"Drupal" — veb əsaslı Məzmun İdarəetmə Sistemi

Drupal
Loqonun şəkli
Tipi Verilənlər bazasının idarəetmə sistemləri
Müəllif
Tərtibatçı Dris Beytart
Repozitoriya git.drupalcode.org/proje…
Proqramlaşdırma dili PHP[2]
Əməliyyat sistemi Linux, Microsoft Windows, macOS, UNIX
İnterfeysin dili çoxdilli[d]
Yayımlanma tarixi 15 yanvar 2001
Sonuncu versiya
  • 9.2.8 (3 noyabr 2021)[1]
Sayt drupal.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Drupal"ın yaradıcısı Dris Beytart

"Drupal" layihəsini 2000-ci ildə Dris Beytart istifadəyə vermişdir. Belə ki, Antverpen Universitetinin bir neçə tələbəsi internetə çıxış üçün ümumi ADSL-modemdən istifadə edirlər və Dris bu kiçik lokal şəbəkəsinin istifadəçilərinin ünsiyyəti üçün daxili sayt yaradır.

Müsahibələrinin birində Beytart həmin dövrü belə xatırlayır:

"Mən universitetdə oxuduğum zaman PHP və MySQL kimi texnologiyalar haqqında daha çox öyrənmək istəyirdim. Həmçinin, tələbələr üçün daxili mesajlaşma sisteminə ehtiyacın olduğunu hiss edirdim. Nəhayət, mən sadə bir mesaj board yazdım. Onu bitirdikdən sonra, daxili mesaj boardı internet üzərindən hərəkət etdirmək qərarına gəldim."

Beytart layihə barədə fikirlərini davam etdirərək qeyd edir:

"Mən saytı kənd və ya kiçik şəhər anlamına gələn "dorp" ingilis sözü ilə adlandırmaq istəyirdim, lakin qeydiyyatdan keçirən zaman kiçik səhvə yol verdim, adı "drop" (damcı) olaraq qeyd etdim. İlk olaraq bunu görəndə çox təəccübləndim, lakin sonradan adı elə bu cür saxlamağa qərar verdim".

2001-ci ildə Dris "Drupal" adı altında "drop.org" mənbə kodunu dərc etdi. O vaxtdan hazırlama daha sonra layihənin rəsmi saytı statusunu əldə edən "drupal.org" saytına yerini dəyişdi, hansı ki, layihənin rəsmi saytının statusunu əldə etdi.

Yeni saytın auditoriyası zamanla yeni veb-texnologiyaların inkişafı ilə maraqlananlarla əvəz olundu və yeni sayt tədricən həvəskar sınaqdan veb-proqramlaşdırma ideyalarının müzakirələri üzrə layihəyə keçdi.

İmkanları

redaktə

"Drupal" bütün dünyada veb əsaslı Məzmun İdarəetmə Sistemi kimi məşhurdur. Drupal ilə tək istifadəçiyə malik fərdi saytlardan, çox istifadəçili birlik saytlarına qədər hər cür saytı rahat və asan şəkildə hazırlamaq mümkündür. Keyfiyyətli və geniş məzmun xüsusiyyətlərinin köməyi ilə saytın istənilən hissəsini maraqlı şəkildə formalaşdırmaq olar. Drupalın elastik istifadəçi imkanları sayəsində saytda istənilən sayda istifadəçi rolu təyin edilə və hər rola istəyə uyğun olaraq imkanlar verilə bilər. Drupal arxitekturası onu saytların müxtəlif tiplərinin (bloqlardan və xəbərlər saytlarından informasiya arxivlərinə və ya sosial şəbəkələrə qədər) qurulması üçün tətbiq etməyə imkan yaradır.

Drupalın sadə bir "nüvəsi" (core) var. Bu, "Drupal"ın təməl xüsusiyyətlərini meydana gətirməklə birlikdə ayrıca əlavə oluna bilən modul proqramlaşdırma imkanını da təmin edir.

Drupalın nüvəsinə daxil edilmiş olan modullar məzmun əlavə etmə, gözdən keçirmə və məzmunu təsnif etmə, axtarış, şərh, forumlara qoşulma, sorğularda səs vermə və HTML məlumatına ehtiyac duymadan ortaq layihə proqramlarında işə imkan verir. Ayrıca nüvə modullar istifadəçilərin fərdi məlumatlarına daxil olmağa, görüntülüyə bilmə və bir-birləri ilə ya da saytın rəhbərliyi ilə ünsiyyət qura bilmələrinə də şərait yaradır.

"Drupal" idarəetmə sistemi onun əsas xüsusiyyətidir, aktuallaşmış məzmunu, kimin irəli sürdüyünü, hansı tarix və saatda aktuallaşmanın edildiyini izləyir və qeydə alır.

"Drupal"ın içərisinə daxil edilmiş nüvə modullar ilə sayt idarəçiləri saytın görünüşünü xüsusi mövzular ilə dəyişdirə bilər, həmçinin menyu strukturlarını dəyişdirə və istifadəçilərin öz dillərində təqdim edə bilərlər. Drupalın nüvəsi idarəçilər üçün ayrıca başqa saytlara RSS nəşri etməyi və başqa saytlardan RSS nəşri almasını təmin edir.

Digər nüvə modullar istifadəçi qeydini və idarəçilərin istifadəçilərə istifadəçi rollarını təyin etmə, eyni zamanda, saytdakı bəzi xüsusiyyətləri istifadə edə bilmə imkan verir. İdarəçilər istifadəçi ad, e-poçt ünvanı və IP ünvanlarına görə sayta daxil olmağa mane ola bilərlər.

"Drupal"ın nüvəsi ayrıca "Təmiz URL" (URL alias) xüsusiyyəti ilə "Drupal"ın istifadəçi dostu, asan xatırlanan URL-lərin avtomatik ya da sayt idarəçisinin yoxlamasında yaradılmasına imkan verir.

Sistem 100-dən çox dildə interfeysin lokallaşdırmasını dəstəkləyir (ancaq bütün tərcümələr tam deyil). "Drupal" məlumat bazasında saytın qalan tərkibi ilə bərabər tərcümələrin saxlanılması ilə lokallaşdırma üçün şəxsi mexanizm istifadə olunur.

Tərkibin tam lokallaşdırması kənar modullarla dəstəklənir, hansılar ki, Drupal çatdırılmasına daxil olmurlar, amma istehsalçıların saytından yüklənmiş ola bilərlər.

Layihənin mükafatları

redaktə

"Drupal" üç dəfə — 2007, 2008 və 2009-cu illərdə ən yaxşı saytlara, xidmətlərə və şəbəkə əlavələrinə (proqramlarına) verilən "Webware 100" mükafatını alıb.

"Drupal" eyni zamanda 2008 və 2009 illərdə PHP kateqoriyasında qalib, 2008-ci ildə Packt Open Source CMS-ın mütləq qalibi olub. Bundan əlavə, "Veb məzmunu ən yaxşı idarə sistemi" kateqoriyasında "Best open source applications 2010" müsabiqəsində uğur qazanıb.

Mənbə

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə