İzmir sui-qəsdi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sui-qəsdi ortaya çıxardan Kritli Şövqinin yazdığı 15 iyun 1926-cı il tarixli bildiriş məktubu.

İzmir sui-qəsdiTürkiyə Respublikası prezidenti Mustafa Kamal Atatürkə 14 iyun 1926-cı il tarixində İzmirdə təşkil edilməsi planlanan sui-qəsd cəhdi. Aralarında köhnə nazirlər, deputatlar və qubernatorların da olduğu bir qrup tərəfindən planlanmış, ancaq həyata keçirilmədən qarşısı alınmışdır.

Sui-qəsdin İzmirin Kəməraltı bölgəsində həyata keçirilməsi planlanmışdı. Buradakı kəsişmədə dönmək üçün yavaşlayacaq Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəyin qaldığı Qaffqarzadə hotelindən və Gürcü Yusif ilə Laz İsmayılın olduğu hotelin altındakı bərbər dükanından atəş açılacaq və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi və Kritli Şövki ilə hadisə yerindən qaçılması, sonra isə kiçik gəmi ilə Xiosa keçilməsi planlaşdırılmışdı. Ancaq 14 iyun 1926-cı ildə Kritli Şövqinin İzmir icra hakimiyyəti orqanlarına yazdığı məktubda sui-qəsd və sui-qəsdin kimlər tərəfindən təşkil ediləcəyi barədə məlumat verdi. Bir müddət sonra 4 nəfər həbs edildi və günahlarını etiraf etdilər.

Bu hadisədən sonra İzmirə gələn İstiqlal Məhkəməsi heyəti tərəfindən keçirilən iclaslarda hadisənni arxasında daha geniş müxalif qrupun olduğu müəyyən edildi. İzmirdə 26 iyun — 13 avqust günləri arasında mühakimə edilən 40 nəfərdən 2-i qiyabi olmaqla 15-i edamla, biri isə sürgünlə cəzalandırıldı. Bir necə həftə sonra — 2 – 26 avqust günlərində Ankarada olan məhkəmələrdə mühakimə edilən 57 nəfərdən 4-ü edam, 6-sı sürgün, 2-si də həbs cəzasına məhkum edildilər. Bu iki mərhələdə ümumi 131 müttəhim haqqında təhqiqat aparılarkən, bunların 34-ü mühakiməyə ehtiyac görülməyərək azadlığa buraxılmışdır.

Mustafa Kamal Atatürk Bursa ziyarəti zaman mindiyi Gülcamal gəmisi ilə Mudanya sularında, 5 iyun 1926-cı ildə.

Osmanlı imperiyasının məğlubiyyəti ilə bitən I Dünya müharibəsinin ardınca 1918-ci ilin noyabr ayında təşkil edilən konqres ilə özünü buraxan İttihad və Tərəqqi cəmiyyətinin üzvləri bir necə qrupa bölünmüşdü. Bir qrup sultanla tərəfdaşlığa başlamış, cəmiyyətin liderlərindən bir qrup xaricə qaçmış, III qrup isə Qurtuluş müharibəsinə qatılmışdı. Son qrup da öz daxilində milli dövlət qurmağa tamamən tərəfdar olanlar və milli hərəkatın zəfərinin ardından köhnə sistemin yenidən qurulmasını istəyənlər olaraq ikiyə ayrılmaqda idilər.[1] 1922-ci ilin yanvar ayında İstanbulda Qara Kamal bəy tərəfindən İttihad və Tərəqqi cəmiyyətinin yenidən qurulması üçün işə başlanıldı.[1] 29 noyabr 1922-ci ildə İstanbulda Qara Kamal bəyin rəhbərliyində köhnə cəmiyyət üzvlərinin qatılımı ilə gizli iclas keçirildi.[2] Mustafa Kamal Atatürk tərəfindən cəmiyyətin yenidən qurulma fəaliyyətlərinə mane olmaq üçün İstanbula göndərilən Qılınc Əli bəy və Əli İhsan bəyin Qara Kamal bəy ilə danışmasından sonra bu gizli fəaliyyətə son verilmədi.[1] 1923-cü il seçkilərindən əvvəl məqalə yayımlayan köhnə İttihad və Tərəqqi üzvü və İstanbulu təmsil edən deputat Hüseyn Cahid bəy, İttihad və Tərəqqinin bu seçkilərə qatılmayacağını yazmışdı.[3] Ləğv edilmiş partiya adına yazılar yazan Hüseyn Cahid bəy 7 may 1915-ci ildə Çoruma ömürlük sürgünə məhkum edilmiş, qəzeti Tanin isə 16 aprel 1915-ci ildə qapadılmışdı.[3]

Mərkəzi hakimiyyətə qarşı fevral 1925-ci ildə başladılan və 1925-ci ilin yazında yatırılan Şeyx Səid üsyanından sonra, 4 mart 1915-ci ildə qəbul edilən Takrir-i Sükün qanuna istinad edilərək müxalif mətbuat susdurulmuş, 17 noyabr 1924-cü ildə qurulan və daxilində bəzi İttihad və Tərəqqi üzvlərinə yer vermiş, Kazım Qarabəkir paşanın rəhbərliyini etdiyi Tərəqqipərvər Cümhuriyyət Firqəsi də "dini hisslərə əsaslanaraq üsyanı dəstəklədiyi" səbəb göstərilərək 3 iyun 1925-ci ildə qapadılmışdı.[3] Ancaq partiya deputatları bitərəf olaraq TBMM-dəki varlıqlarını davam etdirirdilər.[3] Partiyanın qapadılmasından sonra İttihad və Tərəqqi cəmiyyətinin CHP-yə qatılmayan bəzi üzvləri gizli müxalif hərəkat olaraq İstanbulda var olmaqda idi.[1][3]

Digər tərəfdən 7 may 1926-cı ildə Ankaradan ayrılaraq ölkənin müxtəlif yerlərinə qatarla ziyarətlər etməyə başlayan Mustafa Kamal 8 mayda ƏskişəhərAfyonqarahisardan keçərək Akhisara, oradan da Konyaya çatdı.[4] 9 mayda Tarsusa, 10 mayda Mersinə, 16 mayda Adanaya, 18 mayda təkrar Konyaya, 20 mayda Bursaya, 13 iyunda isə Balıkesirə getmiş, 14 iyunda isə İzmirə getməyi planlamışdı.[5]

Sui-qəsdin üstünün açılması və həbslər

[redaktə | mənbəni redaktə et]
Sui-qəsd planının hazırlayıcılarından, TBMM I çağırış Lazıstan millətvəkili Ziya Xurşud bəy.

Balıkəsirdə olduğu zaman Mustafa Kamal paşa özünə qarşı İzmirdə sui-qəsd təşkil ediləcəyi məlumatını İzmir valisi Kazım bəydən aldı. Bu teleqrafda sözügedən sui-qəsd planını ortaya çıxaran məktub planda olan adlardan biri olan Kritli Şövki tərəfindən yazılmışdı. Teleqraf çatandan sonra 15 iyun gününü Balıkəsirdə qalmasından sonra Mustafa Kamal paşa yarım qalan gəzintisinə davam etmək və yaşananlar haqqında daha detallı məlumata sahib olmaq üçün 16 iyun günü İzmirə gəldi.[6] Digər tərəfdən 14 iyun günü Baş Nazir İsmət İnönüİzmirdən aldığı məlumatlarla sui-qəsd planını öyrənmişdi.[7] İsmət İnönünün İstiqlal məhkəməsi prokuror və hakimlərinə özünə gələn teleqrafları göstərməsinin ardıyca ilk iş olaraq qapadılmış Tərəqqipərvər Cümhuriyyət Firqəsi deputatlarının hamısının həbs edilməsinə, evlərinin yoxlanılmasına və tapılan bütün sənədlərin İzmirə göndərilməsinə qərar verildi. İstiqlal məhkəməsi heyəti isə İzmirə 17 iyunda İzmirə çatdı.[8]

Sui-qəsdin öyrənilməsinin ardıyca teleqrafda adı keçən şəxslərin həbs edilməsi üçün əməliyyata başlayan İzmir polisi ilk olaraq Ziya Xurşud bəyi qaldığı Qaffarzadə hotelində yatağının altında gizlətdiyi silah və bombalarla birlikdə həbs etdi.[9] Laz İsmayıl, Gürcü Yusif və Çopur Hilmi Raqib paşa hotelindı, Sarı Efe Ədib bəy isə İstanbuldakı Bristol hotelində həbs edildi.[9] Digər tərəfdən İstiqlal məhkəməsi heyəti Ankaradan ayrılmamışdan əvvəl köhnə Tərəqqipərvər Cümhuriyyət Firqəsi deputatlarının və bir necə köhnə İttihad və Tərəqqi cəmiyyəti üzvünün həbs edilməsinə qərar vermişdi. Həbs edilənlər arasında Türkiyə İstiqlaliyyət müharibəsində yer almış Kazım Qarabəkir paşa, Əli Puad paşa, Cəfər Təyyar, Bəkir Sami bəy, Rüştü paşa, Refet paşa ilə köhnə maliyyə naziri Cavid bəy də var idi. [10] Lakin baş nazir İsmət İnönü Ankarada həbs edilən Kazım Qarabəkir paşanın günahkar olmasına inanmadığı və deputatlıq toxunulmazlığının belə bir həbs etməyə mane olduğunu əsas gətirərək azad etdirdi. Araya Mustafa Kamal Atatürkün girməsi ilə İzmirə gedən İsmət İnönü məhkəmənin nəticələrini gözləyəcəyini elan etdi. Sui-qəsd cəhdi və onu törətmək istəyənlərin həbs edilməsi bilgisi 18 iyun günü Hakimiyyət-i Milliyə qəzetində yayımlanan bəyanat ilə ictimaiyyətə elan edildi. İstiqlal məhkəməsinin Anadolu agentliyinə verdiyi məlumata görə ilk mərhələdə Ankara, İzmirİstanbulda ümumi olaraq 49 nəfər həbs edilmişdi.[11] Cəhdin xalq tərəfindən öyrənilməsindən sonra başda İzmir olmaqla bir çox yerlərdə mitinqlər keçirildi.[12]

İzmir məhkəmələri və sui-qəsd planı

[redaktə | mənbəni redaktə et]

Məhkəmələr 26 iyun günü Elhamra kinoteatrı salonunda başladı.[13] İstiqlal məhkəməsi heyətinin rəhbərliyini Afyonqarahisardan deputat olan Əli Çətinqaya edərkən, üzvlüklərini Qaziantepdən deputat olan Qılınc Əli paşaAydından deputat olan Rəşid bəy, ehtiyat üzvlüyü isə Rizedən deputat olan Laz Əli edirdi.[14] Prokuror isə Dənizlidən deputat olan Nəcib Əli bəy edirdi. Məhkəmə üzvlərinin 4-nün adının Əli olmasına görə bu məhkəməyə bəzən Əlilər məhkəməsi də deyilir.[14] Müttəhimlər birbaşa sui-qəsddə iştirak edənlər, sui-qəsdi hazırlayanlar, sui-qəsdə birbaşa olaraq qatılmayıb, lakin Atatürk inqilablarına qarşı olan ittihad və Tərəqqiçilər, qapadılan Tərəqqipərvər Cümhuriyyəti firqəsi üzvləri və Paşalar olmaqla 4 qrupa ayrılaraq mühakimə edildi.[15]

Nəcib Əli, Əli Çətinqaya və Qılınc Əli məhkəmə salonuna hərəkət edərkən.

Keçirilən istintaq tədbirləri nəticəsində prokuror Nəcib Əli bəyin hazırladığı iddianamədə sui-qəsd cəhdinin kimlər tərəfindən, necə və nə vaxt planlandığı şübhəlilərin ifadələri əsasında qeyd edildi.[16] Bu iddianaməyə görə sui-qəsdin ilk öncə Ankarada olunması planlanmışdı və Türkiyə Böyük Millət Məclisində I dövr Lazıstan millətvəkili olan Ziya Xurşud bəy, oğurluğa görə əvvəllər həbs edilmiş Laz İsmayıl və Gürcü Yusif buna görə İzmit millətvəkili Əhməd Şükrü bəyin maddi yardımı ilə Ankaraya hərəkət edərək buradakı Tərəqqipərvər Cümhuriyyət firqəsinin baş mərkəzində qonaq olaraq qalmışdılar. Daha sonra Əhməd Şükrü bəyin evindəkı danışıqlarda sui-qəsdin yeri üçün Əskişəhər millətvəkili Arif bəyin Çanqaya yolu üzərindəki evinin qarşısındakı baxçası və döngələri, sonra da TBMM binası və nazirlər şurasının yığıldığı bina ilə Anadolu klubu düşünülsə də, Ziya Xurşud bəyin qardaşı olan Ordu millətvəkili onlara mane olmuşdu. Ərzincan millətvəkili Sabit bəyin də sui-qəsdi hökumətə bildirəcəyi barədə hədələrindən sonra bu plandan əl çəkildi. Sui-qəsdin daha sonra Bursada edilməsi düşünülsə də Laz İsmayıl diqqət çəkməmək üçün yanına Naciyə Nemət adlı qadını alaraq burada etdiyi müşahidələr nəticəsində şəhərin belə bir plan üçün uyğun olmadığını müəyyən etdi. ən sonunda sui-qəsdin İzmirdə edilməsi qərarlaşdırıldı. İstanbuldakı Əhməd Şükrü bəydən lazımı silah-sursatə v\ pulu alan Ziya Xurşud bəy, Laz İsmayıl və Gürcü Yusif 15 iyunda Gülcamal bərəsi ilə İzmirə gəldilər. İzmirə çatdıqdan sonra Ziya Xurşud bəy Qaffarzadə hotelinə, Laz İsmayıl ilə Gürcü Yusif isə Raqib paşa hotelinə yerləşdilər.[17]

Ziya Xurşud bəyə Əhməd Şükrü bəy tərəfindən verilən və Miralay Rasim bəy tərəfindən imzalanıb Sarı Efe Ədib bəyə xitabən yazılan məktub sayəsində üç sui-qəsdçi Sarı Efe Ədib ilə tanış oldu. Sarı Efe Ədib bəyin işçisi Çopur Hilminin də iştirakı ilə əvvəl Qarşıyakalı İdrisin bağında, sonra da Kritli Şövki adlı şəxsin evində toplanan qrup sui-qəsd planını qurmuşdu. Hazırlanan plana görə sui-qəsdin Mustafa Kamal Atatürkün İzmir ziyarəti zamanı, İzmirin Kəməraltı yönündə edilməsi qəbul edilmişdi. Baş Dayanacaq küçəsi (hal-hazırkı Anafartalar küçəsi) ilə Hökumət küçəsinin (hal-hazır ki 853-cü küçə) kəsiştiyi qovşaqda dönmək üçün yavaşlayacaq olan Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəy, Gürcü Yusif ilə Laz İsmayıl tərəfindən atəş ediləcək və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi ilə Kritli Şövki ilə birlikdə hadisə yerindən qaçılacaq və daha sonra Kritli Şövkinin idarə edəcəyi gəmi ilə Saqqız adasına keçiləcəkdi. [16] Bütün bu sui-qəsd planı Sarı Efe Ədib bəyin İstanbula getməsindən şübhələnən Kritli Şövkinin sui-qəsd planını Atatürkə bildirməsi üçün izmir valisi Kazım bəyə verməsi ilə aşkar oldu.

Laz İsmayıl məhkəməyə gətirilərkən.

İzmir məhkəmələrindəki dindirmələr

[redaktə | mənbəni redaktə et]

İddianamənin oxunmasının ardıyca ilk sorğulama Ziya Xurşud bəy ilə edildi. Sui-qəsdi köhnə Ankara valisi Əbdülqədir bəy ilə planladıqlarını, pulları olmadığına görə özlərinə dəstək təmin etmək üçün İzmit millətvəkili Əhməd Şükrü bəy ilə görüşdüklərini, daha əvvəl AnkaraBursada sui-qəsd planlasalar da, reallaşdıra bilmədiklərini bildirdi. Sui-qəsd barədə bütün məlumatları danışan Ziya Xurşud bəyin ifadələri daha sonra sorğulanan Laz İsmayılın, Gürcü Yusifın və Çopur Hilminin də ifadələri ilə paralellik təşkil edirdi.[16] Çopur Hilmidən sonra sorğulanan Sarı Efe Ədib bəy sui-qəsddən bir gün əvvəl istanbula gediş səbəbini vəziyyəti Cəlal bəyə bildirmək istəməsi ilə əlaqələndirmişdi. Sui-qəsd üçün onu Əhməd Şükrü bəyin təhrik etdiyini və lazımı maliyyənin onun tərəfindən təmin edildiyini bildirmişdi.[18] Sonradan sorğulanan Miralay Rasim bəy və Abidin bəy müttəhimlərlə əlaqələrinin olmasını rədd etdilər. Bu sorğulamalarla birlikdə sui-qəsddə birinci dərəcəli günahkar olanların sorğulamaları sonlandı. Ziya Xurşud bəyin böyük qardaşı Faiq bəyin ifadəsinə görə Rauf bəyin ona qardaşı Ziya Xurşud bəyin sui-qəsd hazırladığını vı bunu Sabit bəydən öyrəndiyini, buna mane olunmasını istədiyini demişdi. Faiq bəy bundan əlavə Ziya Xurşud bəyin bunu rədd etməsindən sonra, Arif bəyin Çanqayadakı evinə gedərək məlumat almaq istədiyini və orada Əhməd Şükrü bəyə rast gəldiyini bildirdi. Daha sonralar isə Rauf bəyin Kazım Qarabəkir paşa ilə Rıfat paşaya da hadisəni izah etdiyini, ancaq bunların uydurma olduğunu düşünərək səssiz qaldıqlarını sözlərinə əlavə eləmişdi.[19] Faiq bəyin ardıyca sorğulanan Əhməd Şükrü bəy sui-qəsdlə əlaqəsinin olmadığını, Ziya Xurşud bəyi hərdən gördüyünü və Laz İsmayılı heç tanımadığını deyərək bütün ittihamları rədd etdi. Ziya Xurşud bəy Sarı Efe Ədib bəyə çatdırması üçün verdiyi məktubun tütün ticarəti ilə bağlı olduğunu deməsinin ardından Miralay Rasim bəy və Sarı Efe Ədib bəy ilə üzləşdirildi. Sarı Efe Ədib bəy sui-qəsdi birlikdə hazırladıqlarını və gələn məktubun sui-qəsdlə əlaqəli olduğunu desə də, Əhməd Şükrü bəy bunları qəbul etmədi.[19] Miralay Rasim bəy isə sarxoş olan Əhməd Şükrü bəyin istəyi ilə Sarı Efe Ədib bəyə məktub yazdığını qəbul etmişdi. Sonralar da sorğulanan Arif bəy isə Ziya Xurşud bəyi gecə klubunda görüb tanış olduğunu, Laz İsmayılın evində qalmadığını və sui-qəsdlə əlaqəsinin olmadığını desə də, edilən üzləşdirmələrdə Laz İsmayıl Arif bəyin onu öz şəxsi avtomobilinə alaraq evinə gətirdiyini bildirdi. Arif bəyin sürücüsü və xidmətçisi Ayşənin də bu məzmunlu ifadəsinə baxmayaraq Arif bəy bütün bunları rədd etdi.

Digər tərəfdən sui-qəsd hadisəsiylə əlaqəsi olmadığına qərar verilən Bursa millətvəkili Osman Nuri bəy Trabzon millətvəkili Əhməd Muxtar bəy, Ərzurum millətvəkili Münir Xosrov bəy, İzmit millətvəkili Mustafa bəy, Kastamonu millətvəkili Halit bəy, Qars millətvəkili Ömər bəy və Sarı Efe Ədib bəyin qayını Doktor Mustafa Şövkət sərbəst buraxıldı.

Prokuror Nəcib Əli bəyin 30 iyun günü yayımlanan iddianaməsi sui-qəsdin əsas günahkarları xaricindəki paşalar və digər şübhəlilərlə əlaqədar hazırlanmışdı. Bu iddianamədə adı keçən şəxslər sui-qəsdin düşüncə və planlama mərhələsindəki iştirakları və xəbərdar olmaqda günahlandırılırdılar.[20]

Sabit bəyin köhnə ifadəsini təkrarlamasının ardıyca sorğulanan Rüştü paşa sui-qəsdlə əlaqəsinin olmadığını, Sabit bəydən Şükrü bəyin sui-qəsdlə maraqlandığını eşitdiyini və sonradan da bunu yalanladığını bildirdi. Kazım Qarabəkir paşa sorğusunda sui-qəsddən xəbərinin olmadığını, xəbəri olanların da hökumətə xəbər verməsinin gərəkdiyini və Tərəqqipərvər Cümhuriyyət firqəsi üzvlərindən iştirakçı varsa partiyanı belə buraxa biləcəyini bildirdi. Sonrasında sorğulanan Əli Fuad paşa da sui-qəsdlə əlaqəsinin olmadığını, içki süfrələrindəki sui-qəsd söhbərlərini reallıq kimi qəbul etmədiyini dedi, eyni məzmunlu ifadəl��r Cəfər Təyyar paşa və Refet paşa tərəfindən də verildi.[21] Paşaların ardından sorğulanan Halis Turqut bəyuin sui-qəsd hadisəsi ilə heç bir əlaqəsinin olmadığını irəli sürməsindən sonra, Ziya Xurşud bəy ilə üzləşdirildi. Bu üzləşdirmədə Ziya Xurşud bəyin İstanbulda Əhməd Şükrü bəy ilə görüşdüklərini və sui-qəsdi danışdıqlarını, Halis Turqut bəyin özünə verməyi söz verdiyi silahları vermədiyini açıqlamasına baxmayaraq Halis Turqut bəy bütün bu olanların yalan olduğunu dedi. 6 iyulda sorğulaması edilən köhnə maliyyə naziri Cavid bəy də ittihamları rədd etdi. Bu sorğulamanın ardından prokuror Nəcib Əli bəy əldə etdiyi məlumatlara dayanaraq hadisənin İzmirdə planlanan sui-qəsd və qarışıqlıq çıxardaraq hökumətin devrilməsi olmaqla iki üzlü olduğunu irəli sürərək, bu ikinci qismin Ankarada müzakirə edilməsini istədi. Beləcə 9 şübhəlinin mühakiməsi Ankaraya köçürüldü.

Gürcü Yusif və Laz İsmayıl məhkəmələri zamanı.

Sorğulanan İstanbul millətvəkili İsmayıl Canbulat bəy Cavid bəyin evindəki görüşünün Mustafa Kamal Atatürkə təqdim edəcəkləri təkliflə əlaqəli olduğunu, sonrakı görüşün də Qara Kamal bəyin Mustafa Kamal Atatürklə keçirdiyi görüşün nəticələrini öyrənmək üçün olduğunu və sui-qəsddən xəbəri olmadığını bildirdi. 8 iyulda prokuror Nəcib Əli bəy Tokat millətvəkili Bəkir Sami bəy, Afyonqarahisar millətvəkili Kamil bəy, Tunceli millətvəkili Firudin Fikri bəy, Mersin millətvəkili Bəsim bəy, köhnə Ərzurum millətvəkili Necatə bəy, Qaziantep millətvəkili Hafiz Mehmed bəy, köhnə Sivas millətvəkili Qara Vasif bəy və köhnə İsparta millətvəkili Camal paşanın sui-qəsd hadisəsini eşitdikdən sonra Refet paşanın evndə toplandıqları üçün, hadisənin başlanğıcını hazırlayaraq Avropaya getdiklərini irəli sürdüyü Rauf bəy, İstanbul millətvəkili Adnan bəy və köhnə İzmir valisi Rəhmi bəyin qiyabi olaraq mühakimə edilmələrini istədi. Bu istəyin ardından adı keçən şəxslərin sorğulanma prosesi başladı. Yaşlı adam olduğundan iqtidar hərisliyinə sahib olmadığını deyən Bəkir Sami bəyin ardından danışan Firudin Fikri bəy görüşlərinin bir məqsədi olmadığını və Əhməd Şükrü bəyin milət vəkili olmasına baxmayaraq həbs edilməsini müzakirə etdiklərini bildirdi. Besim bəy, Gümüşxana millətvəkili Zəki bəy və Canik millətvəkili Əhməd Nafiz bəyin sorğularında da özlərinin mövzu ilə əlaqələrinin olmadıöını bildirmələrinin ardından köhnə Mersin millətvəkili Səlahəddin bəyin sorğusuna keçildi.[22] Müxalif partiya olmadan demokratiya olmayacağı fikrini müdafiə edən Mersin millətvəkili Səlahəddin bəy Qara Kamal bəy ilə qurduğu münasibətin sadəcə onun siyasi bacarığından faydalanmaq olduğunu bildirdi.[22] Hüseyn Avni öz düşüncələrinə uyğun gəldiyi üçün Tərəqqipərvər Cümhuriyyət firqəsinə qatıldığını, İttihadçılarla sadəcə bilgi əldə etmək üçün görüşdüyünü və partiyanın qapadılmasını o dövrün şərtləri ilə normal qarşıladığını bildirdikdən sonra sui-qəsd haqqındaməlumatının olmadığını bildirdi[22]. Hadisə ilə əlaqəsinin olduğunu etiraf edən Hafiz Mehmed Ziya Xurşuda rast gəldiyi gün Sabit bəy, Halis Turqut və Rauf bəyin də onlara kömək etdini bildirdi.[22]

