Taleh Kazımov
Taleh Tahir oğlu Kazımov (11 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.[1] [2]
Taleh Kazımov | |
---|---|
Vəzifədədir | |
13 aprel 2022-ci ildən | |
Əvvəlki | Elman Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1983 (41 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | bankir |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTaleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.[3]
Əmək fəaliyyəti
redaktəTaleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir
Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004–2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb.[4]
PAŞA Bank
redaktəTaleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.[4]
Taleh Kazımov 7 dekabr 2011-ci ildən "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarətin maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya etmişdir.[4]
2015-2022-ci illərdə "PAŞA Bank"ın İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmişdir.[2]
Taleh Kazımovun rəhbərliyi altında "PAŞA Bank" "Azərbaycanın ən yaxşı bankı"[5], "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı"[6], "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə korporativ sosial cavabdehlik",[7][8] "Azərbaycanın ən yaxşı investisiya bankı",[9][10] "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Ən yaxşı özəl bankçılıq", "Azərbaycanın ən yaxşı kommersiya bankı"[11] kimi mükafatlarla təltif olunmuşdur.
2015–2022-ci illər ərzində "PAŞA Bank"ın bir sıra göstəriciləri müsbət yöndə dəyişib:
- Bank öz portfelini 281% (3.8 dəfə) böyüdərək ümumi bazar payını 13.9% -ə, korporativ biznes portfelinin bazar payını isə 22%-ə çatdırıb.
- Qeyri-işlək portfelin faiz dərəcəsi dəfələrlə azalaraq 16%-dən 2.1%-ə endirilib (2022-ci il üzrə bazarda mövcud olan qeyri-işlək portfel əmsalından 1.8 dəfə az).
- Kapital gəlirliliyi −0.3 %-dən 11.52%-dək qalxıb.
- Bankın xalis gəliri 552 mln. AZN təşkil edib (bu rəqəm bank yarandığı tarixdən 2015-ci ilədək olan göstəricidən 6.8 dəfə çoxdur).
- Əməliyyat xərcləri ümumi əməliyyat gəlirlərinin 37.9%-nə bərabər olub (bu rəqəm 2014-cü ildə 45.7% idi);
- İşçi sayının 2.6 dəfə artmasına baxmayaraq, işçi üzrə marjinal gəlirlilik əmsalı 1,5%-dən 0,7%-ə endirilib.
- Müştəri ödənişləri dövriyyəsinin mütləq əksəriyyəti rəqəmsal kanallardan keçib. Belə ki, 2022-ci ildə rəqəmsal kanallardan keçən ödənişlər Kiçik-orta sahibkarlıq (KOS) bankçılıq üzrə 99.9%-ə, Korporativ Bankçılıq üzrə isə 99.7%-ə çatıb.[12]
Mərkəzi Bank
redaktə11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilməsi məsələsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılmış və layihə təsdiqlənərək plenar iclasa tövsiyə edilmişdir. 12 aprel 2022-ci il tarixində keçirilən plenar iclasda səsvermə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı təsdiqlənmiş və Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilmişdir.[13]
13 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilmişdir.[1]
Üzvlükləri
redaktə- 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə şurasının üzvü olmuşdur
- 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və vitse-prezidenti olmuşdur.[14]
- 2015–2019-cu illərdə "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar şurasının üzvü olmuşdur.
- 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar şurasının üzvüdür.[15]
- 2022-ci il aprel ayının 13-dən Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.[16]
Təltifləri
redaktə- Taleh Kazımov 2019-cu ildə "EMEA Finance" tərəfindən Şərqi Avropa və post-sovet ölkələri üzrə "Ən yaxşı baş icraçı direktor (The Best CEO)" mükafatı ilə təltif olunub.[17]
Şəxsi həyatı
redaktəƏslən Cəbrayıl rayonunun Soltanlı kəndindədir və yazıçı Tahir Kazımovun oğludur.[18]
İstinadlar
redaktə- ↑ 1 2 "T. T. Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-24.
- ↑ 1 2 ""PAŞA Bank"ın yeni sədri kimdir?". banker.az (az.). 12 aprel 2022. 13 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 apr 2022.
- ↑ "PAŞA Bank İdarəetmə". pashabank.az. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ 1 2 3 "Paşa Bankın gənc sədri Taleh Kazımov kimdir?". banker.az. 2021-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "Europe Banking Awards 2015". emeafinance.com. 2021-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "World Finance Banking Awards 2016". worldfinance.com. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "Europe Banking Awards 2016". emeafinance.com. 9 September 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2021.
- ↑ "Banking Awards 2017". worldfinance.com. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "RBI STP Quality Awards 2019". rbinternational.com. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "Europe Banking Awards 2019". emeafinance.com. 9 September 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2021.
- ↑ "Banking Awards 2018". worldfinance.com. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "Maliyyə hesabatları". pashabank.az. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "Arxivlənmiş surət". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.
- ↑ "AMCHAM Annual Report 2014-2015" (PDF). amcham.az. 2021-09-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-09.
- ↑ "United States - Azerbaijan Chamber of Commerce Board of Directors". usacc.org. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ "16". Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvləri.
- ↑ ""PAŞA Bank"ın sədri "Ən Yaxşı CEO" adına layiq görüldü". marja.az. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-09.
- ↑ A.Qorxmaz. "Mərkəzi Bank sədrinin Cəbrayıla görə kövrələn atası - Tahir Kazımov nələr söyləmişdi... - VİDEO". modern.az (az.). 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.