Fətullah Gülən
Bu məqalə son vaxtlarda ölən insan haqqındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[1][2][…], Pasinlər, Ərzurum ili – 20 oktyabr 2024[3][4]) — Gülən hərəkatının banisi olan Türkiyə filantropu, yazıçısı, şairi, keçmiş vaizi və din adamı idi. O, 30-dan çox kitab və bir çox məqalənin müəllifi idi. O, həmçinin Türk, ərəb, fars və osmanlı dillərini bilirdi.[5] 1999-cu ildən öldüyü tarixə qədər ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərində yaşayırdı.
Fətullah Gülən | |
---|---|
türk. Fetullah Gülen | |
| |
Doğum adı | Muhammed Fethullah Gülen |
Doğum tarixi | 27 aprel 1941[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2024[3][4] (83 yaşında) |
Vətəndaşlığı |
Türkiyə ABŞ |
Fəaliyyəti | siyasi fəal[d], yazıçı, vaiz[d], intellektual, publisist |
İstiqamət | sufilik |
fgulen.com | |
Fətullah Gülən Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub.
Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır.
Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır. Bundan başqa həmin qurumları maliyə yönündən dəstəkləyən iş adamları da hərəkatın içində təşkilatlandırılmışdır. Gülənin təşviqi ilə 1990-cı illərdə ilk növbədə Türkiyədə, Sovet İttifaqının dağılması ilə də ilki Naxçıvanda olmaqla, Orta Asiya ölkələri və sonra da dünyanın yüzdən çox dövlətində təhsil müəssisələri açılmışdır.
Xarici ölkələrdəki fəaliyyəti zamanı Türkiyə Respublikasının hökumətləri Gülənçiləri dəstəkləmiş, Turqut Özal, Süleyman Dəmirəl və Bülent Ecevit kimi hökumət başçılarının göndərdiyi referans məktubları sayəsində getdikləri ölkələrdə fəaliyyətlərinə münbit şərait yaradılmışdır.
90-cı illərdə Türkiyədə gərginlik və qütbləşmə get-gedə artmağa başlamışdı. 1994-cü ildə Gülənin fəxri sədrliyi ilə qurulan, insanlığı ümumbəşəri sülhə yönəltməyi qarşısına məqsəd qoyan Gazeteciler ve Yazarlar Vakfının (Jurnalistlər və Yazarlar Vəqfi) açılışı, burada müxtəlif dünyagörüşünə malik insanların iştirakı, Gülənin çıxışının doğurduğu əks-səda həm diqqəti onun fikirlərinə yönəltmiş, həm də Türkiyədəki gərgin ab-havanın yumşalmasına və əmin-amanlığın bərqərar olmasına böyük töhfə vermişdir. Gülənin təşviqi ilə Vəqfin nəzdində təşkil edilən "Abant Platforma"ları ixtilafa səbəb olan mövzularda fərqli fikirlərə malik ziyalıları bir masa ətrafında birləşdirmişdir.
90-cı illər eyni zamanda bütün dünyada mədəniyyətlər və dinlərarası qarşıdurmalardan, münaqişələrdən də bəhs edilən illər idi. Türkiyədə müxtəlif təbəqələr arasında təşkil olunan dəyirmi masa, qarşılıqlı müzakirə, birgə konfranslar təcrübəsini fərqli dinlərin nümayəndələri arasında da təsis etmək istəyən Gülən dialoq və hər kəsi öz mövqeyində öz dəyərləri ilə qəbul etmə mənasında xoşgörü (tolerantlıq) fəaliyyətlərini başlatmışdır. Bu məzmunda Türkiyədə müxtəlif dinlərin görkəmli nümayəndələrini ziyarət edən, onları qəbul edən Gülən fərqliliyə baxmayaraq birgəyaşayışın və qarşılıqlı anlayışın mümkünlüyünü dilə gətirmişdir.
Bu fikir və fəaliyyətləri ilə dünya ictimaiyyətinin diqqətini çəkən Gülən 1997-ci ildə Amerikada ADL Rəhbəri Abraham Foksman (Abraham Foxman), Xristianlar arasında böyük nüfuzu olan Kardinal Con Okonnor (John O’Connor) və 1998-ci ildə Vatikanda Papa II Jan Paulla (John Paul) görüş keçirmişdir. Bu görüşlər mədəniyyətlər və dinlərarası ittifaq və dialoqa böyük töhfə vermişdir. 1999-cu ildə müalicə üçün getdiyi Amerikada 11 Sentyabr hadisəsindən sonra söylədiyi "Müsəlman terrorist, terrorist də müsəlman ola bilməz" sözü də dünya ictimaiyyətində güclü əks-səda doğurmuşdur.
Fikirləri və aksiyonu bütün dünyada maraqla qarşılanmış, şəxsiyyəti və əsərləri araşdırma və müzakirələrin başlıca mövzusuna çevrilmişdir. Artıq onun ideyaları böyük mütəfəkkirlərlə müqayisəyə, fikirləri Amerikanın əyalət senatlarında, Londonun Lordlar Palatasında, Rusiyanın Dövlət Dumasında müzakirəyə, əsərləri əcnəbi ölkələrin məşhur universitetlərində onun adına açılmış kafedra və institutlarda tədqiqata cəlb edilir, aksiyonu müxtəlif dövlətlərdə təşkil olunan konfranslarda araşdırılır. Başda Amerika, Türkiyə, Rusiya, İtaliya, Ukrayna və s. ölkələri olmaqla bir çox dövlətlərin nüfuzlu televiziya, jurnal və qəzetləri ondan müsahibələr alır, sülh, sevgi və qardaşlıq mövzusunda keçirilən beynəlxalq konfranslar onun fikirlərinə, məsləhətlərinə müraciət edir.
Başda "Dünyanın yaşayan ən böyük intellektual insanı" (2008-ci ilin iyun ayında ABŞ-nin məşhur "Foreign Policy" jurnalının internetdə keçirdiyi "Dünyanın yaşayan ilk 100 intellektual insanı" adlı sorğunun qalibi olaraq) olmaqla bir çox mükafatlara layiq görülmüşdür. Hal-hazırda Amerikada yaşayan Gülən tirajı milyonları keçən səsli, görüntülü və yazılı əsərləri ilə Türkiyənin ən çox izlənilən və oxunan fenomenlərindən biridir. Müxtəlif jurnal və qəzetlərdə çox sayda məqalələri dərc olunmuş, əsərləri bir çox dillərə tərcümə edilmişdir. Hazırda 60-dan çox kitabı nəşr olunmuşdur. Həmçinin müxtəlif yerlərdə verdiyi vəz və konfranslarla yanaşı, dini, elmi, fəlsəfi, ədəbi, aktual mövzularda bir çox suallara bədahətən verdiyi cavablarını əks etdirən maqnitofon və video qeydləri vardır.
Fikriyyat
redaktəKreasyonizm: Gülənə görə, Kainat bir məqsədi olan yaradılış ın bir əsəridir və varlığın məqsədi Allahı tanımaqdır və elm bu məqsədə xidmət edərsə dəyər qazana bilər.
Fəthullah Gülən üçün yaradılış inancına zidd olan fikirlərə icazə vermək dağıdıcı bir xəyal və təkamül, Darvin səhvidir.
Gülene görə Adəm in ilk insan və Həvva nın Adəmin sənəd sümüyündən yaradılması, səbəb-nəticə əlaqəsi kontekstində ele alınmaması lazım olan möcüzə yaradılışlardır.
Anti-təkamül fikirlərini "Yaradılış və Təkamül Həqiqəti" kitabında yazdı. Bu kitab, Darvinizm və təkamülə qarşı keçirdiyi yığıncaqlardakı çıxışlarını tərtib edərək hazırlanmışdır.
Kitabda; Biologiya elminin "fantaziya" olduğunu və ən böyük biologiya fantaziyasının təkamül nəzəriyyəsi olduğunu bildirdi.
İstinadlar
redaktə- ↑ 1 2 Fethullah Gülen // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Mohammad Fethullah Gülen // AlKindi.
- ↑ 1 2 Turkish U.S.-based cleric Gulen has died, media says. 2024.
- ↑ 1 2 В США умер проповедник, которого обвиняли в подготовке госпереворота в Турции - Газета.Ru | Новости (rus.). 2024.
- ↑ "Arxivlənmiş surət". 2014-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-15.