11 iyul günü prokuror Nəcib Əli bəy tərəfindən oxunan iddianamədə sui-qəsd haqqında Əli Fuad paşa və dostlarının məlumatı olduğu və Ankarada edilməsi planlanan sui-qəsdə yalnızca Sabit bəyin mane olmağa çalışdığını bildirdi. İddianamədə Əhməd Şükrü, Miralay Rasim, Ziya Xurşud, Laz İsmayıl, Gürcü Yusif, Çopur Hilmi, Hafiz Mehmed, Qara Kamal ilə Əbdülqədir bəyin edamı, Halis Turqut, İsmayıl Canbulat, Rəhmi bəy, Sürmeneli Vahab, Adnan bəy, Rauf bəy və Rüştü paşanın həbsi, Kazım Qarabəkir paşa, Cəfər Təyyar paşa, Əli Fuad paşa, Refet paşa, Camal paşa, Sabit bəy, Münir Xosrov bəy, Faiq bəy, Bəkir Sami bəy, Kamil bəy, Zəki bəy, Besim bəy, Firudin Fikri bəy, Halit bəy, Necati bəyin bəraətləri istəndi.[16]

İzmir məhkəmələrindəki müdafiələr

[redaktə | mənbəni redaktə et]

Edilən sorğulamaların və hazırlanan iddianamənin ardından şübhəlilər müdafiələrini etmələri üçün 12 iyun məhkəmə salonuna gətirildi. İlk olaraq müdafiəsini edən Ziya Xurşud sui-qəsd etməyi planladığını və bu planı tədbiq etməyə başladığını boynuna alsa da, konstitutsiyanı dəyişdirmək və hökuməti devirmək ittihamlarını qəbul etməyərək Türk Cəza Qanunun 46-cı maddəsinə uyğun olaraq sürgün edilməsinin lazım olduğunu bildirdi. Sui-qəsd təşəbbüsünə qatıldığını bildirsə də günahkar olmadığını bildirən Sarı Efe Ədib İstanbula gəlib Cəlal bəyi sui-qəsd planından xəbərdar edəcəyini bildirdi və ona hökm çıxarılan zaman bunun nəzərə alınmasını xahiş etdi. Gürcü Yusif ilə Laz İsmayıl cahil olduqlarını və aldadıldıqlarını irəli sürərək bağışlanmalarını istədilər. Çopur Hilmi sui-qəsd təşəbbüsünü öncə vətənə xidmət hesab etdiyini, sonradan hər şeyi başa düşüb vəziyyət barədə hökumətə məlumat verməyi qəbul etsə də, Kritli Şövkinin ondan əvvəl davrandığını bildirərək bağışlanmasını xahiş etdi. Əhməd Şükrü iddiaların əsəssız olduğunu, onu kimi bir şəxsin sui-qəsd barədə fikirləşməyəcəyini bildirdi. Özü haqqındakı bütün ittihamları rədd edən Arif bəy sui-qəsd iclaslarından xəbərinin olmadığını, Laz İsmayılın evində qalmadığını və bu mövzuda xidmətçisi və sürücüsünün yalan ifadə verdiyini bildirdi. Məsum olduğunu və heç bir işə qarışmadığını deyən Abidin bəy özündən istənilən pulu vermədiyini və Rüştü paşa ilə olan danışıqları xəstə olduğuna görə xatırlamadığını bildirdi. Hafiz Mehmed əvvəllər sui-qəsdə daxil olduğunu, ancaq sonradan bundan əl çəkdiyini bildirərək günahsız olduğunu dilə gətirdi. Miralay Rasim bəy əlavə bir müdafiə etməzkən, Sürmüneli Vahap əmisi Hafiz Mehmed bəyə iş tapma məqsədilə müraciət etdiyini, əmisinin də onu Ziya Xurşuda yönəltdiyini, özünün cahil olduğuna görə heç nəyi başa düşmədiyini bildirərək, bağışlanmasını xahiş etdi. Qarşıyaxadakı bağında edilən görüşün niyə edildiyini bilmədiyini iddia edən İdris, hadisə ilə əlaqəsinin olmadığını deyən Naciyə Nemət xanım, İsmayıl Canbulat bəy və Halis Turqut günahsız olduqlarını müdafiə etdilər. Hər hansı bir müdafiə etməyən Rüştü paşa məhkəmənin insaf və ədalətinə sığındığını bildirdi. Kazım Qarabəkir paşa, Əli Fuad paşa, Refet paşa, Cəfər Təyyar paşa və Bəkir Sami bəy müdafiə etməyəcəklərini bildirdilər.[23]

Refet Paşa]] məhkəməni tərk edərkən.]]

İzmir məhkəmələrinin nəticələri

[redaktə | mənbəni redaktə et]

İzmir məhkəmələri 13 iyul 1926-cı ildə sonlandı.[24] Mühakimə edilən 49 nəfərdən sui-qəsd hazırlıqlarında birbaşa qarışan və bu planlardan xəbəri olub da hökumət orqanlarına xəbər verməyən 15 nəfərin edamına, bir nəfərin 10 il həbsinə, 9 nəfərin kənar saxlanılıb, məhkəmələrinin Ankarada olacaq İttihadçılar məhkəməsi ilə birgə aparılmasına və yerdə qalan 24 nəfərin bəraət etməsinə qərar verildi.[25] Məhkəməyə qatılmayan və haqqında qiyabında ölüm hökmü çıxarılan Əbdülqədir bəy Bolqarıstana qaçmaq istəyərkən həbs edilərək Ankarada mühakimə edildi. Məhkəmədən qaçan Qara Kamal isə 27 iyul günü İstanbulda həbs edilmək üzrəykən intihar etdi.[26] Edamlar 13–14 gecəsi İzmirin müxtəlif yerlərində yerinə yetirildi.[27] Reallaşdırılan edamlardan sonra cənazələr ilk əvvəl Mərkəzi Xəstəxanaya aparıldı. Sonra isə Kadifəqala yaxınlığındakı Kokluca məzarlığında dəfn edildilər.[27] İzmirdə olan məhkəmələrdə həbs edilənlər və onlara qarşı oxunan hökmlar aşağıdakı kimidir:[28]

Edam cəzası verilənlər:

  • Ziya Xurşud
  • Laz İsmayıl
  • Gürcü Yusid
  • Çopur Hilmi
  • Əhməd Şükrü bəy
  • Arif bəy
  • İsmayıl Canbulat (əvvəl 10 illik həbsinə qərar verilsə də, etiraz etdikdən sonra edam hökünə məhkum edilmişdir[27])
  • Sarı Efe Ədib bəy
  • Abidin bəy
  • Halis Turqut (əvvəl 10 illik həbsinə qərar verilsə də, etiraz etdikdən sonra edam hökünə məhkum edilmişdir[27])
  • Rüştü paşa
  • Hafiz Mehmed bəy
  • Miralay Rasim bəy
  • Qara Kamal (idam qırarl qiyabında verilmişdir. Bir müddət qaçaq həyatı yaşadıqdan sonra həbs edilməyə az qalmış 27 avsust günü intihar etmişdir)
  • Əbdülqədir bəy (Bolqarıstana qaçmaq istəyərkən həbs edilmiş, Ankara məhkəmələrindən sonra 31 avqust günü edam etdirildi)
İsmayıl Canbulat bəy məhkəmədə.

