Firudin Köçərli

Azərbaycan fəlsəfə professoru, tarixçi

Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy, Gəncə qəzası3 iyun 2005, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968).[1][2]

Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli
Doğum tarixi 28 dekabr 1920(1920-12-28)
Doğum yeri
Vəfat tarixi 3 iyun 2005(2005-06-03) (84 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Atası Qasım Köçərli
Elm sahələri fəlsəfə
Elmi dərəcələri
İş yerləri
Təhsili

Həyatı

redaktə

Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır.[2]

Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[2]

Əmək fəaliyyəti

redaktə

Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.[1][2]

Firudin Köçərli 1950–1953-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir. Firudin Köçərli 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.[1][2]

Elmi fəaliyyəti

redaktə

Akademik Firudin Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitabmonoqrafiyalarında öz əksini tapmışdır. Habelə F. Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan "SSRİ də fəlsəfə tarixi" adlı kitaba daxil edilmişdir.[1][2]

Akademik F. Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiya, Kanada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.[1][2]

Ailəsi

redaktə

Firudin Köçərli Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor Tofiq Köçərlinin qardaşıdır.[2]

Vəfatı

redaktə

Firudin Köçərli 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 "Köçərli Firudin Qasım oğlu" (Azərbaycan). science.gov.az. 16-9-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 Firuz Mustafa. "Firudin Köçərli bütövlüyü" (Azərbaycan). 525.az. 2022-05-20 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə