Apollon (mifologiya)

Vikipediya, azad ensiklopediya
Quinlan83 (müzakirə | töhfələr) (37.61.117.177 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq Araz Yaquboglu tərəfindən yaradılan sonuncu versiya bərpa olundu) tərəfindən edilmiş 20:23, 21 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Apollon
Mifologiya Yunan
Yer Olimp
Adının izahı İşıq; şüa
Yunanca adı Ἀπόλλων
Latınca adı Apollo
Cinsi kişi[d]
Sülalə 12 Olimp
Atası Zevs
Anası Leto
Bacısı Artemida
Arvadı
Uşaqları Asklep
Atributlar Dəfnə, yay, lira, delfin və qarğa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, ZevsinLetonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır. Sarışın və çox gözəl şəkildə təsvir olunur.

Zevs
 
Leto
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ArtemidaApollon

Rəvayətə görə titan tanrı Koy və ilahə Febanın qızı Leto Zevsdən hamilə qalır. Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir. Apollon göz qırpımında böyüyərək aləmə nur saçır. Dünyaya gələn gündən üzən ada bir yerdə qərar tutaraq canlanır və bitki örtüyünə, gül-çiçəklərə qərq olur.

Uşaqlıq və gəncliyi

[redaktə | mənbəni redaktə et]

Apollon əvvəllər vaxtını inək güdməklə keçirirdi. O, gəncliyində gələcəyi görmə və oxçuluq bacarıqlarını inkişaf etdirirdi. İnsanlara təbabəti və oxçuluğu Apollon öyrətdi.

Apollon atası Zevsdən qu quşları tərəfindən çəkilən qızıl araba almışdı.

Apollon və falçılıq

[redaktə | mənbəni redaktə et]

Apollon Zevsdən istədi ki, bütün digər falçılıq üsulları özündəm aşağı olsun. Zevs bunu qəbul etdi. Bu səbəbdən çınqıl ataraq falçılıq edən Afina çınqıllara qarşı içində laqeydlik, maraqsızlıq hiss etdi və narazılıqla çınqıllarını kənara atdı.

Apollon atası Zevsin icazəsi ilə döyüş meydanına girdi və bir çox yunan əsgərini məhv etdi.

Apollon və Pifon

[redaktə | mənbəni redaktə et]

Apollon bir çox igidliklər göstərmişdir. Bunlardan biri anası Letonu təqib etmək üçün Hera tərəfindən göndərilmiş, Delfini cənginə almış Pifon əjdahası ilə bağlıdır. Apollon anasını güdən Pifonu uzun müddət axtarır və sonda onu oxla öldürür. Beləliklə, anasının qisasını alır. Sonra Hera Letoya təcavüz etməsi üçün başqa div göndərdi. Apollon oxları və qızıl qılıncı ilə ona hücum etdi. Döyüşdən sonra Zevs o divi Tartara sürgün etdi.

Homerə görə isə, Apollon Pifonu axtarmırdı, məbədini qurmaq üçün yer axtaranda təsadüfən Pifon ilə qarşılaşmışdı. Olimpi tərk edən Apollon Delfi yaxınlığındakı yolu Pifon əjdahası kəsmiş bir bulağa gəlib çatır. Tanrı Apollon qızıl oxu vasitəsilə Pifon əjdahasını öldürərək Delfini azad edir. Buna görə onu Pifonlu Apollon adlandırmağa başlayırlar. Beləliklə də Apollon həmin yerdə də məbədin əsasını qoymuş olur.

İnək bağırsağının tısbağa qınına bağlanmasıyla düzəldilən lira çalan Apollon müzlər xorunun başıdır. O, lirası ilə Olimp tanrılarını əyləndirirdi. Platona görə insanların musiqidən, ritmdən və harmoniyadan zövq alma qabiliyyəti Apollondan hədiyyədir.

Gümüş yayıyla oxu ən uzağa o atır.

Apollon və Troya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Apollon yunanların troyalılara qarşı apardığı Troya müharibəsi zamanı troyalıların tərəfini tutdu.

Müharibə zamanı yunan kralı Aqamemnon Apollonun rahibi Krizesin qızı Krizeysi ələ keçirdi və onu geri qaytarmaqdan imtina etdi. Bundan qəzəblənən Apollon vəba yoluxmuş oxları yunan düşərgəsinə atdı.

Zevs digər tanrıların müharibəyə qarışmasına icazə verdikdə, Apollon Poseydon tərəfindən bir duelə dəvət olundu. Lakin Apollon ölümlülər naminə əmisi ilə döyüşməyəcəyini söyləyərək onunla döyüşməkdən imtina etdi.

Yunan qəhrəmanı Diomedin qarşısında heç kəs dayana bilmirdi. Diomed hətta bir troyalını qorumaq istəyən ilahə Afroditanı da yaraladı. Apollon Diomedə sərt şəkildə xəbərdarlıq etdi ki, bir də ilah və ilahələrə qarşı vuruşmasın.

Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə keçməmək üçün tanrılardan və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa, daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.

Apollonun məhəbbət sərgüzəştləri

[redaktə | mənbəni redaktə et]

Qızıl qıvrım saçlı Apollon qeyri adi yaraşığa malik olmuşdur. O bir çox nimfalar və qadın cinsli insanlar arasında sevgililəri olmuşdur. Orfey onun muza Kalliopadan, Asklep nimfa Koronidadan, Trailos Kassandradan, Linos Psamatdan, Aristey Kerinadan, Karibantlar Taliyadan olan oğlanlarıdırlar. Onun sevgililəri içərisində yaraşıqlı kişi cinslilərə: Qiasint və Kiparistə də rast gəlinir. Apollonu Pifaqorun atası da hesab edirlər.

Apollon məbədləri

[redaktə | mənbəni redaktə et]

Apollon kultunun yayılmasıyla bərabər Qədim Yunanıstanın bir çox yerində Apollonun adına məbədlər inşa olundu.

  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3