Mahrızlı (Ağdam)

Ağdam rayonunda kənd

MahrızlıAzərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd.[1]

Mahrızlı
40°03′06″ şm. e. 47°03′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1820
İlk məlumat 1830
Mərkəzin hündürlüyü 252 m
İqlimi Soyuq yarımsəhra
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.600 nəfər (1979)
Milli tərkibi azərbaycanlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0234
Nəqliyyat kodu 02
Xəritəni göstər/gizlə
Mahrızlı xəritədə
Mahrızlı
Mahrızlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiyası

redaktə

Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olmasına baxmayaraq,[2] Tatyana Aristovaya görə. onun adı kürd mənşəli mahrızlı tayfası ilə əlaqədardır.[3]

Tatyana Aristovaya görə. Mahrızlı kəndi 1820-ci ildə İrandan Azərbaycana köçmüş, kürd mənşəli mahrızlı tayfası tərəfindən salınmışdır.[4] Buna baxmayaraq, Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olduğu göstərilir.[2]

1886-cı ildə hazrılanmış və 1893-cu ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin Əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumatla qarşılaşmaq olar.[5] Kənd "Qafqaz təqvimi"nin 1906-ci il buraxılışında Şuşa qəzasının Çəmənli kənd icmasına daxil idi.[6] Buna baxmayaraq, 1913-cu ildə Rusiya imperiyasının ərazi bolgüsundə edilən dəyişikliklərdən sonra kənd Şuşa qəzasının Zəngişalı kənd icmasının tərkibinə daxil olmuşdur.[7]

1926-cı ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsunə görə kənd Ağdam qəzasının Xındırıstan dairəsinin tərkibinə daxil edilir. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati quruluşunda dəyişiklikliklər edilir və kənd Ağdam rayonunun Zəngişalı kənd sovetinə birləşdirilir. Respublikada 1961 və 1979-cu illərdə həyata keçirilən inzibati ərazi bölguləri zamanı kənd Zəngişalı kənd sovetinin tərkibində saxlanılır.[8]

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra kənd, Ağdam rayonu Zəngişalı İnzibati Ərazi Dairəsinin tərkibindədir.[9] Azərbaycan Respublikasının 1999-cu ildə həyata keçirdiyi bələdiyyə inzibati bölgusundən sonra kənd, qonşu Zəngişalı kəndi ilə birlikdə yeni yaradılmış Zəngişalı bələdiyyəsinin tərkibinə daxil olur.

Əhalisi

redaktə

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kəndin əhalisi tatarlardan (sonradan azərbaycanlılar) ibarət idi.[2] Buna baxmayaraq, əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur.[4] 1886-cı ildə kənddə 240 nəfər yaşayırdı.[10] Kəndin daxil olduğu Zəngişalı İnzibati Ərazi dairəsinin 2009-cu il üzrə əhali statistikasına görə, burada 4,471 nəfər yaşayır.[11]

Tanınmış şəxsiyyətləri

redaktə

İqtisadiyyatı

redaktə

R27 nömrəli Yevlax-Bərrdə-Ağdam yolu ilə R33 nömrəli Hüsulu-Muğanlı yolunu birləşdirən Sarıcalı kənd yolu Mahrızlıdan keçir. Kənddə hal hazırda telefon xətti və ADSL internet mövcüddur. Kənddə Azərpoçtun fillialı var.[12]

Mədəniyyət

redaktə

Kənddə Kitabxana, Kənd klubu mövcuddur. Kənddə həmçinin "Rahib Məmmədov adına Döyuş Şöhrəti" müzey fəaliyyət göstərir.[13]

İstinadlar

redaktə
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 3 "Кавказский календарь на 1912 г.— Тифлис: Типография канцелярии наместника Кавказского,1912 г." 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
  3. Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк
  4. 1 2 Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк
  5. "Arxivlənmiş surət". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  6. "Arxivlənmiş surət" (PDF). 2021-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  7. "Arxivlənmiş surət". 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  8. "Arxivlənmiş surət" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  9. "Arxivlənmiş surət" (PDF). 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-28.
  10. "Arxivlənmiş surət". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  11. https://www.stat.gov.az/map/az/09_1/009_1_dem.xls[ölü keçid]
  12. "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  13. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.