Mixail Lomonosov
Mixail Vasilyeviç Lomonosov (8 (19) noyabr 1711[1][2][…] – 4 (15) aprel 1765[1][2][…], Sankt-Peterburq[2][5][…]) — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib.[7][8][9][10]. Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki qanunlar işləmək mümkün oldu.[11].Şüşə haqqında elmin əsasını qoyub.
Mixail Lomonosov | |
---|---|
Михаил Васильевич Ломоносов | |
Doğum tarixi | 8 (19) noyabr 1711[1][2][…] |
Vəfat tarixi | 4 (15) aprel 1765[1][2][…] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri |
|
Elm sahələri | təbiətşünaslıq, kimya, fizika, mineralogiya, tarix, filologiya, metallurgiya, fəlsəfə, astronomiya |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Xristian Volf[6] |
Tanınmış yetirməsi | Stepan Rumovski[6] |
Tanınır | Peterbur EA-nın akademiki. |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb.
Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. venera planetinin atmosferinin mövcudluğunu kəşf edib.[12][13][14].
Elmi fəaliyyəti
redaktəM. Lomonosov özünün fəaliyyətində elmin bütün əsas sahələrini əhatə edə bilib. Onları əsaslı şəkildə işləyib, dərinliyinə vara bilib. Onun elmi nəticələri hətta indi də müasir elmdə aktual olaraq qalır.[15]
Mixail Lomonosov ensiklopedik insan olduğundan beten məşğul olduğu elm sahələri üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi Aleksandr Puşkin onun haqqında yazırdı:
"Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, …, fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərir."[16]
Alim isə bu barədə deyir: "Heç bir şübhə yoxdur ki, elm elmə kömək edir. Fizika kimyaya, riyaziyyat fizikaya, mənəviyyat elmi və tarix poeziyaya kömək edən kimi."[17]
1761-ci ildə apardığı tədqiqatlar zamanı böyük rus alimi Mixail Vasilyeviç Lomonosov Venera planetində atmosferin olduğunu aşkar etmişdir.[18]
XVIII əsrdə Rusiyada "Coğrafiyanın" inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmış müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbəb oldu. Bu temini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.
İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M. V. Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir.
1756-cı ildə Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Bununla da təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 Ломоносов, Михаил Васильевич (rus.). // Русский биографический словарь / под ред. Н. Д. Чечулин, М. Г. Курдюмов СПб: 1914. Т. 10. С. 593–628.
- ↑ 1 2 Fast 500 Jahre international – Ausländische Studierende und Professoren an der Marburger Universität (alm.).
- ↑ 1 2 Mikhail Vasilyevich Lomonosov // Mathematics Genealogy Project ID.
- ↑ 1 2 http://www.st-petersburg-essentialguide.com/bridges-in-saint-petersburg.html.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ Биографии великих химиков. Редактор К. Хайниг. М.: Мир. 1981 — Перевод немецкого издания: Biographien bedeutender. Eine Sammlung von Biographien. Von eine autorenkollektiv, herausgegeben von dr. Karl Heinig. 4 auflage. Volk und Wissen Volkseigenen Verlag. Berlin. 1977
- ↑ Погодин С. А. Ломоносов и химия XVIII века. // Вопросы естествознания и техники, 1962, выпуск 12>
- ↑ Волков В. В., Вонский Е. В., Кузнецова Г. И. Выдающиеся химики мира. — М.: "Высшая школа", 1991. — ISBN 5-06-001568-8
- ↑ Об этом говорит и Л. Эйлер — смотри в разделе "Физическая химия"
- ↑ "Теоретические исследования М. В. Ломоносова по химии.— Фигуровский Н. А. Очерк общей истории химии. От древнейших времен до начала XIX века. М,: Издательство Наука, 1969". 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-29.
- ↑ Материалы для биографии Ломоносова. Собраны экстраординарным академиком Билярским. Санкт-Петербург. В типографии Императорской Академии Наук. 1865
- ↑ История Императорской Академии Наук в Петербурге Петра Пекарского. Том первый. Издание отделения русского языка и словестности Императорской Академии Наук. Санкт-Петербург. Типография Императорской Академии Наук. 1870
- ↑ История Императорской Академии Наук в Петербурге Петра Пекарского. Том второй. Издание отделения русского языка и словестности Императорской Академии Наук. Санкт-Петербург. Типография Императорской Академии Наук. 1873
- ↑ Вернадский В. П. О значении трудов М. В. Ломоносова в минералогии и неологии. М., 1900
- ↑ Пушкин А. С. Полное собрание сочинений в девятнадцати томах (23 книгах). М.: Воскресенье 1994г
- ↑ Ломоносов М. В. Первые основания металлургии, или рудных дел. Санкт-Петербург. Императорская Академия Наук. 1763
- ↑ Həftənin əlamətdar günləri tarixin güzgüsündə [ölü keçid]