Hüseyn Rəhmanov
Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi.[1]
Hüseyn Rəhmanov | |
---|---|
12 dekabr 1933 – 2 oktyabr 1937 | |
Əvvəlki | Mircəfər Bağırov |
Sonrakı | Teymur Quliyev |
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi | |
19 sentyabr 1933 – 10 dekabr 1933 | |
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi | |
4 iyun 1930 – 28 noyabr 1930 | |
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi | |
24 dekabr 1929 – 31 may 1930 | |
Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi | |
17 may 1928 – 7 dekabr 1929 | |
Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Zaqafqaziya Diyar Komitəsinin birinci katibi | |
1925 – 1928 | |
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi | |
1923 – 1925 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1938 (35 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəH. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur.
H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir
Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir.
Siyasi fəaliyyəti
redaktə1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. H. Rəhmanov iki ilə yaxın – 1926–1929-cu illərdə Zaqafqaziyada Ölkə Komsomol Komitəsinin birinci katibi olmuşdur.
1928-ci il mayın 17-də Moskvada ÜİLKGİ Mərkəzi Komitəsinin plenumu çağırılmışdır. Plenum H. Rəhmanovu ÜİLKGİ MK bürosunun üzvü və 4 katibindən biri seçmişdir. Bir ildən sonra – yəni 1929-cu ilin aprelində isə o, ÜİLKGİ MK ikinci katibi təsdiq edilmişdir.
1929–1930-cu illərdə H. Rəhmanov Azərbaycan KP MK-nın üçüncü katibi vəzifəsini aparmışdır. Bu zaman o, Azərbaycanda əksinqilabi çıxışların – Şamxor ruhanilərinin "Şamxor imamı", Qarabağ üsyanlarının yatırılmasında, qrupbazlıq işinin ləğvində yaxından iştirak etmişdir. H. Rəhmanov 1930–1933-cü illərdə Qazaxıstan Həmkarlar İttifaqında, Moskvada ÜİMHİS-da müxtəlif vəzifələrdə çalışmış və Qırmızı Professorlar İnstitutunda təhsil almışdır. O, 1933-cü ilin aprelində Bakıya göndərilmiş və burada Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, dekabrında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir. H. Rəhmanov bu ali vəzifədə ömrünün axırına – 1937-ci ilin sonuna qədər çalışmışdır.
1935-ci ildə Azərbaycan SSR-nin 15 illiyi qeyd edilən günlərdə respublikanın iqtisadi və mədəniyyət sahəsində əldə etdiyi müvəffəqiyyətlərdə böyük xidmətlərinə görə H. Rəhmanov "Lenin" ordeninə layiq görülmüşlür.
H. Rəhmanov repressiyaya məruz qalmış və 1937-ci ildə həbs edilərək 1938-ci ildə güllələnmişdir.
İstinadlar
redaktə- ↑ "Рахманов Гусейн Паша оглы" ( (rus.)). knowbysight.info. 5 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
Mənbə
redaktə- Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005