Azərbaycan
| ||
İsim | tək | |
---|---|---|
Adlıq hal | Azərbaycan | |
Yiyəlik hal | Azərbaycanın | |
Yönlük hal | Azərbaycana | |
Təsirlik hal | Azərbaycanı | |
Yerlik hal | Azərbaycanda | |
Çıxışlıq hal | Azərbaycandan |
Himn: Azərbaycan Respublikasının Dövlət Himni | |
Paytaxt | Bakı |
Böyük şəhərlər | Bakı, Gəncə, Sumqayıt |
Rəsmi dil | Azərbaycan dili |
Etnik qruplar | Azərbaycanlılar |
müstəqillik 2-ci müstəqillik |
28 may 1918 SSRİ-dən: 18 oktyabr 1991 |
Ərazi • Ümumi |
86 600 km² |
Əhali • Təxmini sayı (2014) • Əhali sıxlığı |
9 494 600 nəfər 110 nəfər/km² |
İnternet domeni | .az |
Telefon kodu | +994
|
- (Coğrafiya, ölkələr). Azərbaycan və ya rəsmi Azərbaycan Respublikası — Cənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.
- 1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
- Həmçinin bax:
- Şərqi Azərbaycan. - İranda, Cənubi Azərbaycan bölgəsində ostan.
- Qərbi Azərbaycan. - İranda, Cənubi Azərbaycan bölgəsində ostan.
- Azərbaycan" sözünün etimologiyası:
"Odər (od ərləri, od kişiləri) - Azər sözünün işlənmə tarixi Atropat və ya Atropatena adlarından çox əsrlər əvvəl 2-3 min il öncəyə - Şumer dövrünə təsadüf edir. Oda sitayiş kultu əsnasında Tanrıya tapınan odərlər, şumer, işquz (Oğuz), sak türk tiplərinin alt qatında duran ortam xətdir. Azərbaycan etnik coğrafiyasında ilk türk mənşəli insan icma, qrup və dəstələri kimi odərlər ən qədim əsatir və miflərdə belə özünü büruzə verdirməkdədir. İrandilli etnoslar Azərbaycan ərazisinə daxil olanda artıq türkdilli etnoslar, ələlxüsus türk mənşəli odərlər Azərbaycan etnik coğrafiyasının oturuşmuş sakinləri sayılırdılar. İrandillilər, daha doğrusu, pəhləvi və sami dillərində "odər" sözünün fonetik dəyişikliyə uğrayaraq "azər" formasına düşməyi bir kimsəyə sirr deyil. "Azər" sözü ilk dəfə yazılı ədəbiyyatda Yaxın Şərqə Şumer türk tipinin gəlişinə rəğmən türk Tanrıçılığının doğuşu kimi səslənən və tovidi Ərəbistan yarımadasına aparan İbrahim peyğəmbərin atasının adıyla, Bibliya hekayələrində Azər baba adıyla anılır. Bir sözlə, "Azərbaycan" hərfi mənada "odərlərin can məkanı", əsli mənada isə "Odərlərin diyarı", "Odər yurdu", son deyimdə Odlar yurdu deməkdir. "Azərbaycan" sözünün etimologiyası qeyd-şərtsiz "Odlar yurdu" mənasını verir. Azərbaycan-Odlar yurdu! Atropatena "Azər hakimi", "Odər hakimi", "Odərlərin böyüyü" mənalarını ifadə edə biləcək "Odər-Ata" söz birləşməsinin antik yunan dilində və ya əski yazılarda işlədilən, formasını dəyişmiş ifadə şəklində rast gəlinən söz.
- Azərbaycanla bağlı digər terminlər:
- azərbaycanlı
- Azərbaycan SSR
- Azərbaycan Demokratik Respublikası
- Atropatena
- Atropat
Dünya xalqlarının dillərində
redaktə
|
Ural-Altay dil ailəsi: Türk qrupu
redaktə
|