MünhbalaoğluŞərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcısındakı Yağargədik yüksəkliyindən (2049,8 m) cənub-qərbə ayrılan Ardıc şaxəsinin qurtaracağında dağ (hünd. 1429,7 m). Arpaçayın sağ sahilində, Aşağı Yaycı kəndindən 1,2 km şimal-qərbdədir. Üst Permin Murqab regiomərtəbəsinin yuxarı hissəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş şimal-şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərb hissəsində izlənilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının şimal-şərq qanadında yerləşir. Yamaclarından müxtəlif istiqamətli fay, fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.[1]

Münhbalaoğlu
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1429,7 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

İstinadlar

redaktə
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

redaktə