İberiya çarlığı
Krallıq | |||
İberiya çarlığı | |||
---|---|---|---|
ქართლი�� სამეფო kartlis samepo | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Armazi Mtsxeta Tbilisi |
||
Dil | Qədim gürcü dili | ||
Rəsmi dilləri | Gürcü dili | ||
Din |
Bütpərəstlik Xristianlıq |
||
İdarəetmə forması | Monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
İberiya (gürc. იბერია, ივერია, yun. Ἰβηρία, lat. Iberia) — Şərqi Gürcüstanda antik və Bizans tarixçiləri tərəfindən adı çəkilən qədim dövlət. Əsası bir knyazlıq olaraq Makedoniyalı İsgəndərin generalı Azoy (აზონი) tərəfindən qoyulmuşdu. Bir dövlət kimi varlığına 580-ci ildə son qoyulmuşdur.
E.ə. IV - III əsrlərin dönəmində İberiya güclü dövlət idi. İberiyanın ən əhəmiyyətli şəhəri Msxeta idi. E.ə. 65-ci ildə Roma legionları Pompeyin sərkərdəliyi ilə İberiyaya soxuldular, lakin burada möhkəmlənə bilmədilər. E.ə. II əsrdə İberiya çar Farasmanın dövründə xeyli gücləndi. 337-ci ildə xristianlıq İberiyanın rəsmi dini elan olundu. Eranın əvvəllərində bu çarlıq çiçəklənmə dövrünü yaşayırdı. Bu dövrdə Roma ilə müttəfiqlik əlaqələrinin qurulması onun mövqelərini xeyli möhkəmləndirmişdir. IV əsrin sonlarında Sasanilər dövləti tərəfindən işğal olunan İberiyanın üzərinə ağır xərac qoyuldu. V əsrdə İberiyada hökmdar Vaxtanq I Qorqasalın başçılığı ilə Sasanilərə qarşı üsyan başlandı. Üsyanın yatırılmasından sonra Sasanilər İberiyada çar hakimiyyətini ləğv etdilər və onu özlərinin əyalətlərinə çevirdilər
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |