Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi.

Qanın dəri altında laxtalanması

Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.

Mənbə

redaktə

Həmçinin bax

redaktə