Matuşkin soğanı

Vikipediya, azad ensiklopediya
(Allium materculae səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Matuşkin soğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir. Erkəkcik sapı qısa, bütöv, neştərvari, bizvaridir. Sütuncuq çiçəkyanlığından qısadır. Qutucuq 2 dəfə çiçəkyanlığından qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. İşıqsevəndir. Kseromezofitdir. Dekorativ bitkidir.

Naxçıvanın dağlıq və düzənlik hissəsində (Şərur, Kəngərli və Ordubad rayonları, Naxçıvan şəhərinin ətrafı) yayılmışdır. Aşağı və orta dağ qurşaqlarında qumluqlarda, quru, gilli və çınqıllı yamaclarda arst gəlinir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının təbii bərpası azalır, mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur. Sayı azdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın növ sayının azlığı, dekorativ və qida xüsusiyyətlərinə görə əhali tərəfindən intensiv toplanılması, otarılma. Tapdalanma və zoogen amillər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, yayıldığı sahələr xüsusi nəzarətə alınmalı, yeni yayılma yerləri axtarılmalıdır.