Robert Banks Cenkinson, Liverpul qrafı (ing. Robert Banks Jenkinson; 7 iyun 1770[1][2][…], London[3]4 dekabr 1828[1][2][…], Surrey) — ingilis dövlət və siyasi xadimi, 1812-1827-ci illərdə Böyük Britaniyanın Baş naziri.

Robert Liverpul
ing. Robert Walpole
8 iyun 1812 – 9 aprel 1827
MonarxIII Georq
ƏvvəlkiSpenser Persival
SonrakıCorc Kanninq
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyun 1770(1770-06-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 dekabr 1828(1828-12-04)[1][2][…] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya Torilər partiyası
Fəaliyyəti siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

redaktə

1812-1827-ci illərdə İngiltərə hökumətinə mühafizəkar R.Liverpul başçılıq etmişdi. Əhali R.Liverpul hökumətinin daxili və xarici siyasətindən narazı idi. 1816 və 1819-cu illərdə ölkə iqtisadi böhran keçirmişdi. Sosial etiraz hərəkatı güclənmişdi. Fəhlələrin fəallığı artsa da mübarizəyə xırda burjua radikalları başçılıq edirdi. Xırda burjuaziyanın əsas tələblərindən biri ümumi seçki hüququ idi. Sol radikallara H.Xant və U.Kobbet başçılıq edirdi. Əhali seçki islahatı keçirilməsini, vergilərin və işsizliyin azaldılmasını, «taxıl qanunlarının» və kilsə onda birinin ləğvini tələb edirdi. 1819-cu ildə mübarizə daha da gücləndi. Mançestr əsas mübarizə mərkəzlərindən biri idi. 16 avqust 1819-cu ildə Mançestrdə 150 min zəhmətkeşin iştirakı ilə mitinq keçirildi. Hökumət mitinqi dağıtmaq üçün qüvvədən istifadə etmişdi, bir neçə fəhlə ölmüş və yaralanmışdı. Ölkənin əksər rayonlarında Mançestr hadisələrinə etiraz mitinqləri keçirilmişdi. Burjuaziya sosial etiraz hərəkatından öz mənafeyinə uyğun istifadə edirdi. Vigilər partiyası hökumətin siyasətini tənqid və Mançestr hadisələrinin araşdırılmasını tələb edirdi. Mühafizəkar hökumət güzəşt etmək fikrində deyildi. Vigilər partiyası parlament islahatına tərəfdar idi. 1827-ci ildə Torilər partiyasında liberalları təmsil edən C.Kanninq baş nazir oldu. Hökumət taxıl üçün gömrüyü azaltdı, sənaye məhsullarının ixracını asanlaşdırdı. Bu yolla İngiltərə hökuməti burjuaziyanı islahat uğrunda mübarizədən yayındırmaq istəyirdi. 1829-cu ildə parlament katoliklərə seçki hüququnun verilməsi haqqında qanun qəbul etdi. İngiltərə XIX əsrin 20-ci illərində Osmanlı imperiyasına qarşı mübarizədə Yunanıstanı müdafiə etmiş, 1825-ci ildə Latın Amerikasında yaranmış dövlətlərin müstəqilliyini tanımışdı. İngiltərə Latın Amerikası ölkələri ilə iqtisadi əlaqələri genişləndirməyə çalışırdı. Lakin liberal mühafizəkarların siyasəti burjuaziyanın mövqeyinin dəyişməsinə səbəb olmadı. Burjuaziya islahat uğrunda mübarizəsini davam etdirdi. İngiltərə 1825-1827-ci illərdə iqtisadi böhran keçirtmişdi. Böhrandan sonra başlanmış durğunluq 1832-ci ilədək davam etmişdi. 1825-ci ildə parlament qanunla tətilləri qadağan etmişdi. 1830-1832-ci illərdə ölkənin cənubunda kəndli hərəkatı gücləndi. Mübarizədə iştirak edən muzdurlar və yoxsul fermerlər kənd təsərrüfatı alətlərini məhv edirdilər. Seçki islahatı uğrunda mübarizə aparan burjuaziya bir sıra şəhərlərdə öz siyasi təşkilatlarını yaradırdı. 1829-cu ildə Londonda yaradılmış Milli Siyasət Assosasiyasına iri fabrik sahibi olan Pleys 1830-cu ildə Birmingemdə yaradılmış Siyasi İttifaqa bankir Arvud başçılıq etmişdi. Burjuaziya zəhmətkeşləri parlamentin yenidən qurulması uğrunda mübarizəyə cəlb etmişdi. Burjuaziyanın proqramı əmlak senzinin saxlanmasını nəzərdə tuturdu.

Ədəbiyyat

redaktə
  • Brock, W. R. Lord Liverpool and Liberal Toryism 1820 to 1827. CUP Archive. 1943. səh. 2.
  •   Kisholm, Hyu, redaktorLiverpool, Earls of // Britannika Ensiklopediyası. 16 (XI). Cambridge University Press. 1911. səh. 804. This contains an assessment of his character and achievements.
  • Cookson, J. E. Lord Liverpool's administration: the crucial years, 1815–1822 (1975)
  • Gash, Norman. Lord Liverpool: The Life and Political Career of Robert Banks Jenkinson, Second Earl of Liverpool 1770–1828 (London 1984)
  • Gash, Norman. "Jenkinson, Robert Banks, second earl of Liverpool (1770–1828)", Oxford Dictionary of National Biography (Oxford University Press, 2004); online ed. 2008 accessed 20 June 2014 doi:10.1093/ref:odnb/14740
  • Gash, Norman. "Lord Liverpool: a private view," History Today (1980) 30#5 pp 35–40
  • Hay, William Anthony. Lord Liverpool : a political life (Woodbridge, The Boydell Press, 2018).
  • Hilton, Boyd. A Mad, Bad, and Dangerous People? England 1783–1846 (New Oxford History of England) (2006) scholarly survey
  • Hilton, Boyd. "The Political Arts of Lord Liverpool." Transactions of the Royal Historical Society (Fifth Series) 38 (1988): 147–170. online
  • Petrie, C. Lord Liverpool and His Times (London, 1954)
  • Plowright, John. Regency England: The Age of Lord Liverpool (Routledge, 2006)
  • Sack, James J. The Grenvillites, 1801–29: Party Politics and Factionalism in the Age of Pitt and Liverpool (1991)
  • Seton-Watson, R. W. Britain in Europe (1789–1914): A Survey of Foreign Policy (1937) online free

İstinadlar

redaktə
  1. 1 2 3 4 Robert Banks Jenkinson, 2nd earl of Liverpool // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Lundy D. R. Robert Bankes Jenkinson, 2nd Earl of Liverpool // The Peerage (ing.).
  3. 1 2 Ливерпул Роберт Банкс Дженкинсон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.