Radio
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır.
Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur.[1] Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Tarixi
redaktəRadionun ilk ixtiraçılarından biri Eduard Brenlinin (Édouard Eugène Désiré Branly) əsas kəşflərindən biri radiokonduktorun yaradılmasıdır. Brenli "radio" termininin də müəllifidir.
Radionun ixtiraçılarından biri də italiyalı radiotexnik və sahibkar, Qulyelmo Markoni (Guglielmo Marchese Marconi) hesab edilir. 1909-cu ildə o, "simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ Kütləvi informasiya vasitələri [ölü keçid]
- ↑ Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Həmçinin bax
redaktə Radio haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |