Broun hərəkəti
Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir.[1][2][3]
Broun hərəkətinin kəşfi
redaktəBroun hərəkəti ilk dəfə 1827-ci ildə İngilis botaniki və ya "Botaniklər knyazı" ləqəbi ilə tanınan Robert Broun tərəfindən kəşf edilmişdir. Robert Broun hərəkətini ilk dəfə bitkilərin tozcuğunda tapmışdır. Robert bu hərəkəti mikroskop altında "Clarkia pulchella" bitkisinin çiçək tozunda müşahidə etmişdir. Sonradan Broun hərəkətini başqa alimlərdə müşahidə etmişdir. Əslində, Broun hərəkəti 1670-ci ildə Holland botaniki Antoni van Levenhuk tərəfindən müşahidə edilmişdir. Lakin mikroskop altında bu hərəkət yaxşı müşahidə edilmirdi. Bu səbəbdən Holland alimi Antoni van Levenhuk bu hərəkəti izah edə bilməmişdi. Eynilə bu hərəkəti 1785-ci ildə Holland fiziki və ingilis fiziki, həmçinin, kimyaçısı Yan İnhenhaus spirtin içində müşahidə etmişdir. Broun hərəkəti haqqında tam nəzriyyə ilk dəfə 1905-ci ildə Alman fiziki Albert Eynşteyn, 1906-cı ildə isə polşa fiziki Marian Smulxovski tərəfindən verilmişdir.
Broun hərəkəti haqqında nəzəriyyə
redaktəBroun hərəkəti haqqında nəzəriyyəni ilk dəfə 1905-ci ildə Alman fiziki Albert Eynşteyn açmışdır. Albert Eynşteyn sferik Broun hissəciklərinin diffuziya faktoru üçün aşağıdakı düsturu təklif etmişdir:
Broun hərəkətinin eksperimental kəşfi
redaktəAlbert Eynşteynin sferik Broun hissəciklərinin diffuziya faktoru üçün təklif etdiyi düsturu ilk dəfə Fransız alimi Jan Perren və onun tələbələri tərəfindən 1908–1909-cu illərdə sübut edilmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Einstein, A.: Über die von der molekularkinetischen Theorie der Wärme geforderte Bewegung von in ruhenden Flüssigkeiten suspendierten Teilchen.. In: Annalen der Physik. 322, Nr. 8, 1905, S. 549–560.
- ↑ Smoluchowski, M.: Zur kinetischen Theorie der brownschen Molekularbewegung und der Suspensionen. In: Annalen der Physik. 326, Nr. 14, 1906, S. 756–780.
- ↑ Mathematik des Schlangestehens "Beim Warten sind wir wie Moleküle" www.sueddeutsche.de 20. Dezember 2007, 11:11
Xarici keçidlər
redaktə- Brownian motion java simulation Arxivləşdirilib 2005-12-14 at the Wayback Machine
- Einstein on Brownian Motion Arxivləşdirilib 2001-02-22 at the Wayback Machine
- Short Movie on Brownian Motion Arxivləşdirilib 2010-10-11 at the Wayback Machine
- Discusses history, botany and physics of Brown's original observations, with videos
- "Einstein's prediction finally witnessed one century later" : a test to observe the velocity of Brownian motion