dəniz vağzalında keçirilmiş "Beşikdən Məzara" adlı konsertdir. İlk konsertləri isə 2007-ci ilin 9 dekabrında "Yuğ Dövlət Teatr"ında baş tutub. Əlavə olaraq da "Reinkarnasiya"(21.02.2009), "Rekviem"(2010), "Qısa Qapanma"(2011), "Biz İnsan Deyilik"(2011) kimi konsertl��r ən yadda qalan və geniş auditoriyalı konsertlərdəndir.
Albomlar
[redaktə | mənbəni redaktə et]- Proloq (2007)[1]
- Qarada Qırmızı (2008)
- Qısa Qapanma (2009)
- EP v.01 (2009)
- Biz İnsan Deyilik (2010)
- 14 (2011)
- İşıq (2011)
Proloq
[redaktə | mənbəni redaktə et]Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup albomu pulsuz paylamağa qərar verir. Artıq ilin sonuna lazımi uğuru qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin sonunda isə yeni albom haqqında müzakirələr başlayır. Dekabrda keçirilən kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir. Artıq bir neçə treklər sinql kimi hazır olduğundan qrupun yeni albom ideasıyla bağlı fikirləri də yubanmır. Jamal Ali, Felon De Jure, Feck və ErranT təhsillə bağlı Türkiyədə olduğundan albom üzərində digər dördlük daha çox çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş.
Onsuz da planlaşdırılan tracklərin hazırlanma prosesi başlanır. "Həyatım Əllərimdə" və "How We Rappin`" sinqllarından sonra Alliance albom yazılışılarına başlayır.
Əvvəlcə "Propoqanda" treki ilə eyni adlandırılmaq istənən albom bir sıra müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – "Proloq".
Alboma daxil olan mahnılar:
- Qaraqan, Felon De Jure, Errant — Xronika
- Qaraqan, Errant — Yenə tək
- Felon De Jure, Qaraqan — Bakı
- Aid, Feck — Gəl gedək
- Qaraqan, Felon De Jure, Errant — Propoqanda
- Qaraqan, Aid, Dərviş — Ümidlər qəbiristanlığı
- Qaraqan, Promete, Aid — Yorğun
- Qaraqan — Mənim qaranlığım
- Qaraqan, Aid, Jamal Ali — Neçə
- Qaraqan, Felon De Jure, Errant, Jamal Ali, Promete — Hava od su torpaq
- Qaraqan, Promete, Jamal Ali — İstəmirəm
- Felon De Jure, Qaraqan — Məni qaytar
- Qaraqan — Proza
- Qaraqan, Jamal Ali, Errant — Həyatım əllərimdə
- Felon De Jure, Errant, Qaraqan — How we Rappin'
Ep v0.1
[redaktə | mənbəni redaktə et]Alboma daxil olan mahnılar:
- AiD — Sus və Dinlə
- AiD ft. ProMete — Bəstəkar
- AiD, ProMete ft. QaraQan — Enigma
- AiD — M (vokal Ayka)
- AiD ft. ProMete — Pıçıltı
- AiD ft. ProMete — Dinlə və Yoz
- ProMete — Adını Günəş Qoyacaq
- AiD ft. ProMete — Addım-Addım
- AiD ft. ProMete — Qurtul
- AiD ft. ProMete — Dövri-İntihar
- AiD ft. ProMete — Made in Baku (soundtrack)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "H.O.S.T ALLIANCE // Proloq 2007 Full Album". YouTube. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- H.O.S.T — Facebook səhifəsi
- H.O.S.T — X səhifəsi
- havaodsutorpaq — YouTube kanalı
- havaodsutorpaqtv — YouTube kanalı
- Qaradaqirmizi.com Arxivləşdirilib 2019-08-16 at the Wayback Machine
- PRo-Mete.com Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine
- PRoMete Blog Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine