Emosional zəka
Emosional zəka (ing. Emotional intelligence) — Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır, yəni uyumudur.[1]
Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. Zəka səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Zəka və ağıl çox geniş və mücərrəd məfhumlardır.[1][2]
Tarixi
redaktəHər şey 2000 il bundan əvvəl Platonun "Hər tip öyrənmənin emosional bir təməli vardır" sözü ilə başladı. O gündən bəri alimlər, filosoflar, hətta müəllimlər hisslərin necə vacib olduğunu sübut etmək və ya bunun tam mənada nə olduğunu aydınlaşdırmaq üçün müntəzəm şəkildə araşdırmalar aparırlar. Təəssüf ki, çoxlarının gəldiyi nəticə bu idi : " Hisslərimiz yolumuza maneçilik törədir. Bizim düzgün qərar verməyimizə və fokuslanmağımıza izin vermir." Son 300 ildir isə, artan saysız araşdırmalar bunun əksini isbat edir[1].
Emosional güc anlayışı 1950-ci illərdə Abraham Maslow tərəfindən təqdim edilmişdir[3]. “Emosional intellekt” termini ilk dəfə 1964-cü ildə Maykl Beldokun[4] məqaləsində və 1966-cı ildə B. Leunerin “Uşaq Psixologiyası və Uşaq Psixiatriyasının Təcrübəsi” adlı psixoterapiya jurnalında dərc edilmiş “Emosional İntellekt və Emansipasiya” adlı məqaləsində ortaya çıxmışdır.
1983-cü ildə Howard Gardner's Mind Frames: The Theory of Multiple Intelligences IQ kimi ənənəvi intellekt növlərinin idrak qabiliyyətini tam izah edə bilməyəcəyi fikrini irəli sürdü. O, həm şəxsiyyətlərarası zəka (başqa insanların niyyətlərini, motivasiyalarını və istəklərini başa düşmək bacarığı), həm də şəxsiyyətdaxili zəkanı (özünü dərk etmək və hisslərini, qorxularını və motivasiyalarını qiymətləndirmək bacarığı) daxil olan çoxsaylı intellekt ideyasını təqdim etdi[5].
"EQ" (Emosional Kəmiyyət) termini ilk dəfə 1987-ci ildə Britaniyanın Mensa jurnalında Keyt Bislinin məqaləsində dərc edilmişdir.
1989-cu ildə Stenli Qrinspan EI-ni təsvir etmək üçün bir model təklif etdi, bu modeli növbəti il Peter Salovey və Con Mayer tərəfindən hazırlanmış başqa bir model izlədi[6].
Bununla belə, bu termin Golemanın Emotional Intelligence - Why It May Matter Than IQ (1995) kitabının nəşrindən sonra geniş yayılmışdır[7]. Termin populyarlığını kitabın bestseller statusu ilə əlaqələndirmək olar[8]. Golemanın ardınca bu terminin istifadəsini gücləndirən bir neçə oxşar nəşr çıxdı.
Zəkanın növləri
redaktəPsixoloq və "çox saylı zəka (intellekt)" anlayışının müəllifi H.Gardner(ing. Howard Gardne) intellektin 8 növünü müəyyən edib.
- Linqvistik intellekt
- Məntiqi-riyaziyyat intellekti
- Musiqi intellekti
- Ekzistensial intellekt
- Cismani-kinestetik intellekt
- Fərdlərarası intellekt
- Vizual məkan intellekti
- İnterindividual intellekt
Emosional zəkanın anlayışı
redaktəİnsan Resursları sahəsinə son illərdə Emosional zəka anlayışı daxil olmuşdur. Fərdlərarası və İnterindividual zəkanın birləşməsi Emosianal zəkanı yaratmışdır. Emosional zəka və ya intellekt (EQ) ( ing. Emotional İntelligence) anlayışı psixologiyaya H.Gardnerin (ing. Howard Gardne), P.Saloyevin və J.Mayerin 1980-ci illərdə apardıqları çoxsaylı tədqiqatlar nəticəsində daxil oldu. Lakin emosional zəka nəzəriyyəsi Daniel Goleman-ın 1995-ci ildə "Emotional İntelligence" adlı kitabının nəşrindən sonra öz zirvəsinə çatdı. Amerikalı psixoloq və jurnalist Daniel Goleman-ın digər tədqiqatçılardan fərqi və özəlliyi odur ki, o bu nəzəriyyəni ən mükəmməl şəkildə şərh etmişdir[1].
Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır, loru dildə desək uyumudur. Bir insanın işə qəbul olması İntellektual zəka (İQ) ilə mümkün olsa da karyerasında irəliləməsi üçün artıq Emosional zəka (EQ) lazımdır. İstər şəxsi, istər iş həyatında emosiyalarla başa çıxmaq olduqca çətin işdir. Məntiqlə hərəkət edən insanlar belə bəzən məntiqli olmayan hadisələr qarşısında çətinlik çəkirlər, və elə tam bu zamanda emosional zəka köməyə gəlir və nəticədə emosiyalara nəzarət etmək asan olur. Goelman-ın nəzəriyyəsindən belə qənaətə gəlmək olur ki, emosional zəka sonradan qazanıla bilər, yəni onu öyrənmək və inkişaf etdirmək mümkündür[1].
Goleman-ın "Emotional İntelligence" kitabı ilə emosinal zəkayla əlaqəli tamamilə yeni fikirlər meydana gəldi. Əvvəllər insanların intellekt dərəcəsi İQ ilə ölçülürdüsə, artıq son tədqiqatlara əsasən emosional zəkanın (EQ) insanların şəxsi və iş həyatında uğurlu olmalarına intellektual zəkadan (İQ) daha çox təsir göstərdiyini sübuta yetirmiş oldu. Emosional zəka insanların ortaq duyğuları, ünsiyyət əlaqələri, insanlıq anlayışları, zəriflik, kübarlıq , nəzakət, etika və s. kimi bacarıqlarla təsvir olunur. Emosional intellekti güclü insanlar iş münasibətlərində həm özlərinin, həm də qarşı tərəfin düşüncələrini düzgün şəkildə analiz edərək, öz reaksiya və hərəkətlərini idarə etmək qabiliyyətinə sahib olurlar və nəticə etibarilə düzgün qərar verə bilirlər. Çünki bu qabiliyyətin yaxşı inkişaf etdiyi insanlar emosiyalara tabe olmurlar. Gərgin vəziyyətdə və empatiya nəticəsində digər insanların hiss və istəklərini anlama qabiliyyəti yüksək olduğundan, onlar yaranan vəziyyətdən emosional zəka ilə düzgün çıxa bilirlər. Deməli, emosional zəka ilə bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaları nəzarətdə saxlamaq, özünəinam, motivasiya, özünüdərk etmək, sosial həssaslıq – bütün bu bacarıqların həyatda, karyera və digər fəaliyyət sahələrində uğur qazanmaq şansı daha yüksək olur[1].
Emosional zəkanın 5 əsas maddəsi
redaktəGoleman emosional zəkanın əslində xarakter ilə əlaqəli bir ünsür olduğunu da qeyd edir. Amerikalı psixoloq emosional zəkaya hiss və emosiyaların ağıllı şəkildə istifadə olunması da deyir. Goelman-ın nəzəriyyəsinə əsasən, Emosional zəkanın 5 əsas maddəsi var:
Özünü dərk etmə
redaktəÖzünü dərk etmə — öz emosiyalarını dərk etmə və onları qiymətləndirmə qabiliyyəti, özünə inam; Bu zaman bütün bilik və fəaliyyətlər insanın özü-özünü anlamağa yönəldilir.
İnsan öz qəlbi və ruhunun kəşfindən çox, dünya və cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə bilmişdir.
Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik və magiyanın mövcudluq sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə çərçivəsində fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və digər insan potensiyasının açılmamış sirləri hələ bizlər üçün maraq doğurur. Bütün bunlar bir neçə illər məkanımızda dilə gətirilməyən problemlər olmuşdur. İnsanın özündə möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi.
Özünü idarə etmə
redaktəÖzünü idarə etmə – öz emosiyalarını idarə etmə, etibarlılıq, uyğunlaşa bilmək və optimist düşünə bilmək qabiliyyətləri;
Özünü motivasiya etmə
redaktəÖzünü motivasiya – özünü motivasiya edə bilmə, daima uğur qazanma istəyi və həyəcanını yox edə bilmə qabiliyyətləri ;
Sosial həssaslıq
redaktəSosial həssaslıq – empatiya, təşkilat daxilində başqalarına qarşı diqqətlilik;
Münasibətlərin idarə edilməsi
redaktəMünasibətlərin idarə edilməsi – ruhlandırıcı rəhbərlik, təsir etmə, başqalarının inkişafına səbəb olma, müsbət dəyişikliklərə səbəb olma, konfliktlərin idarə edilməsi, kollektiv iş görmə qabiliyyəti[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Gulsafa Abdullayeva. "Emosional zəka nədir?" (az.). hr-az.com. 14.11.2019. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Duygusal Kəşfiyyat üçün tam təlimat". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
- ↑ "Emotional intelligence; history, models and measures". www.researchgate.net. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Social Encounters". books.google.com. 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Howard Gardner, multiple intelligences and education". infed.org. 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Emotional intelligence". umock.com. 2022-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Emotional Intelligence: Why It Can Matter More Than IQ". books.google.com. İstifadə tarixi: 2023-09-26.
- ↑ "Daniel Goleman on Leadership and The Power of Emotional Intelligence". www.forbes.com. İstifadə tarixi: 2023-09-26.