Ceyms Mid
Ceyms Mid | |
---|---|
ing. James Edward Meade | |
Doğum tarixi | |
Doğum yeri | Svineyc Birləşmiş Krallıq |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Kembric Birləşmiş Krallıq |
Milliyyəti | Birləşmiş Krallıq |
Elm sahəsi | Makroiqtisadiyyat |
İş yerləri | Kembric Universiteti, London İqtisadiyyat məktəbi |
Təhsili |
|
Tanınır | Beynəlxalq ticarət nəzəriyyəsi, Beynəlxalq investisiya dövranı nəzəriyyəsi |
Üzvlüyü | |
Mükafatları | 1977 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Edvard Mid (ing. James Edward Meade) (23 iyun 1907[1][2][…] – 22 dekabr 1995[1][2][…], Kembric, İngiltərə) — məşhur ingilis iqtisadçısı. 1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ceyms Mid özəl Malvern Kollecini bitirmişdir. 1926-cı ildə Oksford Universitetində təhsilə başlamışdır. Əvvəlcə klassik dərslər üzrə təhsil alsa da, sonradan fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxumuşdur və 1929-cu ildə fərqlənmə ilə məzun olmuşdur.
1930–1931-ci illərdə Kembric Universitetinin Triniti Kollecində ixtisas artırma keçmişdir. Bu müddət ərzində dövrün ən məşhur iqtisadçıları olan Dennis Robertson və Con Meynard Keyns ilə yaxın akademik əlaqələr qurmuşdur. Con Meynard Keynsin pul və məşğulluqla bağlı tədqiqatlarında iştirak edən Mid və yaxın dostları Riçard Ken, Pyero Sraffa və Robinzon Keynsin "Ümumi nəzəriyyə" kitabının hazırlanmasına böyük dəstək olmuşlar.
Sonralar Ceyms Mid 1937–1939-cu illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Millətlər Liqasının İqtisadiyyat Bölümündə iqtisadçı kimi işləmişdi.
II Dünya müharibəsi illərində hökumət kabinetində dövlət məmuru kimi işləmişdi. 1941-ci ildə Mid və Riçard Ston ilk dəfə ikili yazılışlı mühasibat hesablarına əsaslanaraq Böyük Britaniya üçün rəsmi milli gəlir və xərcləmə hesablarını hazırlamışdır. Bu, Dünyada geniş yayılmış Milli Hesablar Sisteminin hazırlanmasında bir başlanğıc olmuşdur.
1945-ci ildə İşçi Partiyası iqtidara gələndə Ceyms Mid Baş nazir Klement Ettlinin baş iqtisadi məsləhətçisi kimi mülkiyyəti dövlətləşdirmə və sosial həmrəyliyin artırılması siyasətlərinin inkişafında önəmli rol oynamışdır. 1947–1957-ci illərdə London İqtisadi məktəbində iqtisadiyyat üzrə professor olaraq işləmişdi. Bununla yanaşı beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi haqqında ödəmələr tarazlığı, ticarət və rifah haqqında çox önəmli iki kitabı çap olunmuşdur.
1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür.
Önəmli əsərləri
[redaktə | mənbəni redaktə et]- 1951 — Beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi — Ödənişlər balansı
- 1955 — Beynəlxalq iqtisadi siyasət nəzəriyyəsi — Ticarət və rifah
- 1965–1976 — Siyasi iqtisadın prinsipləri
- 1975 — Ağıllının iqtisadi siyasətinə radikal bələdçi
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ceyms Mid haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Ceyms Mid haqqında faktlar
- Ceyms Midin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 James Edward Meade // Brockhauz Ensiklopediyası (alm.).
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- 23 iyunda doğulanlar
- 1907-ci ildə doğulanlar
- 88 yaşında vəfat edənlər
- 22 dekabrda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Triniti Kollecinin məzunları (Kembric)
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- İngiltərədə vəfat edənlər
- İqtisadçılar
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları