Arif Məmmədov (nazir)

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Vikipediya:Yoxlanılabilərlik üçün 1 kitabın keçidi əlavə edilir (20240505)) #IABot (v2.0.9.5) (GreenC bot) tərəfindən edilmiş 22:08, 5 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Arif Məmmədov
bayraq
Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini
bayraq2
30 dekabr 1985 – 1987
SədrMusa Məmmədov
2 iyul 1971 – 12 dekabr 1985
ƏvvəlkiSəttar Zülfüqarov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR ət və süd sənayesi nazirinin müavini
bayraq2
1965 – 1968
NazirSəttar Zülfüqarov
Şəxsi məlumatlar
Doğum tarixi 2 noyabr 1929(1929-11-02)
Doğum yeri
Vəfat tarixi 9 dekabr 1989(1989-12-09) (60 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti dövlət xadimi, baytar

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1981

Arif Hüseynqulu oğlu Məmmədov (2 noyabr 1929, Şahtaxtı, Naxçıvan MSSR9 dekabr 1989, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ət və süd sənayesi naziri (1971–1985), Azərbaycan SSR Ali Sovetinin IX, XXI çağırış deputatı (1975–1989), Azərbaycan SSR əməkdar mühəndisi (1981).

Arif Hüseynqulu oğlu Məmmədov 2 noyabr 1929-cu ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1943-cü ildə kolxozda baytar-feldşer kimi başlamışdır.[2] 1949-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1954-cü ildə isə Moskva Ət-Süd Sənayesi İnstitutunu bitirmişdir.[1]

Arif Məmmədov 1961–1962-ci illərdə Naxçıvan Vilayət Ət Tədarükü İdarəsinin rəisi, 1962–1963-cü illərdə Naxçıvan vilayət ət kombinatının direktoru olmuşdur. 1963–1965-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının Ət-Süd Sənayesi İdarəsi rəisinin müavini, 1965–1968-ci illərdə Azərbaycan SSR ət və süd sənayesi nazirinin müavini, 1968–1971-ci illərdə isə Bakı ət kombinatının direktoru vəzifələrində işləmişdir. 1971-ci ildən Azərbaycan SSR ət və süd sənayesi naziri olmuş, 1985-ci ildə nazirlik Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinə birləşdirildikdən sonra bu komitədə sədr müavini vəzifəsində çalışmışdır.[1]

Arif Məmmədov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin IX, XXI çağırış deputatı seçilmişdir.[3] 1976–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının, 1981-ci ildən isə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[4]

"Qırmızı əmək bayrağı" (iki dəfə), "Xalqlar dostluğu" ordenləri və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[1] İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[2]

Arif Məmmədov 9 dekabr 1989-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.[2]

  1. 1 2 3 4 Məmmədov Arif Hüseynqulu oğlu // "Şahtaxtı" Xeyriyyə Cəmiyyəti. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2024.
  2. 1 2 3 А. Һ. Мәммәдов // Коммунист. № 284 (21052). 12 декабр 1989-ҹу ил. С. 4.
  3. Мәммәдов Ариф Һүсејнгулу оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 251.
  4. Mamedov, Arif Gusein Kuli ogly // Who's who in the Soviet Union (ingilis). München; New York; London; Paris: Saur. 1984. səh. 205. ISBN 3-598-10467-7.