Tofiq Babayev (general-mayor)
Tofiq Babayev — Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin sabiq müavini, general-mayor.
Tofiq Babayev | |
---|---|
Tofiq Behbud oğlu Babayev | |
2000 – 2005 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Təhsili | |
Rütbəsi | General-mayor |
|
|
Təltifləri |
Həyatı
redaktəTofiq Behbud oğlu Babayev 1949-cu il iyunun 9-da Ağdam rayonunda anadan olmuşdur. 1956-1966-cı illərdə Ağdam şəhəri 1 saylı orta məktəbdə oxumuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirmişdir. 1972-1974-cü illərdə leytenant hərbi rütbəsində Naxçıvan və Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə xidmət keçmişdir. 1974-1976-cı illər ərzində Ağdam şəhər 50 saylı tam orta texniki peşə məktəbində fizika müəllimi, 1976-1979-cu illərdə isə Ağdam rayon Komsomol Komitəsində II katib və rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.
Fəaliyyəti
redaktə1979-cu ildə Azərbaycan Təhlükəsizlik orqanlarına qəbul olunub. Dağlıq Qarabağda baş əməliyyat müvəkkili, Ağdam, Quba, Yevlax, Gəncə şəhər şöbələrinin və Qarabağ üzrə idarənin rəisi vəzifəsində çalışıb. General-mayor Tofiq Babayev 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 2005-ci ildə öz xahişilə vəzifəsindən azad edilib.
Mükafatları
redaktə"Azərbaycan bayrağı" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda"[1] medalları və Azərbaycan Respublikası Prezidentinin "Fəxri Fərmanına" layiq gorülüb. Qarabağ üzrə idarənin rəisi olarkən (Ağdam-1992) Xocalı soyqırımına etiraz əlaməti olaraq polkovnik rütbəsindən imtina etmişdir.
Vəfatı
redaktəGeneral 9 sentyabr 2012-ci ildə müalicə üçün getdiyi İstanbulda hospitalların birində vəfat etmişdir.[2].