Balıq, quş və s. tutmaq üçün ipdən çarpaz toxunaraq bərabər məsafələrdə düyünlə bərkidilmiş alət. Balıq toru. – Sahibi tor götürüb dənizə gedəndə [Çupçik] də sümsünə-sümsünə yortardı. Mir Cəlal. Mən yaralı göyərçini tordan çıxarıb [Eldara] uzatdım. M.Rzaquluzadə.
Çarpaz toxunmuş ip, məftil və s. ibarət müxtəlif ləvazimat. Çarpayının toru. Futbol toru.
Hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn çarpaşıq nazik tellər. Hörümçək toru.