Kamp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu[1], katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir.
Kamp Nou | |
---|---|
Tam adı | Camp Nou stadionu |
Yeri | Barselona, İspaniya |
Təməli qoyulub | 1954-1957 |
Tikilib | 1957 |
Açılış tarixi | 24 Sentyabr 1957 |
Sahibi | Barselona |
Tamaşaçı tutumu | 99,354 |
Ev sahibi komanda | Barselona |
Ot örtüyü | təbii |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır.
Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür.
Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü. Həmçinin bu futbol meydançasının tikilməsinin əsas səbəblərindən biri də bu şəxsin rəqiblərindən olan Real Madrid klubu həmin dövrdə Estadio Chamartin adlı stadion tikdirmişdi. Bu futbol meydançası hazırda Santyaqo Bernabau adlanır. Bu stadionun tikilməsi haqqında irəli sürülən memar Frensesko Mitxansu oldu və bu şəxs Miro – Sansanın əmisi oğlu idi.
İlk daşın atılması prosesi isə 1953 – cü ilin mart ayında oldu və ilkin büdcə 67 milyon peset hesablanmışdı. Lakin layihə hazırlanarkən torpaqda müəyyən dəyişikliklər ediləcəyi düşünülməmişdi və məhz buna görə də müəyyən çətinliklər meydana gəldi, tikintinin vaxtı uzandı və stadiona ayrılmış maliyyə vəsaiti də çoxaldı. Nəticədə isə ümumi sərf edilmiş büdcə 288 milyona qədər çatdı. Həmçinin klubun tikintiyə olan xərclərinin ödənilməsi üçün Les Corts stadionu satıldı, həmçinin Barselona üzvləri durmadan başqa yerlərə köçməyə başladılar. Bu da müxtəlif əşyalara olan ehtiyacı yaratdı. Fransisko Franko klubu borca saldı.
Stadionun açılışı isə 24 sentyabr 1957–ci ildə baş tutdu. Həmin gündən etibarən Barselona öz keçmiş stadionu ilə vidalaşdı və Kamp Nou – da oynamağa başladı. Həmçinin minlərlə insana Les Corts stadionunda yer çatmadığı üçün bura onlar üçün əhəmiyyətli oldu. Bu stadionun açılması ilə dünyanın ən böyük və möhtəşəm stadionlarından birinə çevrildi. Həmin vaxt isə 90 000 yer tamaşaçılar üçün nəzərdə tutulmuşdu.
Əvvəllər stadionun adının klubun yaradıcı olan Hans Hamperin adını daşıyacağı söylənsə də daha sonra alınmış qərara əsasən daha neytral ad seçimi oldu; Estadio del Club de Futbol Barcelona (Stadion FK Barselona). İnsanlar arasında isə stadion Camp Nou kimi tanınmağa başlandı. Çünki bəzən bu ad "yeni stadion" kimi də tərcümə edilir, çünki həmin dövrə görə bura Les Corts futbol meydançasından yeni idi. Stadionun açılışından səkkiz il sonra president Enrik Laudet müzakirə etmək üçün insanları çağırdı və stadionun xüsusi ad verilməsi haqqında danışıqlıqlar getdi. İrəli sürülən təkliflər içərisində Estadi Barça və Estadi Capm Nou da yer almışdı, lakin daha çox səsi Estadio del KF Barselona qazandı. Bütün bunlara baxmayaraq fanatlar və jurnalistlər daha çox Kamp Nou adına üstünlük verirdilər, məhz buna görə də 2001 – ci ildə president Xuan Qaspar yeni müzakirə çağırdı və çoxluq hissə stadiona bu adın verilməsini dəstəklədi.
2007 – 2008 ci illərdə olan mövsümdə Barselona futbolçuları üçün 50 illik yubuleyi olan stadionun görünüşü xüsusi formada hazırlanmışdı.
Kamp Nou 24 sentyabr 1957 – ci ildə açılmışdır. Bu işlə əlaqədar unudulmamaq üçün Barselona ilə polyak klubu olan Legin arasında dostluq oyunu keçirilmişdir. Oyun 4:2 katalonların xeyrinə başa çatdı və Barselonalı Euloxia Martines stadionda vurulan ilk qolun zərbəçisi oldu. İlk xüsusi görüş isə 6 oktyabr 1957 – ci ildə baş tutdu. Bu oyun 157 – 58 – ci il üçün nəzərdə tutulmuş ikinci mövsüm idi və Barselona Real Xaenlə görüşdü. Öz tamaşaçılarını sevindirərək 6:1 qalib oldular, vurulan qolların sahibləri isə Vilvard, Texada, Kubala və Euloxio Martines oldu.
Kamp Nou bir neçə dəfə təmirə bağlanılmışdır. İlk dəfə bu 1981 – ci ildə baş Verdi və bu tarixdə stadion 1982 – ci ilin futbol çempionatı üçün bağlanılmışdı. Çünki həmin çempionat İspaniyada keçiriləcəkdi. Yerləşməyə görə Kamp Nou 120 000 tamaşaçı üçün böyüdüldü. İkinci yenidən qurma işləri isə 1998 – ci ildə baş vermişdi və bu UEFA – nın ortaya qoyduğu yeni qanunlarla əlaqədar idi. Çünki insanlar üçün bütün yerlər xüsusu oturacaqlarla əvəz edilməli idi. Daha çox yerin tutulması üçün stadion işçiləri əllərindən gələni etdilər. Hazırkı dövrdə isə Kamp Nou stadionu 98 934 yer tutur və futbol meydançasının tam sahəsi isə 105x68 metr hesablanmışdır. Həmçinin Kamp Nou UEFA tərəfindən çox az beş ulduz verilən Avropa stadionlarından biridir. Hazırda Kamp Nounun hündürlüyü 48 metrdir, ümumi stadion hissəsi isə 55 000 kv metr hesablanmışdır. Uzunluğu 256, eni isə 220 metr sayılır. Ümumilikdə beş dəqiqə ərzində bütün tamaşaçıların çıxarılması mümkündür.
FK Barselonanın ərazisində xüsusi xidmət mərkəzləri fəaliyyət göstərir, həmçinin rəhbərliyin ofisi və FK Barselonaya məxsus muzey də var. Bu muzey Kataloniyada ən çox səfər edilən yerlərdən sayılır. Həmçinin Kamp Nou baş kompleksion əsasını təşkil edir və burada Mini estadi vardır. İyirminci əsrin stadionunda məktəb klublarının uşaqları məşq edir, La Masiya tikilisində klubun ən gənc oyunçuları qalır, Palau Blauqrana korpusunda isə 8 000 tamaşaçı yerləşdirilə bilər. Burada basketbol, həndbol, hokkey və mini futbol məşqləri keçirilir. 2007 – ci ilin sentyabrında qəbul edilmiş layihəyə əsasən stadion 50 illik yubuleyi ilə əlaqədar yenidən təmir ediləcəkdir. Beynəlxalq konkurs keçirildi və konkursda 80 memar öz işini təqdim etdi. Juri heyətinə klubun xüsusi üzvləri, dövlət adamları və katalonya memarları assosiyasiyasının üzvləri qatıldı. 18 sentyabr 2007 – ci ildə tanınmış qalib ingilis firması olan Fosters və onun şərikləri oldu. Onlar yeni stadionlar olan Uembli, Viaduka Miyo, Kolserol qalası və Nyu Yorkun mərkəzində tikilən ticarət mərkəzinin memarı sayılırdı. Əvvəlki büdcə 250 milyon sayılırdı və layihənin ilk görünüşü Barselona ilə Sevilya oynayarkən cəmiyyət qarşısına çıxarıldı. Bu hadisə 22 sentyabr 2007 – ci ildə baş tutdu. 24 sentyabr bazaar ertəsi artıq ilk görünüşü muzeyin ikinci mərtəbəsində görmək mümkün idi. 2008 – ci ildə layihənin bitirilməsi vacib idi və 2009 – cu ildə tikinti işləri başlayıb, 2011 yaxud 2012 – ci ilə də bitirilməsi gözlənilirdi.
Stadionun yerinə yetirilməsi bu vəziyyətdə olacaq; Yerləşmə 98 000 yaxud 106 000 tamaşaçı Zip – zonada 14 000 – dən artıq yer Həmçinin tribunanı qoruyan hərəkət edici tavan olacaq Fasadlarda karbonatdan hazılanmış daş pilitələr və şüşələr olacaq, bunlar işıq effektinin çox asanlıqla yerinə yetrilməsi üçün vacibdir. Bu effektinə görə Allians arenasından və Akbar adına olan BArselona qalasından seçiləcəkdir. Xüsusi fanatlar üçün eskalatorlar və liftlər hazırlanacaq Əlillər üçün xüsusi yerlər hazırlanacaq
Avropa çempionatı
redaktəHəmçinin Kamp Nou və Santiyaqo Bernabeu stadionunda Avropa çempionatının 1964 – cü ildə finalı keçirilmişdir. Kamp Nou da iki görüş keçirildi; 1/2 final və üçüncü yer üçün keçirilən oyun. 17 iyun 1964 – 1/2 final; SSRİ 3:0 Almaniya. Həmin vaxt 38 556 tamaşaçı gəlmişdi 20 iyun 1964 – üçüncü yer uğrunda; Macarıstan 3:1 Almaniya. Həmin vaxt 3 869 tamaşaçı gəlmişdi.
Dünya çempionatı maçları
redaktə1982 – ci ildə dünya çempionatı İspaniyada keçirilib. 13 iyun stadionda mərasim keçirildi və ilk oyun Argentina 0:1 Belçika. Ümumilikdə stadionda beş oyunu oldu və yeddi qol vuruldu. Həmin müddət ərzində Kamp Nou stadionuna 320 000 tamaşaçı səyahət etdi və onlardan 64 000 məhz oyun üçün gəlmişdi. Stadionda aşağıdakı oyunlar keçirildi;
13 iyun Grup 3 – Argentina 0:1 Belçika – 95,500 tamaşaçı
28 iyun Grup A – Polşa 3:0 Belçika – 65,000 tamaşaçı
1 iyul Grup A – Belçika 0:1 SSRİ – 45,000 tamaşaçı
4iyul Grup A – Polşa 0:0 SSRİ – 65,000 tamaşaçı
8 iyul 1/2 final – Polşa 0:2 İtaliya – 50,000 tamaşaçı
Olimpiya oyunları
redaktəOlimpiya oyunlarından isə 1992 – ci ildə 8 avqust tarxində yay Olimpiyada oyunlarının final futbol turu keçirildi və nəticədə Polşa 2:3 İspaniya görüş başa çatdı, İspaniya qalib elan olundu.
İstinadlar
redaktə- ↑ ""Barselona" futbol klubunun rəsmi saytı". beş ulduzlu stadion (e). 2012-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2008-ci il.