Zeyd ibn Sabit əl-Ənsari (ərəb. زيد بن ثابت الأنصاري‎; təqribən 615, Mədinə  — təqribən 665, Mədinə) — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi.

Zeyd ibn Sabit
ərəb. زيد بن ثابت
Doğum tarixi 611
Doğum yeri
Vəfat tarixi 665[1]
Vəfat yeri
Fəaliyyəti müfəssir, qazı, hərbi qulluqçu, Katib

Həyatı

redaktə

Ümmətin içində fəraizi (miras hüququnu) ən yaxşı bilən sə­habə Zeyd ibn Sabitdir. O uca vəhyin katibi (katibül vəhiy, ka­tibül-Rəsulullah), fəraizi ən yaxşı bilən, ən dəqiq hökmlər verən və ən yaxşı Quran oxuyan məşhur imamlardan biri idi. Əbu Bəkrin dövründə Quranın toplanması ilə məşğul olan heyətin başında duran və Quranı yaxşı bilən Həzrət Zeyd “Cəmiül-Quran” ünvanını almışdır.

Rəsulullahın “Fəraizi ən yaxşı bilən Zeyddir” hədisi onun fəraiz elminə necə bələd olduğunu göstərir.[2] Ömər Suriyaya gedəndə Mədinədə olan Zeyd ibn Sabitlə mək­tublaşar, məktublarında Zeydin adını öz adından əvvəl yazardı. Bir gün miras məsələsində çətinliklə qarşılaşmış, birbaşa Zeyd ibn Sabitin evinə getmişdi. Nə Ömər, nə də Osman hökm, fitva, fəraiz və qiraət məsələlərində Zeyd ibn Sabit ola-ola kimsəyə müraciət etməmişdir[3]. Zeyd ibn Sabit vəfat edəndə İbn Ömər belə demişdi: “Bu gün insanların alimi öldü”.

İbn Ömər belə deyir: “Allah ona rəhmət etsin. Ömərin dövründə camaatın alimi idi. Ömər səhabələri başqa diyarlara göndərmiş və öz fikirləri ilə fitva verməyi qadağan etmişdi. Zeyd ibn Sabit isə Mədinədə qalıb fitva verirdi”[4].

İstinadlar

redaktə