Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs.[1]
Dənizkənarı Bulvar İdarəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 10 yanvar 2008 |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti |
Ünvan | AZ1000, Bakı şəhəri, Neftçilər prospekti 2A. |
Rəhbərlik | |
Rəhbər | Xanlar Adil oğlu Ağalarov |
|
|
Rəsmi saytı | bulvar.gov.az |
Tarixi
redaktəBu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır[2].
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır[3].
31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir.[1]
Loqosu
redaktəDənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 "Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Arxivləşdirilib 2022-03-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli, 223 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında" Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2008-ci il tarixli, 699 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında" Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli, 740 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ Loqomuz Arxivləşdirilib 2019-01-16 at the Wayback Machine. bulvar.gov.az (az.)
Xarici keçidlər
redaktə- bulvar.gov.az — Rəsmi saytı