Nikolay Gikalo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nikolay Gikalo
ukr. Микола Федорович Гикало
bayraq
Belorusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
29 yanvar 1932 – 18 mart 1937
ƏvvəlkiKonstantin Gey
SonrakıVasili Şaranqoviç
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
5 avqust 1929 – 1930
ƏvvəlkiLevon Mirzoyan
SonrakıVladimir Polonski
bayraq
Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
1929 – 1929
ƏvvəlkiKupriyan Kirkij
Sonrakıİsaak Zelenski
Şəxsi məlumatlar
Doğum tarixi 8 (20) mart 1897
Doğum yeri
Vəfat tarixi 25 aprel 1938(1938-04-25) (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni Georgi xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930).

Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib. 1938-ci il aprelin 25-də SSRİ Ali Məhkəməsinin Matuleviç, Zaryan və Jdandan ibarət Hərbi Kollegiyası onun haqqında ölüm hökmü çıxarıb.[1]. Güllələnib. 1955-ci il sentyabrın 2-də SovİKP MK-nın qərarı ilə ölümündən sonra bəraət alıb.

Lenin ordeninəQırmızı Bayraq ordeninə layiq görülüb.

  1. "Сталинский план по уничтожению народа: Подготовка и реализация приказа НКВД № 00447 "Об операции по репрессированию бывших кулаков, уголовников и других антисоветских элементов" // Архив Александра Н. Яковлева". 2017-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.