Şəmkirçay

Vikipediya, azad ensiklopediya
(Şəmkir çayı səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Şəmkirçay
azərb. Şəmkirçay
Ölkə  Azərbaycan
Keçdiyi ərazilər GədəbəyŞəmkir
Mənbəyi Kiçik Qafqaz:Hindaldağ
 • Yüksəkliyi 3200 m
Mənsəbi Kür
Uzunluğu 95 km
Su hövzəsi KürXəzər
Hövzəsinin sahəsi 1170 km²
Şəmkirçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Şəmkirçay Azərbaycanın fiziki xəritəsində:

40°39′44″ şm. e. 45°50′56″ ş. u.HGYO

40°56′47″ şm. e. 46°04′10″ ş. u.HGYO

Şəmkirçay - Kürün sağ qoludur. GədəbəyŞəmkir rayonları ərazisindən axır. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq yamacından götürür və Kür çayına qovuşur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 95 km, hövzəsinin sahəsi 1170 kvadrat km-dir. Sarısu və Ağdaşsu çaylarının birləşməsindən əmələ gəlir. Şamxorçay adını bu qollar qovuşandan sonra alır. Sarısu qolunun başlandığı sahə (Hindaldağın cənub ətəyi, hündürlüyü 3200 m) çayın mənbəyi hesab edilir. Başlıca qolları, sağdan Sarısu (uzunluğu 12 km), Qoşqar (uzunluğu 18 km), Şəmkir (uzunluğu 25 km), Əmiravan (uzunluğu 19 km), soldan isə Ağdaşsu (uzunluğu 11 km), Murquz (uzunluğu, 11 km) çaylarıdır.

Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz, yay fəsillərində qar suları çayda daşqınlar əmələ gətirir. Daşqın mart ayından başlayaraq iyun, iyul aylarına qədər (100-120 gün) davam edir. Bu dövrdə keçən axım orta illik axımdan 40-50 dəfə artıq.olur. Şamxorçay, TərtərçayAğstafaçay müstəsna olmaqla, Kiçik Qafqazın şimal-şərq hissəsinin ən sulu çayıdır.

Çayın orta illik su sərfi 8,37 kub m/san-dir. Bunun da. 40%-i yaz, 35%-i yay, 15%-i payız, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,0 kq/san, lillənməsi isə 250 q/kub m-dir. Çayın suyu orta mineral-laşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.

Çaydan suvarma işlərində istifadə. edilir.