Nikolay Amosov
Nikolay Amosov (6 (19) dekabr 1913 – 12 dekabr 2002[1], Kiyev) — Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961).
Nikolay Amosov | |
---|---|
Nikolay Mixayloviç Amosov | |
Doğum tarixi | 6 (19) dekabr 1913 |
Vəfat tarixi | 12 dekabr 2002[1] (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Mixayloviç Amosov |
Elm sahələri | Aorta koronar şuntlama, herontologiya, Biokibernetika |
Elmi dərəcəsi | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNikolay Amosov 1913-cü il dekabrın 6-sı Rusiya Federasiyasının indiki Voloqda vilayətinin Olxov kəndində anadan olmuşdur. O, 1939-cu ildə Arxangelsk Tibb İnstitutunu, 1940-cı ildə isə Ümumittifaq Qiyabi Sənaye İnstitutunu bitirmişdir.
Fəaliyyəti
redaktəNikolay Amosov 1947–52-ci illərdə Bryansk vilayət xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 1952–54-cü illərdə Ukrayna Elmi-Tədqiqat Vərəm və Döş Cərrahiyyəsi İnstitutunun döş cərrahiyyəsi klinikasının rəhbəri, 1955–70-ci illərdə Kiyev Həkimləri Təkmilləşdirlmə İnstitutunda döş cərrahiyyəsi və anesteziologiya kafedrasının müdiri, 1983–88-ci illərdə Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyəsi İnstitutunun rəhbəri vəzifəsində çalışmışdır. 1960-cı ildən eyni zamanda Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunun biokibernetika şöbəsinin rəhbəri idi. Amosovun elmi əsərləri ürəyin, ağciyərin cərrahiyyəsinə, damar və qarın cərrahiyyəsinə, habelə bioloji və tibbi kibernetika məsələlərinə həsr edilmişdir. [2]
Mükafatları
redaktə- 1958-ci il — Ukrayna SSR əməkdar elm xadimi.
- 1973-cü il — Sosialist Əməyi Qəhrəmanı.
- 1961-ci il — Lenin mükafatı.
- 1968-ci il — Ukrayna SSR Dövlət mükafatı laureatı.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Николай Амосов // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 452. ISBN 978-9952-441-02-4.