Karnegi Mellon Universiteti
Karnegi Mellon Universiteti (ing. Carnegie Mellon University) — ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsi.
Karnegi Mellon Universiteti | |
---|---|
40°26′33″ şm. e. 79°56′36″ q. u.HGYO | |
Şüar | Mənim qəlbim işlə döyünür! |
Əsası qoyulub | 1900 |
Tip | Özəl |
Tələbə sayı | 11371 |
Şəhər | Pitsburq şəhəri |
Ölkə | |
Sayt | cmu.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Reytinqi
redaktəYarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülmüşdür.
2015/16[2] | 2014/15[3] | 2013/14[4] | 2012/13[5] | 2011/12[6] | 2010/11[7] |
---|---|---|---|---|---|
22 | 24 | 24 | 22 | 21 | 20 |
Məşhur məzunları
redaktəKarnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-nin beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır.
- Klinton Devisson – fizika üzrə Nobel mükafatı laureatı;
- Otto Stern – fizika üzrə Nobel mükafatı laureatı;
- Pol Flory – kimya üzrə Nobel mükafatı laureatı;
- Herbert Simon – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Franko Modiqliani – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Merton Miller – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Robert Lukas – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Con Popl – kimya üzrə Nobel mükafatı laureatı;
- Volter Kohn – kimya üzrə Nobel mükafatı laureatı;
- Pol Loterbur – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Edvard Preskott – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Ada Yonath – kimya üzrə Nobel mükafatı laureatı;
- Nilofər Bəxtiyar – Pakistanın federal turizm naziri;
- Çarlz Ervin Vilson – ABŞ-nin keçmiş müdafiə naziri;
- Piter De Mut – Pensilvaniyadan olan konqresmen;
- Lerri Giammo – Merillend ştatının Rokvill şəhərinin meri;
- Kliford Şull – fizika üzrə Nobel mükafatı laureatı;
- Con Forbes Neş – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Edvard Preskot – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Con Holl – fizika üzrə Nobel mükafatı laureatı;
- Oliver Uilliamson – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.
Mənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Karnegi Mellon Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 05.03.2010, № 09. (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- cmu.edu — Rəsmi saytı