Panavejis (lit. Panevėžys, pol. Poniewież, 1917-ci ilədək Ponevej) — Litvanın şimalında şəhər.

Panevejis
Panevėžys
Bayraq Gerb
Bayraq Gerb
55°43′30″ şm. e. 24°21′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1503[1]
Sahəsi
  • 54 km²
Mərkəzin hündürlüyü 61 m
Saat qurşağı
  • Şərqi Avropa yay vaxtı[d]
Əhalisi
Əhalisi
  • 87.913 nəf. (1 yanvar 2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +370 845
Poçt indeksi 35001
Digər
panevezys.lt/lt/titulini…
panevezys.lt/en/welcome.…
Xəritəni göstər/gizlə
Panevejis xəritədə
Panevejis
Panevejis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin tarixi 7 sentyabr 1503-cü ildən, Böyük Litva knyazı, Polşa kralı Aleksandr Ramiqala kostyolunun baş keşişinə Nevejis və Levens çayları arasında olan torpaqların bağışlanması barədə yazdığı məktubunda "Panejevis" adını çəkdiyi andan başlayır.

Panevejis həmçinin yaşıl şəhər və dəyirmanlar şəhəri adlanır, çünki dəyirmanlar əvvəllər də, indi də çoxdur.

Bəzən Panevejis keramikanın mərkəzi də adlandırırlar. Keramika üzrə beynəlxalq simpoziumlar şəhəri bütün dünyada məşhur edib. 17 simpoziumda 31 ölkədən 138 rəssam iştirak edib. Yığılmış keramik məmulatlar cəmdə Beynəlxalq Keramik Mərkəzin təsis edilməsi üçün ilkin şərait yaradır.

Panevejis teatrlar şəhəri də adlandırırlar. Əsrin adamı rejissor Yuozas Miltinis Laysves meydanında hazırda onun adı verilmiş ən məşhur dram teatrının əsasını qoyub. Y.Miltinisin İrsini Araşdırma Mərkəzində məşhur rejissorun çox böyük kitabxanası, repitisiyaların yazıları saxlanılır.

Litva və xaricdə araba üzərində kukla teatrının populyarlığı getdikcə artır. Tamaşalarda iştirak etməkdən əlavə kuklaların idarə olunması ilə də tanış olmaq olar. Yayda bu teatr kukla tamaşaları ilə at arabasında qəsəbə və kəndlərə uşaqların yanına gedir. Teatrın rəhbəri və baş rejissoru Antanas Markutskis dahi Danimarka nağılçısı H.K. Andersenın adına nüfuzlu mükafatını əbəs yerə almayıb.

Panevejis – incəsənət, mədəniyyət və təhsil ocağıdır. Y. Masyulisin səyləri ilə hələ 1905-ci ildə açılmış ilk kitab mağazası indiyə qədər işləyir. Lakin şəhərin mədəniyyəti haqqında xüsusi fəsahətlə panevejislilər özləri danışır: "Şəhərin mədəniyyəti çoxüzlü kristal kimidir. Bu üzlər – teatrın magiyası, musiqinin virajı, müxtəlif janrlı incəsənət, o cümlədən, şəkillər, kitab xəzinələri, şəhər tarixinin abidələridir. Mədəniyyət müəssisələri, bədii kollektivlər və şəhəri bütün dünyaya tanıdan rəssamlar. Bu üzlərin arasında – onilliklərlə inkişaf etdirilən tamaşaçı etikası, panevejlilərin doymaz maksimum mənəvi qida almaq istəyi. Şəhərdə çoxlu muzeylər, qalereyalar, mədəniyyət mərkəzləri, kitabxanalar, peşəkar və həvəskar bədii kollektivlər çoxdur. Xalq incəsənəti yayılır, dəmirçi məmulatları, ağac üzərində oyma işi daha da populyarlaşır. Beynəlxalq mədəni və bədii tədbirlər həyata keçirilir".

"Qarsas" Panevejis kino mərkəzi 2008-ci ildə öz 80-illiyini qeyd etdi. Son üç ildə qeyri-kommersiya kinosunun inkişaf etdirilməsi üzrə intensiv işlər nəticə verdi – 1 yanvar 2009-cu ildən "Qarsas" "Europa Cinemas" nüfuzlu kinoteatrlar şəbəkəsinin üzvü oldu.

Yonas Bilyunas küçəsində (keçmiş aviasiya bazasının ərazisində) rəngli şüşədən məmulatların hazırlanması üzrə "Glassremis" bədii şüşə studiyası açılmışdır. Bədii qalereyanın beynəlxalq simpoziumlarda olan işlərdən toplanmış keramika üzrə unikal kolleksiyası var.

Aukştaytiyanın dar raylı dəmir yolu xəttini yada salmamaq mümkün deyil. O şəhərin bütün qonaqlarını əyləncələrə: qatarın teatrallaşdırılmış soyğunu, kənd bazarı və ya kapellanın çıxışı ilə dar dəmir yolla sifarişli səyahətdə iştirak etməyə dəvət edir.

Şəhərin lap mərkəzində Laysves meydanı yanında – "Syanvaqe" yerləşir. Bu gəzinti və əyləncə üçün yerdir. Ağacların başında Müq. apostol Pyotr və Pavelin kostyolunun qüllələri ucalır. Pilləkənlərlə Kranto küçəsinə qalxsan, 21 nömrəli binanın yanında dayanmaq olar. Bu şəhərdə ən köhnə tikilidir. 1614-cü ildən burada ХVII-XVIII əsrlərin Upite əyalət məhkəməsinin torpaq və qəsr arxivi olub.

Panevejis – müxtəlif idman növləri üzrə Avropa və dünya çempionlarını yetişdirən ocaqdır. Bu şəhərdə öz karyerasını əfsanəvi basketbolçular A. Sabonis, Ş.Marçyulyonis, Olimpiya çempionları V. Alekna, R. Valyulis, K. Ubartas, A. Narbekovas başlayıb.

Hal-hazırda Panevejis idman və bədən tərbiyəsi mərkəzində 16 idman növü üzrə idmançılar yetişdirilir. Şəhərdə 60-dan çox idman klubu fəaliyyət göstərir. İdman nailiyyətlərinin yaxşılaşdırılmasına iki üzgüçülük hovuzu, yüngül atletika maneji, V. Varyakoiyisa və "Aukştaytiya" idman kompleksləri, "Cido" universal idman arenası kömək edir. Panevejis sağlam həyat tərzini təbliğ etməsi ilə məşhurdur. Şəhər təxminən 100-kilometrlik velosiped yolları şəbəkəsi ilə sarınıb.

Panevejisi gündəlik həyatda da sakinlərini unutmayan şəhər adlandırsaq, yanılmarıq. Hər il şəhər bələdiyyəsinin təşəbbüsü ilə İlin Panevejisliləri seçilir. 2010-cu ildə təhsil və elm sahəsində 5 saylı orta məktəbin ingilis dili müəllim-eksperti Alma Yuozaytene, mədəniyyət və incəsənət sahəsində – keramika sənətkarı Eqidiyus Radvyanskas təltif edilmişdir.

Coğrafiyası

redaktə

Panevejis – Aukştaytiyanın paytaxtıdır. Meşələrin arasında, Litvanın ortasında, Vilnüs və Riqa arasında yarı yolda Litvanın böyüklüyünə görə beşinci şəhərinin əsası qoyulub. O, 50 kv. kilometrə yaxın ərazini əhatə edir. Şəhər adını hazırda şəhərin ortasından axan Nevejis çayından almışdır.

Panevejisin əsası əlverişli coğrafi yerdə qoyulub, burada Litvanın baş avtomobil magistralları kəsişir, "Via Baltica" beynəlxalq magistralı keçir, şəhərdən dəmir yolu keçir, yerli ehtiyaclar üçün iki hava limanı istismar edilir. Beş yüzillik ərzində Panevejis inkişaf edərək böyük mədəniyyət və sənaye mərkəzi dərəcəsinə çatıb. Panevejis Baltik Şəhərləri İttifaqının üzvüdür, onun 10 tərəfdaş şəhəri var, onlar birgə biznesin, ekologiyanın, mədəniyyət və s. inkişafı üzrə layihələri həyata keçirir. Panevejis – sahibkarlıq və sənaye şəhəridir, burada orta və kiçik biznes üstünlük təşkil edir. Panevejisdə ölkədə yeganə olan Norveç sənayesi parkı fəaliyyət göstərir.

Əhalisi

redaktə

Hazırda Panevejis – litvalıların üstünlük təşkil etdiyi şəhərdir. Belə ki, 112,2 min sakindən 96 faizi litvalılar, 4 faizi – digər millətlərdən olan sakinlərdir (ruslar, ukraynalılar, polyaklar, yəhudilər).

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə