Vayt Hart Leyn
White Hart Lane — Tottenhem Hotspur futbol komandasının stadionudur. Şimali Londonun Tottenhem bölgəsində yerləşməkdədir. Azarkeşlər arasında The Lane olaraq da adlandırılır.
Vayt Hart Leyn | |
---|---|
Yeri | Tottenhem |
Sahibi | Tottenhem Hotspur |
Tamaşaçı tutumu | 36.284 |
Ev sahibi komanda | Tottenhem Hotspur |
Vikianbarda əlaqəli mediafayllar |
Totenhem Hotspur 1899-cu ildən bəri matçlarını Vayt Hart Leyn'də oynamaqdadır. Stadionda oynadıqları ilk matçı, 5,000 tərəfdar izləmiş və Notts County komandasını 4–1 məğlub etmişdilər. 1908-ci ildən 1972-ci ildə qədər, İngiltərədə Vayt Hart Leyn reklam panoramalarının olmadığı bir neçə stadiondan biri olmuşdur.
1923-cü ildə stadionun tutumu 50,000 nəfərə çıxarılmışdır. mart 1938-ci ildən keçirilən, FA Cup oyununda Vayt Hart Leyn 75,038 tamaşaçıyla rekordu qırmışdır.