Rail Rzayev
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rzayev Rail Qurban oğlu (10 mart 1945, Bakı – 11 fevral 2009[1], Bakı) — Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993–2009), general-leytenant.
Rail Rzayev | |
---|---|
azərb. Rail Qurban oğlu Rzayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | sui-qəsd |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Hərbi Hava Qüvvələri |
Rütbəsi |
General-leytenant |
Təltifləri |
Həyatı
redaktəRail Rzayev 1945-ci il mart ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində daxil olmuşdur. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışmışdır.
1975-ci ildə Rail Rzayev SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra "N" hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. O, 1980–1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılmışdır.
AR-nın Silahlı Qüvvələrində xidməti
redaktə1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı – idarə rəisi vəzifəsinə təyin olunmuşdur. Rail Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır.
Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini almışdır.
Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 2004-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verilib.[2][3]
Ölümü
redaktəRail Rzayev 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülmüşdür.[4]
Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər[5].
Mənbə
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ http://news.bbc.co.uk/2/hi/europe/7882911.stm.
- ↑ Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetirilib [ölü keçid]
- ↑ Trend.az: Azərbaycan HHQ-nin rəhbəri Rail Rzayev qətlə yetirilib (Tərcümeyi-hal əlavə olunub) [ölü keçid]
- ↑ anspress.com
- ↑ "General Rail Rzayevin öldürülməsindən 7 il keçir" (az.). lent.az. 2016-02-11. 2016-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.