Qara metallurgiya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qara metallurgiya — metallurgiya sənayesinin 2 sahəsindən – qara və əlvan metallurgiyadan ibarətdir. Burada əsas rol qara metallurgiyaya məxsusdur. Bu sahə də material tutumlu olduğundan xammal və yanacaq mənbələri yaxınlığında yerləşdirilir. Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir. Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqun → polad→ prokatın alınması.[1]. 2013-cü ilin I rübündə metallurgiya sənayesinin istehsal həcmi 68 mln manat olub. Artım 1,3% təşkil edib. Hazır metal məmulatlar istehsalında (18,1 mln manat) 49,2% azalma qeydə alınıb. Ekspertlər hesab edir ki, Azərbaycanda qara metallurgiya məhsulları istehsalının vergidən yayındırılması halları var. Dövlətstatkoma görə, bu ilin yanvar-martında ölkədə tikinti armaturları istehsalı həcmi 57,6 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 52,9% çoxdur. Ekspertlər hesab edir ki, qara metallurgiya gizli iqtisadiyyatın “qaranlıq” proseslərinin getdiyi sahələrdən biridir. İqtisadçı-sahibkar Nazim Məmmədov Turan-a bildirib ki, hesabatdan kənar məhsulun satış bazarı Dərnəgüldür. Orda məhsullar yalançı müəssisələrin adından satılır. Armatur bazarına “Baku Steel Company” nəzarət edir. DSK-ya görə, son illər ən yüksək polad əridilməsi 2007-ci ildə olub – 468 min ton. 2009-cu ildə istehsal həcmi 150 min ton təşkil edib. 2010-cu ildə ikiqat artıb, 2011-ci ildə 380 min ton olub. Maraqlıdır ki, “Baku Steel Company” öz gücünü gizlətmir – ildə 770 min ton. Şirkət praktik olaraq bütün qara metal qırıntısını, batan gəmiləri, sökülən sənaye müəssisələrini alır. Bundan başqa, 2012-ci ildə Gömrük Komitəsinin məlumatına görə, 100 min ton qara metal qırıntısı idxal edilib. 2011-ci ildə $48,3 mln qiymətində 149 min ton armatur alınıb. Bu, 2010-cu ildəkindən 4 dəfə çoxdur.[2]
İstinadlar
redaktə- ↑ "metallurgiya". 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
- ↑ "Hesabatdan kənar «qara» metallurgiya". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.