- Ağac kölgə yaradır, amma kölgədə inkişaf edə bilmir
- Ağac qocalır və əksər hallarda çürüməkdən məhv olur.
- Ağlasığmaz təsadüflər nə qədər çox baş verirsə, uğura da o qədər çox etimad bəsləyirik.
- Analıq bakirəliklə bir müstəviyə gəlməyən bir anlamdır.
- Ancaq yatan oyana bilər
- Ayrı-ayrı xarakter və taleli bir çox insanları birləşdirən nədir? Yəqin ki, elə onları bir-birindən fərqləndirən şeyin özü.
- Başqasına quyu qazma, qoy özü qazsın.
- Balın şirinliyi, arının sancmasına bəraət qazandırmır.
- Belə bir üsul var – yan qaçmaq, axtarmaq üsulunu xatırladır.
- Bəzən uzun çəkən ayrılıq məhəbbətin bütün mahiyyətini itirir.
- Bəzi göbələklər həyatda ancaq bircə dəfə yeyilir.
- Bəzi insanların iki – bir həqiqi dərisi, bir yalançı dərisi olur.
- Bəzi ürəklər qocalmırlar, onlar ölü doğulurlar.
- Bir çox insanların baş beyninin qabığı palıddandır.
- Biz balaca adamlarıqsa, bu, o demək deyil ki, böyük işlərdən qorxuruq.
- Biz insanlar əslində xurafatçıyik, çünki tənbəlik.
- Bizim zamanımızda xeyirxahlıq(ürəyiyumşaqlıq) xəyanətin bir formasına çevrilə bilər.
- Bu dünyada özünü tapmaq üçün harada olduğunu müəyyənləşdirməlisən.
- Büdcəni yanmayan dolab(şkaf) kimi dərk eləmək olmaz.
- Dahi – dahi olduğuna görə günahkar olmadığı kimi, bəzi adamlar da yararsız olduqlarına görə günahkar deyillər.
- Diqqət yetirsək, ilk baxışdan xətrə dəyməyən, boş, sadə və gülməli görünən şeylər, müəyyən məqamda xüsusi məna kəsb edə bilər.
- Dözümlülük və əmək nəyisə qazandırar, ancaq yaxşı maddi vəziyyətə sahib olmaq üçün, gərək bəxtin gətirsin.
- Dünyaya iməkləməyə gələn insan üçün hayat asandır; o hər yerə başını soxub keçə bilər.
- Əclaflıq ona hər an cavab verilə bilinməyəcək üstünlüyə malikdir.
- Əgər qadın sirr saxlayırsa, deməli onun bölüşməyə heç kimi yoxdur.
- Ən dərin uçurum – maliyyə uçurumudur; orada itkin düşmək olar.
- Əvvəlcə valideynlər arzu edirlər ki, övladları dil açsın, sonra onlara susmağı əmr edirlər.
- Gəncliyin gələcəyə ümid bəsləməyə ixtiyarı var
- Gözəl qadınlar gözəl olmayan qadınların uğurlarına tez-tez qibtə eləyirlər, gözəl kişilər isə uğurların bəzən gözəl olmayan kişilərin payına düşdüyündən bixəbər olduqlarından öz gözəllikləri ilə öyünürlər.
- Gülüş olan yerdə həyat var.
- Hakimlər bədən xəsarəti yetirmədən öldürürlər.
- Heyvanlar aləmində göyərçin kimi doğulan sonradan qartala çevrilmir, bu, insanlar içərisində müşahidə olunur.
- Həmişə “Mən ağıllıyam” deyən adam…şübhə doğurur.
- Hər ailənin özünün kiçik ailə günəşi olur.
- Hər bir din yaxşıdır, əgər o insana kömək edə bilirsə.
- Hər nişanlanana evlənmək nəsib olmur.
- Həyat təkcə bədənin təabatından deyil, həm də zövqdən ibarətdir.
- Hökumətin əsas keyfiyyəti – onun sabitliyidir.
- İllustrasiyalı ensklopediya alanlar, bir qutu meyvə alsalar da, evə ancaq boş qutu gətirən adamları xatırladırlar.
- İndi həqiqətən mədəni adam olmaq marağında olanlar çox azdır.
- İnqilab qısa müddət ərzində yoluxan, gec müalicə olunan xəstəliyə bənzəyir
- İnsanlar başlıca olaraq uğura ona görə ümüd bəsləyirlər ki, işləmək istəmirlər.
- İnstinkt qadınları daha tez birləşdirir, nəinki kişiləri
- Jurnalistlər başqalarına özlərinin anlamadıqlarını izah edən insanlardır.
- Qadın təbiətcə demokrat deyil, çünki hər cür bərabərliyin əksinədir.
- Qadınlar kişilərdən keçmişi, kişilər isə qadınlardan gələcəyi gizlədir.
- Qadınlar sevdiklərinə ərə getdikdə, sevdiklərindən biri azalır.
- Qadınlar arasında bakirə qalanlar anlaşmazlığın üzündəndir
- Qadınlar qısqanc olanda, kişilər xüsusilə qərar verməkdə zirək olurlar.
- Qadınların çoxu öz sağlamlıqlarını qorumaq üçün yox, qəşəng paltarlarını göstərmək üçün kurortlara tələsirlər.
- Qalxa bilmirsən? İməklə
- Qatarlar iri inəklərə oxşayırlar – onlar da çirkli olur, tövşüyür, fit çalır, təkcə bir istiqamətə hərəkət edirlər.
- Qənaətkar-simicin qardaşıdır.
- Qısqanclıq üçün güc sevmək üçün lazım olan gücdən çox olur.
- Qızılgül çiçək açan budağında da ölür.
- Qızılgül qadından o mənada yaxşı və ya pisdir ki, tırtılın onun üzərindəki qoyduğu izlər görünür
- Qoyunun dərisini soymaq yox, yununu qırxmaq lazımdır.
- Massaj eləmək – massajistin arıqlaması üçün ən yaxşı vasitədir.
- Nəyin ki insan, cəmiyyət da sifətini dəyişə bilər.
- Nikah güc və gözəllik arasındakı mütənasibliyi məhv edir, sevgini diktəyə çevirir
- Pulu havaya səpələməmişdən öncə küləyin istiqamətini müəyyənləşdirmək lazımdır.
- Səsini çıxarmayan çoxluq – bu əslində susmayan çoxluqdur.
- Siyasi lətifə – bu öz – özlülüyündə uzun müddətli susmaqdan sonrakı şifahi qırmadır.
- Söz əsən külək kimidir. Onun yaratdığı dalğa küləyin əsməsi nəticəsində yarpaqların yaratdığı dalğaya bənzəyir.
- Su samurunun arzusu da qunduzun arzusu kimidir.
- Şöhrətpərəstlik təbii haldır, ancaq öz çərçivəsindən çıxmamalıdır.
- Uca o adam deyil ki, boyu uzanıb, uca o adamdır ki, yüksəkliyə ucalıb.
- Uğura inam mövhumata yaxındır.
- Universitet! desək, hərdən adama elə gəlir ki, müasir universitetlərin vəzifələri yalnız təhsil haqlarını yığmaqdan və bunun müqabilində təhsil almaq haqqında diplom vermək təlabatından ibarətdir.Təəsüflər olsun ki, tələbənin – müasir dövrdə əsas aparıcı qüvvə olmasını çox adam başa düşmür.
- Ürəyi olmayan adamlar infarktdan ölməz.
- Üzərinizə əzabverici əməyi – tənbəlliyi götürməyin.
- Yaxşı iş görmək üçün çox düşünmək lazım deyil, çünki vaxt qalmayacaq.
- Zarafatı başa düşməyən adam, gülməkdən ölməz.