Həsən Hüseyni
Həsən Hüseyni | |
---|---|
Təxəllüsü | Hüseyni |
Doğum tarixi | 25 aprel 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | xristian din xadimi[d], yazıçı, publisist, tədqiqatçı |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həsən Xalıqverdi oğlu Hüseynov (Hacı Həsən Hüseyni; 25 aprel 1970, Sobu, Zəngilan rayonu) — Azərbaycanlı publisist, tədqiqatçı, ilahiyyatçı, islamşünas; "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiri (2019); Qarabağ müharibəsi qazisi; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və "Dirili Qurbani" məclisinin üzvü.
Həyatı
Hacı Həsən Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. 1985-ci ildə Sobu kənd səkkiz illik məktəbi bitirərək, elə həmin il təhsilini Bakı şəhər 5 nömrəli Kimya-biologiya respublika təmayüllü internat məktəbində davam etdirməyə başlayır və 1987-ci ildə təmayülü bitirir.[1] 1990-cı ildə xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra H. Z. Tağıyev adına Toxuculuq Fabrikində çalışmışdır.
2003–2008-ci illərdə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində ali təhsil alıb. 2006-cı ildə müqəddəs Həcc ziyarətini ziyarət edib.[2]
Hərbi xidməti
Tam orta təhsilini bitirdikdən sonra 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Altı ay serjant məktəbində oxuduqdan sonra hərbi xidmətini Almaniyadakı sovet qoşunları kontingentində davam etdirmişdir.[3]
1992-ci ildə Xətai rayonu Hərbi Komissarlığına könüllü cəbhədə döyüşmək üçün müraciət edir. O, əvvəlcə Biləcəriyə, oradan isə Qobu poliqonuna hərbi təlim üçün göndərilir. Burada bir müddət təlim keçdikdən sonra Qubadlı-Zəngilan korpusunda Qubadlı rayonu ərazisinə göndərilir. Daha sonra doğulduğu Zəngilan rayonuna göndərilir.[4]
Qarabağ müharibəsində iştirakı
Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq cəbəhəyə yola düşür. Qubadlı, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə vuruşur. 1993-cü ilin aprelin 17-də Berr dağı ətəyində gedən ağır döyüşdə güllə yarası alır. Uzun müddət Bakı şəhərində müalicə aldıqdan sonra Əlillərin Bərpa Mərkəzinə köçürülür. I qrup Qarabağ əlili kimi 6 il yataq xəstəsi olub.[5]
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Xətai rayon Əlillər Cəmiyyətinin üzvüdür.
Yaradıcılığı
Hacı Həsən Hüseyni tədqiqatçı kimi bir çox kitabların, dəyərli yazıların və elmi-tədqiqat əsərlərinin müəllifidir.
2015–2016-cı illərdə "Ulu Zirvə" qəzetinin redaktoru işləmişdir. "Paklıq" qəzetinin baş redaktorunun müavini, 2019-cu ildən isə "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiridir.
Məqalələri "Olaylar", "İki sahil", "Nəbz", "Təzadlar", "Bütöv Azərbaycan", "Dərələyəz" qəzetlərində və "Dua və ibadət", "Qızıl Zəngilan", "Xəzan", "Qarapapaqlar", "Mədəniyyət" əbədi-bədii jurnallarında mütəmadi dərc olunur.
"Dirili Qurbani" məclisinin üzvüdür.
Kitabları
- Həsən Hüseynov. Parlaq ulduz. Bakı, "Səda", 2003. ISBN 5-8020-1653-4
- Hacı Həsən Hüseyni. Xuda Hüseynin (ə) aşiqi. Bakı, "Nurlar", 2007
- Ya Əli. Bakı, "Nərgiz", 2007
- Həsən Hüseynov. Gizli qalmış xəzinə. Bakı, "Nurlar", 2008
- Hacı Həsən Hüseynov. Həzrət Əli (ə) müxtəlif baxışlarda. Bakı, "Nərgiz", 2011
- Hacı Həsən Hüseynov. "Sığın Haqq dərgahına" (məqalələr toplusu-I). Bakı, "Nərgiz", 2013
- Həsən Hüseyni. "Bismilləh" ayəsinin incə görüntüləri və "Bə" hərfinin altında olan nöqtənin sirri. Bakı, "MBM", 2014
- Həsən Hüseyni. Ariflərin haqq qovuşma məqamı (Şəriət, Təriqət, Mərifət, Həqiqət). Bakı, 2016
- Hacı Həsən Hüseyni. Həzrəti-Rüqəyya (s.ə). Bakı, "Ecoprint", 2018
- Hacı Həsən Hüseyni. İmam Rza (ə) müxtəlif baxışlarda. Bakı, Ecoprint, 2019
- Hacı Həsən. Ya Zəhra (s.ə), nəzərin ayırma bizdən. (II nəşr) Bakı, "Ecoprint", 2019[6]
- Həsən Hüseyni. Sığın Haqq dərgahına (məqalələr toplusu-II). Bakı, "SkyG" NPM, 2019.
- Hacı Həsən Hüseyni. "Müqəddəs zilhiccə bayramları". Bakı, "Ecoprint", 2020
- V. Almasov, H. H. Hüseyni. "Nəsimidən nəsimlər". I cild. Bakı, "Ecoprint", 2020[7]
- Hacı Həsən Hüseyni. Novruz bayramı. Bakı, "İmza", 2022[8]
- Hacı Həsən Hüseyni. Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər. Bakı, "İmza", 2022. ISBN 978-9952-37-444-3
- Hacı Həsən Hüseyni. Qərib İmam Rza (ə) Xorasan Şahı. Bakı, "İmza", 2022. ISBN 978-9952-35-444-2
- Hacı Həsən Hüseyni. "Şah İsmail Xətai – 535". Bakı, "İmza" nəşrlər evi, 2022. ISBN 978-9952-373-5
- Hacı Həsən Hüseyni. Nakam aşiq (məqalələr toplusu). Bakı, "İmza", 2023. ISBN 978-9952-31-326-7
Təltifləri
Həsən Hüseyni "Qızıl qələm", "Xalqın Nüfuzlu Ziyalısı", "Azərbaycan Bayrağı Mükafatı", "Ziya" fəxri diplomları və "Xətai", "Nəsimi" ali media mükafatı ilə təltif olunmuşdur.
"Qarabağ Uğrunda", "Milli Ordu 100 il", "Zəfər Bayrağı" (25.04.2022) və "Xarı Bülbül" medalları ilə təltif olunub.
27 iyul 2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
İstinadlar
- ↑ Ağayeva, Dilbər. Əsrin yarısı. Bakı: Elm və Zəka. 2020. səh. 325. ISBN 978 9952 29 187 7.
- ↑ Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 205. ISBN 978-9952-553-66-6.
- ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 323. ISBN 978-9952-8032-5-9.
- ↑ Dilbər Ağayeva. "YUBİLEY TƏNTƏNƏSİ 50 YAŞIN MÜBARƏK" (az.). veteran.az. 2020. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2022.
- ↑ Yeganə Telmanqızı. "Mübariz Azərbaycanlı 50 yaşın mübarək!" (az.). XeberTıme.az. 29-06-2021. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2022.
- ↑ "Fatimeyi-Zəhraya həsr olunan tədqiqat işi işıq üzü görüb" (az.). science.gov.az. 05.10.2018. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2022.
- ↑ "Əlyazmalar İnstitutunda "Nəsimidən nəsimlər" kitabının təqdimatı olub". avanqard.net (az.). 23.02.2020. 2020-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.05.2022.
- ↑ ""Novruz Bayramı" və "Həyatın Təbii qanunları" kitablarının təqdimatı kecirildi". dunyaxeber.org (az.). dunyaxeber.org. 25.03.2022. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2022.
Xarici keçidlər
- Pages using the JsonConfig extension
- 25 apreldə doğulanlar
- 1970-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Zəngilan rayonunda doğulanlar
- Kimya-biologiya təmayüllü respublika liseyinin məzunları
- Bakı İslam Universitetinin məzunları
- Dirili Qurbani Məclisinin üzvləri
- Azərbaycan Jurnalistlər Birliyinin üzvləri
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan yazıçıları
- Azərbaycan publisistləri
- Azərbaycan teoloqları
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- "Qızıl qələm" media mükafatı laureatları
- Din üzrə yazıçılar
- Hacılar