I Ferdinand (Toskana hersoqu)
Ferdinando I Mediçi (it. Ferdinando de' Medici, 30.7.1549–3.2.1609) — 1587–1609-cu illərdə böyük Toskana hersoqu olmuşdur, İtaliya və və ölkənin hüdudlarından kənarda Mediçilər evinin nüfuzu və təsirini xeyli artırmışdır.
I Ferdinand | |
---|---|
it. Ferdinando I de' Medici | |
19 oktyabr 1587 – 3 fevral 1609 (ləqəbi: I Ferdinando) | |
Əvvəlki | I Françesko |
Sonrakı | II Kozimo |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyul 1549[1] |
Doğum yeri | Florensiya, Florensiya hersoqluğu |
Vəfat tarixi | 3 fevral 1609[1] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Mediçilər kapellası, Florensiya |
Fəaliyyəti | katolik keşişi[d], siyasətçi, mesenat[d] |
Atası | I Kozimo |
Anası | Eleonora Toledolu |
Həyat yoldaşı | Kristina Lotaringiyalı |
Ailəsi | Mediçilər |
Dini | katolisizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], Aktiv idarəçilik[2], mesenatlıq[d][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəI Kozimo və Eleonora Toledolunun kiçik oğlu olan Ferdinando hersoq taxt-tacına namizəd sayılmırdı və artıq 14 yaşında müqəddəs andı vermədən kardinal titulunu aldı[3]. Gəncliyini Romada keçirərək o, özünün tikdiyi Mediçilər villasına İtaliyaya aid maddi mədəniyyət əsərlərini yığırdı. Xalq arasında birmənalı reputasiyaya sahib olmayan Françesko adlı qardaşının qəfil ölümündən sonra, Ferdinand bütün Toskananın varisi oldu. Elmi məlumatlara görə, Françesko arsen ilə zəhərlənmişdi və çox güman ki bunu Ferdinandın özü etmişdir. Toskana taxt-tacını əldə edərək o, eyni zamanda kardinal titulunu daşıyırdı, ancaq papanın razılığı ilə titulundan imtina etdi ki, 1589-cu ildə Yekaterina Mediçinin nəvəsi Kristina Lotaringiyalı nikah bağlasın. Ferdinando, o vaxtı antikatolik partiyasına rəhbərlik edən IV Henrixə ssuda ilə dəstək verərək, üstün fərasətlilik göstərdi. Henrix Fransada hakimiyyətə gələndən sonra, Ferdinando Marsel buxtasına donanmasını göndərdi və ispanların qəsd etdiyi İf qəsrini ələ aldı. Bu hadisədən sonra Ferdinandonun fransız kralı ilə əlaqələri pozuldu, lakin barışıq əlaməti olaraq kral 1600-cü ildə Ferdinandonun qardaşı qızı Mariya Mediçi ilə evləndi. Burbonlarla olan bu ittifaq imperatorun xoşuna gəlmirdi və onu sakitləşdirmək üçün Ferdinando Avstriya şahzadəsini öz varisinə aldı və türklərlə müharibədə avstriyalılara yardım göstərmək üçün öz qoşunlarını Egey dənizi və Afrikaya göndərdi.
Ferdinandonun müdrik xarici siyasəti Toskananın iqtisadi tərəqqi və onun maliyyəsinin möhkəmlənməsinə səbəb olmuşdur. O, öz sərvətləri ölçülüb-biçilmiş şəkildə xərcləyirdi, bunun sayəsində ölkənin şərqində bataqlıq yerlərinin qurudulmasına üstünlük verilirdi və ucqar Livornonu Aralıq dənizində mühüm ticarət limanına çevrildi. İncəsənətdə o, musiqiyə xüsusi diqqət yetirirdi və təəccüblü deyil ki, onun dövründə ilk operalar tamaşa edilirdi.
İstinadlar
redaktə- ↑ 1 2 Guarini E. F. FERDINANDO I de' Medici, granduca di Toscana // Dizionario Biografico degli Italiani (it.). 1996. Vol. 46.
- ↑ 1 2 3 Ferdinand // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Salvador Miranda. The Cardinals of the Holy Roman Church — Biographical Dictionary — Consistory of January 6, 1563 Arxivləşdirilib sentyabr 16, 2016, at Archive.today. www2.fiu.edu.