Lyaxovski adaları

Lyaxovski adaları (saxa Ляхов арыылара) — adalar qrupu Yeni Sibir adalarının cənubunda yerləşir. İki iri Kiçik və Böyük Lyaxovski adaları, bir elədə böyük olmayan Stolbovoy, iki kiçik Zatoplyaemı[1], Yaya[2] və iki keçmiş Semyonovski adası, Vasilevski adası daxildir. Ümumi sahəsi 6100 km² təşkil edir. Adalar Ust Lenski qoruğu ərazisinə daxildir. Adaları materikdən Dmitri Laptev boğazı, Anju adalarından isə Sannikov boğazı.

Lyaxovski adaları
saxa Ляхов арыылара
Ümumi məlumatlar
Ən böyük adası Böyük Lyaxovski
Ümumi sahəsi 6100 km²
Hündür nöqtəsi 311 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
73°47′20″ şm. e. 141°22′48″ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Lyaxovski adaları xəritədə
Lyaxovski adaları
Lyaxovski adaları
Lyaxovski adaları (Yakutiya)
Lyaxovski adaları
Lyaxovski adaları, Yakutiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Relyefi düzəndir. Ən hündür nöqtəsi Emiy-Tas dağıdır (311 m). Zirvə Böyük Lyaxovski adasında yerləşir.

Adalar 1712-ci ildə Yakov Permyakov və Merkuri Vaqin tərəfindən aşkarlanmışdır. Adalar Yakutiyalı tacir İvan Lyaxovun şərəfinə adlandırılmışdır. O, mamont ticarəti ilə məşğul olurdu.

2012-ci ildə Kiçik Lyaxovski adasında donmamış qana malik mamont aşkarlanmışdır[3][4].

İstinadlar

redaktə
  1. (Stolbovoy adasından cənubda yerləşir. Xəritə S-53_54 Arxivləşdirilib 2013-05-04 at the Wayback Machine)
  2. 2013 ildə Stolbovoy adasından qərbdə aşkarlanmışdır
  3. "Rus alimləri donmamış qana malik mamont aşkarlanmışlar". 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
  4. ЯСИА :: Мамонт в яблоках — якутские ученые рассказали об итогах экспедиции на Новосибирские острова Arxivləşdirilib 2013-12-17 at the Wayback Machine (rus.)