Digər cəzalar:

  • Sürmeneli Vahab (10 illik qalada həbs edilməyə məhkum edilsə də, sonradan cəzası Konyaya sürgünə dəyişdirilmişdir.)

Məhkəmələri Ankarada olacaq olanlar:

  • İhsan bəy
  • Hilmi bəy
  • Cavid bəy
  • Səlahəddin bəy
  • Qara Vasif bəy
  • Hüseyn Avni bəy
  • Rəhmi bəy
  • Rauf bəy
  • Adnan bəy

Bəraətinə qərar verilənlər:

  • Faiq bəy
  • Sabit bəy
  • Halət bəy
  • Firudin Fikri bəy
  • Kamil bəy
  • Zəki bəy
  • Bəkir Sami bəy
  • Bəsim bəy
  • Necatı bəy
  • Münir Xosrov bəy
  • Kazım Qarabəkir paşa
  • Əli Fuad paşa
  • Refet paşa
  • Məhkəmə zamanı Abidin bəy.
    Cəfər Təyyar paşa
  • Camal paşa
  • Necati bəy
  • Əhməd Nafiz bəy
  • Torbalılı Əmin Əfəndi
  • Trabzonlu Naciyə Nemət
  • Sürmenlei Keleş Mehmed
  • Bağban İdris
  • Mustafa oğlu Şahin Çavuş
  • Səbahəddin Əfəndi
  • Kritli Hüseyn oğlu Lətif

Ankara məhkəmələri

[redaktə | mənbəni redaktə et]

İkinci məhkəməni təşkil etmək üçün 16 iyulda İzmirdən yola çıxan İstiqlal məhkəməsi heyəti ertəsi gün Ankaraya çatdı. 21 iyun günü başlayan müttəhimlərin ilk hazırlıq sorğuları 31 iyulda tamamlanmış, 28 iyul günü Dənizlidən Ankaraya gəlmək üçün yola çıxdığını bildirən Nəcib Əl bəyin iddianaməsi isə 31 iyul günü tamamlanmışdı. Ankara məhkəmələrində qərara alınan köhnə köhnə İttihadçıların mühakimə edilməsi 2 avqustda köhnə Məclis Əncümənlər Binasında başladı. İddianaməyə görə su-qəsd kin və nifrətdən əlavə, hökuməti devirib iqtidarı ələ keçirmək məqsədilə gizli bir komitə tərəfindən də dəstəklənmiş, sözü gedən gizli komitə üzvlərini bəzi Tərəqqipərvər Cümhuriyyət Firqəsi mənsubları və Tərəqqi Cəmiyyətinin köhnə idarəçilərinin bir qismi təşkil etmiş və komitənin rəhbərliyini isə Qara Kamal bəy etmişdir.

İzmir məhkəmələrindəki dindirmələr

[redaktə | mənbəni redaktə et]

Sorğulamalar Tələt bəy ilə başladı. Tələt bəy İttihad və Tərəqqi cəmiyyəti üzvü olduğunu, ancaq cəmiyyətin hökumət və iqtisadi mövzulardakı işlərinə qarışmadığını bildirdi. Daha sonra sıra ilə İttihad və Tərəqi cəmiyyəti baş katibi Mithat Şükrü bəy, polis müdiri Əzmi bəy, köhnə Xarici İşlər naziri Əhməd Nəsimi bəy, doktor Hüseynzadə Əli bəy, Eyüb Səbri bəy, doktor Rəsuhi bəy və Həmdi Baba sorğuya çəkildi.

Milliyət qəzetinin 14 iyul 1926-cı il tarixli sayının ilk səhifəsində yer alan İzmir məhkəmələrinin nəticələri ilə bağlı xəbər.

İttihad və Tərəqqi cəmiyyətinin 8 ay boyunca katibliyini edən Doktor Nazim bəy bu dövrdə xalq tərəfindən edilən maddi yardımların aqibətinin necə olduğunu bilmədiyini və I Dünya müharibəsindən sonra Krıma, oradan da Almaniyaya qaçaraq İslam İnqilabları cəmiyyətinin quruluşunda yer aldığını bildirdi. Mustafa Kamal Atatürkə müxalif bir fikri olmadığından hər hansı bir siyasi partiya qurma düşüncəsinin olmadığını və sui-qəsdlə heç bir əlaqəsinin olmadığını da sorğusuna əlavə etdi. Cavid bəy sorğusunda Qara Kamal bəy və İsmayıl Canbulat ilə görüşdüyünü, Qara Kamal bəyin Mustafa Kamal ilə görüşməsindən sonra öz evində İttihadçılarla iclas keçirdiyini və bu iclasın mövzusunun konstitutsiya dəyişikliyi olduğunu, gizli məqsədlərinin olmadığını bildirdi. Hüseyn Cahid bəyin evindəki iclasa qatıldığını və bu iclasın gizli məqsədinin olmadığını, Tərəqqipərvər Cümhuriyyəti firqəsinin quruluşunda özünün İstanbul millətvəkili namizədi olaraq partiyaya çağırıldığını, ancaq bunu özünün qəbul etmədiyini dedi.

Ankara məhkəmələrindəki müdafiələr

[redaktə | mənbəni redaktə et]

Müttəhimlərin müdafiələri 25 avqust günü edildi. Bir çox şübhəli soröulamalar zamanı dediklərindən fərqli müdafiə təşkil etmədilər. Xaricdə olduğundan sorğulaması və müdafiəsi edilməyən Rauf bəy 12 oktyabrda TBMM rəhbərliyinə göndərdiyi məktubda millətvəkili olduğuna görə toxunulmazlığı qaldırılmadıqca onun haqqında məhkəmə işinin aparılmasının mümkün olmadığını və xaricdə olduğu üçün sui-qəsdlə heç bir əlaqəsinin olmadığını bildirdi.

