Velenus[1] ( lat. Balerus, Belenus) — I Şapurun hakimiyyəti dövründə kadusilərin hökmdarı.[2][3]

Velenus
Hərbi xidmət
Döyüşlər

Roma imperatoru I Valerian Edessa döyüşündə xəyanət etdiyinə görə Sasanilərə əsir düşdükdən sonra kadusilərin hökmdarı Velenus sasani şahı I Şapura yazdığı məktubunda şaha müraciət etdi: “Sizə göndərdiyim köməkçilərim sağ-salamat geri qaytarıldı və onları böyük məmnuniyyətlə qəbul etdim. Ancaq Valerianı əsir götürmənizə sizi çox da təbrik etmirəm; onu qaytarsaydız daha çox təbrik edərdim. Romalılar məğlub olanda daha güclü olurlar. Onunla ehtiyatlı davranın və artıq çoxlarını aldatmış xoşbəxtliyin sizi alovlandırmasına imkan verməyin. Valerianın həm imperator oğlu, həm də Sezar adlı nəvəsi var. Bəs tamamilə sizə qarşı qalxan bütün Roma dünyasına nə demək olar? Beləliklə, Valerianı qaytarın və romalılarla barışın, bu da bizim üçün faydalı olacaq".[4][5]

İstinadlar

redaktə
  1. David Magie. The Scriptores Historiae Augustae. Том 3. — London: Cambridge, Mass. : Harvard University Press, 1968. — С. 5.
  2. Michael H. Dodgeon, Samuel N. C. Lieu. The Roman Eastern Frontier and the Persian Wars AD 226-363: A Documentary History. — Routledge, 2002-11-01. — С. 52. — 464 с. — ISBN 978-1-134-96113-9.
  3. The Journal of Hellenic Studies. — Council of the Society, 1988. — С. 147. — 324 с.
  4. Влателины Рима: биографии римских императоров от Адриана до Диоклетиана Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. — Наука, 1992. — С. 223. — 392 с. — ISBN 978-5-02-009106-1.
  5. Sir Ronald Syme. The Cadusii in history and in fiction / Roman Papers: Volume VI Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine. — Clarendon Press, 1991-08. — С. 318. — 494 с. — ISBN 978-0-19-814494-6.