Kalsium
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məlumatı yoxla. |
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | kalsium, Ca, 20 | |||||
Qrup, Dövr, Blok | 2, 4, s | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 40.078 q/mol | |||||
Elektron formulu | 1s²:2s²:2p⁶:3p⁶:4s² | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 851°C °C (1115 K, 1548 °F) | |||||
Qaynama temperaturu | 1484 °C (1757 K, 2703 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Kalsium (Ca) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 20-ci element. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur. Kalsiumun birləşmələri alovu kərpici-qırmızı rəngə boyayır
Kalsium insan orqanizmində
redaktəİnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.[mənbə göstərin]
Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır. Kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir. Kalsium çatışmazlığı:
- Əzələ və oynaq ağrıları
- Sümük əriməsi
- Yuxu problemləri
- Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.
Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800–1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.
Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam, kələm, balıq və. s[1]
== Kalsium bitki və heyvan orqanizmində[mənbə göstərin] == Bitkilərdə kalsiumun miqdarı orta hesabla 0.3% olur. Pektin maddələri (qalakturon turşusunun kalsium və maqnezium duzları) bitkilərin hüceyrə divarlarının və hüceyrələrarası maddələrin tərkibinə daxildirlər.
Kalsium yosunların "xarici skeleti" üçün komponentdir: bitki toxumalarının möhkəmliyini təmin edir və bitkilərin dözümlülüyünü artırır.
Kalsium çatışmamazlılığı pektin maddələrinin köpəşiməsinə, hüceyrə divarlarının seliklənməsinə və bitkilərin çürüməsinə səbəb olur; kök sistemi zədələnir, bitkilərin yuxarı hissəsinin və cavan yarpaqların ağarması baş verir. Yeni əmələ gələn yarpaqlar əyri,kənarları düz formada olmayan, kiçik olur, səthində açıq sarımtıl ləkələr əmələ gəlir, yarpaqların kənarları aşağı qatlanır. Kalsium çatışmazlığı kəskin olduqda yeni yaranan qanadlarin yuxarı hissəsi məhv olur.
Heyvanların orqanizmində kalsium 1.9-dan 2.5 kütlə faizinə qədər olur.
Kalsium sümük skeletlərinin qurulması üçün materialdır. Kalsium karbonat koralların, ilbizlərin çanaqlarının, dəniz kirpilərinin pansireylərinin və mikroorqanizmlərin skeletlərinin tərkibinə daxil olurlar.
Təbiətdə tapılması
redaktəKalsium təbiətdə yalnız birləmələr şəklində tapılır. Yer qabığının kütləsinin 3.38%-ni təşkil edir.[mənbə göstərin]
Kalsium və birləşmələri
redaktəCaCO3 - kalsium karbonat, kalsit, təbaşir, mərmər, əhəng daşı;
Ca3(PO4)2 - kalsium fosfat, fosforit, sümük unu;
Ca(NO3)2 - kalsium nitrat, kalsium şorası;
CaO - kalsium oksid, sönməmiş əhəng;
Ca(OH)2 - kalsium hidroksid, sönmüş əhəng;
Ca(OCl)2 - xlorlu əhəng, xlorid və xlorit turşularının qarışıq duzu;
CaSO4.2H2O - kaslium sulfatın kristal hidratı;
Ca(H2PO4)2 - superfosfat
Alınması
redaktəKalsium da qələvi metallar kimi sənayedə elektrometallurgiya üsulu ilə alınır
CaCl2 → Ca + Cl2
Fiziki xassələri
redaktəKalsium gümüşü-ağ rəngli, kifayət qədər bərk, metal parıltısını malik, yüngül(p=1,55q/sm³) ərimə temperaturu 851°C olan metaldır. [mənbə göstərin]
Kimyəvi xassələri
redaktəKalsium aktiv metaldır. Qələvi metallar kimi kerosində saxlanılır.
Qeyri-metallarla
Ca + C → CaC2 3Ca + N2 → Ca3N2
Ca + S → CaS 2Ca + O2 → 2CaO
3Ca + 2P → Ca3P2 2Ca + Cl2 → 2CaCl
Ca + 2F → CaF2 Ca + H2 → CaH2
Turşularla
Ca + 2H2O → Ca(OH)2 + H2 Ca + H2SO4(Qatı) → 4CaSO4 + 4H2O + H2S
Ca + 2HCl → CaCl2 + H2 Ca + 2HNO3 → Ca(NO3)2 + H2
Ca + 2HBr → CaBr2 + H2
İstinadlar
redaktə- ↑ "Kalsiumun insan orqanizmində rolu". 2009-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.