Rustov (kənd)

(Rustov səhifəsindən yönləndirilmişdir)

RustovAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır.

Rustov
41°15′03″ şm. e. 48°34′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 571 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.061 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4000
Xəritəni göstər/gizlə
Rustov xəritədə
Rustov
Rustov

Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur.[2]

Toponimikası

redaktə

Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır. 1728-ci ilə aid xəritədə Rəstab kimi qeydə alınmışdır. Oykonimin İran dillərindəki rusta (kənd, qəsəbə) sözündən olması güman edilir. Erkən orta əsrlərdə hökmdara məxsus torpaqlara rustak deyilirdi. Rustak eyni zamanda XIII-XIV əsrlərdə İranda inzibati bölgü vahidi olmuşdur. XVI əsrə aid mənbələrdə Şirvanın səkkiz mahalından biri olan Rustovun 30 kənddən və 675 evdən ibarət olması haqqında məlu¬mat verilir.[3]

Mədəniyyəti

redaktə
  • Böyük mədəniyyətə sahib olan bu qəsəbə Quba-Qafqaz xalçaçılığının inkişafında mühüm rol oynayır. Rustovda XIV əsrə aid məscid yerləşir.

Coğrafiyası və iqlimi

redaktə

Əhalisi

redaktə

Kəndin əhalisini tatlar təşkil edir.Rustov qəsəbəsi tərkibində 12 (oniki) kənd var ki onların əhalisi irandilli qrupa aiddir. Rustov qəsəbəsində 6 (altı) min Tat əhali yaşamaqdadır.Tat xalqının ən qədim yaşayış yerlərindən biridir. Rustov tat dilində (rusta) yəni kənd və ya kəndli mənası verir. Tatların öz milli tat dilləri var. 2009-cu ilin siyahıyaalınmasına görə əsasən kəndə 946 nəfər əhali yaşayır.[4]

Tanınmışları

redaktə

İqtisadiyyatı

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. https://web.archive.org/web/20190402145609/https://www.stat.gov.az/source/regions/az/007_3.xls.
  2. [1][ölü keçid]
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629