Cavid bəy müdafiəsində maliyyə naziri olduğu dövrdə dövlətin I Dünya müharibəsinə girməsini istəmədiyini, etdiyi bir necə prosedurla hökumət büdcəsini rahatlatdığını, Qurtuluş müharibəsinə qatılmaq istəsə də bunun qəbul edilmədiyini və sui-qəsd planı ilə heç bir əlaqəsinin olmadığını bildirdi. Nail bəy ölkənin və millətin zərərinə heç bir şey etmədiyini və sui-qəsd cəhdindən xəbəri olmadığını dedi. Doktor Nazim bəy Almaniyada quruluşunda iştirak etdiyi İslam İnqilabları cəmiyyəti ilə Qurtuluş müharibəsini dəstəklədiyini bildirərkən, özünün Anadoluya gəlməsinin Ənvər paşa tərəfindən əngəlləndiyini, Cavid bəyin evindəki toplantılara Mustafa Kamal Atatürkün icazəi olduğunu düşünərək qatıldığını, Şükrü bəy İsmayıl Canbulat və Qara Kamal bəyi iki ildir görmədiyini və sui-qəsdlə heç bir əlaqəsinin olmadığını bildirərək, müdafiəsini etdi. Hilmi bəy isə TBMM-dən ayrılmasının ardından siyasəti buraxıb ticarətlə məşğul olduğunu, Qara Kamal bəy ilə isə uzun müddətdir görüşmədiyini, sui-qəsd xəbərini ilk olara qəzetdən oxuduğunu dedi.

Cavid bəyin məhkəməsi davam edərkən İzmirdəki məhkəmələrdə qiyabi olaraq haqqında edam hökmü verilən Əbdülqədir bəy Bolqarıstana qaçmaq istəyərkən həbs edildi və Ankaradakı məhkəmələrdə mühakimə edildi. Qaçmasında ona kimlərin kömək etdiyini və necə qaçdığını deyən və Tərəqqipərvər Cümhuriyyət firqəsini dəstəklədiyini bildirən Əbdülqədir bəy ilk məhkəmə iclası 29 avqustda edilmişdi. 31 avqustda isə məhkəmə hökuməti devirərək, prezidenti öldürmək və iqtidarı ələ keçirmək ittihamı ilə onun haqqında edam hökmü çıxardı.

Ankara məhkəmələrinin nəticələri

[redaktə | mənbəni redaktə et]
Edam edilmiş Laz İsmayıl.

26 avqust günü oxunan məhkəmənin qərarına görə İstiqlaliyyət müharibəsindən sonra iqtidarı ələ keçirmə məqsədində olan Cavid bəyin evində Lozanna Sülh Konfransı zamanı edilən iclasların məqsədi köhnə İttihad və Tərəqqi cəmiyyəti üzvlərinin millətvəkili olaraq məclisə girməsi, bunun reallaşmaması zamanı isə köhnə cəmiyyəti qurmaq idi. Bunlar uğursuzluqla nəticələndikdə isə Rauf bəyin də vasitəçiliyi ilə Xalq Firqəsinin bölünməsi üçün cəhdlər edəcək və Tərəqqipərvər Cümhuriyyət firqəsinin qurulması üçün uyğun zəmin yaradılaraq iqtidar ələ keçiriləcəkdi. Qərardan 4 edam, 6 sürgün, iki həbs cəzası çıxarkən, digər müttəhimlərin bəraətinə qərar verildi. Edama məhkum edilən 4 nəfərin cəzası 26 avqust gecəsi Cəbəçidəki həbsxanasının önündə yerinə yetirildi. Edam edilənlər həbsxananın qarşısında dəfn edildilər. Ankarada edilən məhkəmələrdə həbs edilənlər və haqlarında çıxarılan qərarlar aşağıdakı kimidir:

Edam cəzası verilənlər:

  • Cavid bəy
  • Hilmi bəy
  • Nail bəy
  • Doktor Nazim bəy

Digər cəzalar:

  • Vəhbi bəy (10 il həbsə nəhkum edilsə də sonra cəzası sürgünə dəyişdirilmişdir),
  • Hüsnü bəy (10 il həbsə nəhkum edilsə də sonra cəzası sürgünə dəyişdirilmişdir),
  • İbrahim bəy (10 il həbsə nəhkum edilsə də sonra cəzası sürgünə dəyişdirilmişdir),
  • Ethəm bəy (10 il həbsə nəhkum edilsə də sonra cəzası sürgünə dəyişdirilmişdir),
  • Rəhmi bəy (10 il həbsə nəhkum edilsə də sonra cəzası sürgünə dəyişdirilmişdir),
  • Rauf bəy (10 il həbsə nəhkum edilsə də sonra cəzası sürgünə dəyişdirilmişdir),
  • Əli Osman Kahya, 10 illik həbs,
  • Salih Kahya, 10 illik həbs.

Bəraətinə qərar verilənlər

  • Cahid bəy
  • Qara Vasif bəy
  • Əzmi bəy
  • Adnan bəy
  • Kiçik Tələt bəy
  • Mithat Şükrü bəy
  • Hüseynzadə Əli bəy
  • Eyüb Sabri bəy
  • Salah Cimcoz bəy
  • Kiçik Nazim bəy
  • Camal Fərid bəy
  • Naim Cavat bəy
  • Hasib bəy
  • Rza bəy
  • Gözlüklü Mithat bəy
  • Həsən Fəhmi bəy
  • İhsan bəy
  • Əli Rza bəy
  • Səadəttin bəy
  • Bəkir bəy
  • Mehmed Əli bəy
  • Hilmi bəy
  • Cavid bəy
  • İzzət bəy
  • Seyid bəy
  • Salih Rəis bəy
  • Dırnaqçı Səlim bəy
  • Əli Osman Kahya bəy
  • Səlahəddin bəy
  • Hüseyn Avni bəy
  • Qaziantepli Əhməd Muxtar bəy
  • Rifat bəy
  • Sudi bəy
  • Heydər Rəşid bəy
  • Zərçi Rəfiq bəy
  • Böyük Mithat bəy
  • Qəni bəy
  • Rəşid bəy
  • Mühiddin bəy
  • Həsən Səbri bəy
  • İsmayıl Cabbar bəy
  • Hüseyn bəy
  • Əhməd Nəsimi bəy
  • Həmdi Baba
  • Doktor Rəsuhi

Sonra baş verənlər

[redaktə | mənbəni redaktə et]
Edam edilmiş Gürcü Yusif.

Məhkəmələr nəticəsində Rüşdü paşa xariicndəki bütün paşalar bəraət aldı. Bu paşalar təkrar orduya dönmədi və 27 yanvar 1927-ci ildə təqaüdə göndərildikləri onlara bildirildi. 10 illik sürgün cəzasına məhkum edilən, ancaq qərar zamanı xaricdə olan və ölkəyə 5 iyul 1935-ci ildə dönən Rauf bəyin cəzası 22 oktyabr tarixində Cümhuriyyət Xalq partiyası birinci katib vəkili və baş nazir Rəfiq Saydamın imzası ilə yayımlanan bəyanatla əfv edildi. Rauf bəy Kastamonu millətvəkili seçildi. 23 iyul 1943-cü ildə Apelyasiya məhkəməsinə etdiyi müraciətdən sonra İzmir sui-qəsdi məhkəməsi sənədlərinin də incələnməsi ilə məhkəməsi keçirildi. Ona köhnə xidmətlərindən ötrü pensiya da ayrıldı və beləcə sui-qəsd məhkəməsi ilə əlaqəsi tamamən kəsilmiş oldu.

Sui-qəsdin 30-cu ilinə yaxın tarixlərdə — 1956-cı ilin avqustunda qəzetlərdə yerləşdirilən bir elanla məhkəmə nəticəsində Ankarada edam edilən Nail bəy, Cavid bəy, Hilmi bəyin ruhlarına ithaf edilməklə 25 avqust 1956-cı ildə İstanbuldakı Şişli məscidində günorta namazından sonra dua oxunulacağı elan edildi. Bunu təşkil edən isə Nail bəyin oğlu Nadir Nail Keçili idi. Dua oxunmasından sonra məscidin qarşısında jurnalistlərə müsahibə verən köhnə İttihad və Tərəqqi cəmiyyəti üzvlərindən Fəxri Can Rauf Orbayın istintaqla əlaqəsinin kəsilməsini nəzərdə tutaraq, digər müttəhimlərin də mühakimələrində buna bənzər xətaların ola biləcəyini bildirdi. edam edilənlərin ailələrini də təmsil etdiyini və yenidən məhkəmə tələbi etmək istədiklərini deyən Fəxri Can edam edilənlərin cənazələrini isə haqq etdikləri yer olan Hürriyət-i Əbədiyyə təpəsinə gətirəcəklərini əlavə etdi. Açıqlamanın edildiyi günlərdə bu hadisə dövrün mətbuatında çox yer alsa da, sonradan öz əhəmiyyətini itirdi. Açıqlamanı edənlər isə heç nə etmədilər.

Populyar mədəniyyətdə yeri

[redaktə | mənbəni redaktə et]

1969-cu ildə Kamal Tahir tərəfindən yazılan Qurd Qanunu adlıromanda sui-qəsd cəhdinin arxa planı İttihad və Tərəqqi cəmiyyəti üzvlərinin gözündən izah edilməkdədir. 3 hissədən ibarət olan kitabın bu hissələri Əbdülqədir bəy (kitabda Əbdülkərim bəy olaraq keçir), Qara Kamal bəy və Qara Kamal bəyin uşaqlıq dostu Emin bəy tərəfindən anladılmaqdadır. Türkiyədə 1992-ci ildə roman əsasında eyni adlı film, 2012-ci ildə isə eyni adlı serial çəkilmişdir.

Mövzu ilə bağlı nəşrlər

[redaktə | mənbəni redaktə et]
  • Uğur Mumçu (1992), Qazi Paşaya sui-qəsd.
  • Pakizə Sönməz (1994), Atatürkə İzmir sui-qəsdinin iç üzü.
  • Firudin Qandəmir (1995), İzmir sui-qəsdinin iç üzü (I–II).
  • Camal Avçı, İzmir sui-qəsdi: bir sui-qəsdin pərdə arxası.
  • Hakan Özoğlu (2011), Cümhuriyyətin quruluşunda iqtidar mübarizəsi: 150-liklər, Takrir-i Sükun və İzmir sui-qəsdi.
  • Əzmi Nihad Erman (1971), İzmir sui-qəsdi və İstiqlal məhkəmələri.
  • Sümer Qılınc (1994), İzmir sui-qəsdi: İddianamə və Kazım Qarabəkrin müdafiəsi.
  1. 1 2 3 4 Melinə Anumyan. "İttihadçıların 1926-cı il məhkəmələri". 9 aprel 2013. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  2. Savaşal Savran, 2006. səh. 14
  3. 1 2 3 4 5 Kuyaş, 2012. səh. 36
  4. Kocahanoğlu, 2012. səh. 49
  5. Savaşal Savran, 2006. səh. 21
  6. Savaşal Savran, 2006. səh. 22
  7. "İzmir sui-qəsdi". Atatürk Araşdırma Mərkəzi jurnalı. 22. 1991 noyabr. 2013-09-23 tarixində orijinalından arxivləşdirilib.
  8. Kuyaş, 2012. səh. 43
  9. 1 2 Savaşal Savran, 2006. səh. 26
  10. Savaşal Savran, 2006. səh. 29
  11. Savaşal Savran, 2006. səh. 24
  12. Anıl, 2005. səh. 18-19
  13. Savaşal Savran, 2006. səh. 41
  14. 1 2 Savaşal Savran, 2006. səh. 30
  15. Savaşal Savran, 2006. səh. 65
  16. 1 2 3 4 Savaşal Savran, 2006
  17. Savaşal Savran, 2006. səh. 43-44
  18. Savaşal Savran, 2006. səh. 46-47
  19. 1 2 Savaşal Savran, 2006. səh. 48
  20. Savaşal Savran, 2006. səh. 51
  21. Savaşal Savran, 2006. səh. 51-54
  22. 1 2 3 4 Savaşal Savran, 2006. səh. 56
  23. Savaşal Savran, 2006. səh. 58-60
  24. Kuyaş, 2012. səh. 38
  25. Savaşal Savran, 2006. səh. 62-63
  26. Kuyaş, 2012. səh. 37
  27. 1 2 3 4 Savaşal Savran, 2006. səh. 63
  28. Qarabəkir, Kazım. İzmir sui-qəsdi. İstanbul: Əmrə nəşrləri.
  • Kuyaş, Ahmet (Haziran 2012). "İzmir Suikastı-1926". NTV Tarih, 41. ISSN 1308–7878.
  • Savaşal Savran, Gülten (2006). "1926 İzmir Suikastı ve İstiklal Mahkemeleri". İzmir: Dokuz Eylül Üniversitesi, Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü Yüksek Lisans Tezi.
  • Anıl, Yaşar Şahin (2005). Mahkeme Tutanaklarına Göre İzmir Suikastı Davası. Kastaş Yayınları. ISBN 9789752820593.
  • Kocahanoğlu, Osman Selim (Eylül 2012). Atatürk'e Kurulan Pusu: İzmir Suikastinin İçyüzü (4. bas.). İstanbul: Temel Yayınları. ISBN 978-975-410-064-8.
  • Mehmetefendioğlu, Ahmet; Gürel, Cemal Necip (Sonbahar 2012). "İzmir Suikastı Mahkûmları İçin 1956 Yılında Yapılan Bir İade-i İtibar Girişimi" (PDF), XII/25. Çağdaş Türkiye Tarihi Araştırmaları Dergisi.