Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiyaMisirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.[1]

Yaşıl
HEX 008000
RGB¹ (r, g, b) (0, 128, 0)
CMYK (c, m, y, k) (100, 0, 100, 50)
HSV² (h, s, v) (120°, 100%, 50%)
  1. [0—255] aralığında normallaşdırıldı
  2. [0—100] aralığında normallaşdırıldı

Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.[2]

Rənglər insan həyatında

redaktə

Yaşıl rəngi sevənlər tərs və inadkar olurlar. "Yaşıl" adam həyatını maddi baxımdan təmin etməyə can atır. Onlar qapalı və israrlı olmaları ilə fərqlənir, başqalarının enerjisini boğurlar. Şəxsi həyatları çox böyük önəm daşıyır və istənilən müvəffəqiyyətsizliyə olduqca kəskin reaksiya verirlər. İstənilən çətinliyi aşmağa qadirdirlər və kənardan onlara təsir etmək olduqca çətindir. Həyata baxışlarında o qədər sərt, prinsipial olurlar ki, başqalarının da fikirlərinə hörmətlə yanaşmağı öyrənsələr yaxşıdır. Özlərini hərdən ətrafdakıların yerinə qoysalar, əsl dost tapa bilərlər, çünki dost cəhətdən bəxtləri gətirmir.[3]

İnsanın müxtəlif bədən üzvləri, bürcü, doğulduğu il onun xasiyyəti haqqında məlumat verdiyi kimi onun göz rəngi də insan haqqında ətraflı məlumat almağa imkan yarada bilər.

Yaşıl göz insanlar sevdikləri şəxslərin xətrinə dəyməyi sevmirlər. Çox əsəbi olmaqlarına baxmayaraq heç kimin xətrinə dəyməməyə çalışırlar. Bunun üçün də hisslərinə hakim olmağı bacarırlar. Gözü yaşıl olan insanlar yaxşı qərar verə bilən və qabiliyyətli olurlar. Onlar son dərəcə qısqanclıqları ilə də seçilir.[4]

İstinadlar

redaktə
  1. "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-31.
  2. "Tənbəllik yaradan rənglər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-11.
  3. "Rənglər haqqımızda nə deyir?". 2012-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  4. "Gözlərin rəngi insan haqda nə deyir?". 2013-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-29.
Veb rəngləri Qara Gümüşü Boz Qırmızı Çəhrayı Tünd qırmızı Bənövşəyi Açıq bənövşəyi Yaşıl Açıq yaşıl Zeytun Sarı Narıncı Göy Tünd göy Firuzə Mavi
                                   
Yazılış black silver gray white red pink maroon purple fuchsia green lime olive yellow orange blue navy teal aqua