Sultan Məhəmməd şah
Sultan Məhəmməd Qütbşah | |
---|---|
tel. సుల్తాన్ మహమ్మద్ కుతుబ్ షా | |
Qütbşahların VI şahı | |
1611 – 1625 | |
Əvvəlki | Məhəmmədqulu şah |
Sonrakı | Abdullah şah |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1582 |
Vəfat tarixi | |
Atası | Məhəmməd Amin Baranlı |
Həyat yoldaşı | Həyatbəxş xanım |
Uşağı | Abdullah şah |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Məhəmməd Qütbşah — Qütbşahlar sülaləsindən hökmdar.
Həyatı
İbrahimqulu şahın ikinci oğlu Məhəmməd Amin və Xanım Ağanın oğlu idi.[1] Atası hələ 25 yaşında ikən vəfat etmişdi. Məkkə Məscidi onun dövründə, 1617-ci ildə tikilmişdi.
"Tarixi Məhəmməd Qütbşah"
1617-ci ilin iyul-avqust aylarında "Tarixi Məhəmməd Qütbşah" əsərini yazdırmışdı. Kitab Qütbşahların Qaraqoyunlu əcdadlarından və sultanaqədərki tarixdən bəhs edir.[2]
Hakimiyyəti
Onun dövründə Qütbşahların Böyük Moğol İmperiyası tərəfindən işğal edilmə təhlükəsi yaranmışdı. Buna görə də Səfəvilər dövləti ilə sıx əlaqələrdə olmuşdu. I Abbasın Qütbşahların sarayında Hüseyn bəy Keçəçibaşı adlı səfiri vardı.
Ailəsi
1607-ci ildə əmisiqızı Həyat Bəxş xanımla evlənmişdi. Bu evlilikdən 3 oğul və 7 qızı olmuşdu. Oğlu Abdullah şah onu əvəz etmiş, qızı Badi Sahibə bəyim Bicapur krallığına gəlin getmişdi. Digər qızı Xeyrünnisə bəyimdir.[3]
İstinadlar
- ↑ Mohammad Quli Qutb Shah, Volume 216 by Masʻūd Ḥusain K̲h̲ān̲
- ↑ Sultans of Deccan India, 1500–1700: Opulence and Fantasy by Navina Najat Haidar, Marika Sardar
- ↑ "Of Begums, Mahbubs and Shers: The stories narrated by Hyderabad's neighbourhood names". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.