Masazır
Masazır — Azərbaycan Respublikasının Abşeron rayonunun Masazır kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Abşeron rayonunun Masazır kəndi Xırdalan qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Masazır kənd Soveti yaradılmışdır.[2]
Masazır | |
---|---|
40°28′57″ şm. e. 49°45′35″ ş. u.HGYO | |
Ölkə | |
Region | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0116, AZ0123 |
Toponimikası
redaktəMasazır oykonimi fars dilindəki masse – qum sözündən və məkan bildirən zar şəkilçisindən ibarət olub, "qumlaq, qum olan yer" mənasını bildirir. Yazılı mənbələrdə oykonimin Musazır, Musadır, Mostazxir variantlarına da rast gəlinir. Yerli əhali kəndin adını Məstanzor şəxs adı ilə də bağlayır.[3]
Tarixi
redaktəMasazır kəndi 1913-cü ildə Bakı qəzasının Masazır kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Binəqədi dairəsinə tabe idi. 1929-cu ildə inzibati bölgü islahatlarında qəzalar ləğv edildikdən sonra Masazır Azərbaycan SSR Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir. 1961-ci il inzibati bölgüsünə görə Masazır kəndi Azərbaycan SSR Bakı şəhəri, Kirov rayonu Xırdalan qəsəbə sovetinin tərkibində olmuşdur. 1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verilmişdir. Kənd 1977-ci il inzibati ərazi bölgüsünə görə Abşeron rayonu Xırdalan kənd sovetinin tərkibində olmuşdur. 1991-ci il mayın 25-də Xırdalan kənd Sovetindən yeni Masazır kənd Soveti ayrıldı. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparıldı və Masazır inzibati ərazi dairəsi tərkibində Abşeron rayonunun Masazır bələdiyyəsi yaradıldı.
Coğrafiyası və iqlimi
redaktəMasazır eyniadlı gölün sahilində yerləşir. Kənd Bakıdan 16 km aralıda, Xırdalan şəhərinin ərazisi ilə birləşir. Ən yaxın dəmir yolu stansiyası Xırdalandır. Kənd dəniz səviyyəsindən 70 metr yüksəklikdə yerləşir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- ↑ Masazır // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Abşeron rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |