Başqırdıstan
Başqırdıstan (rus. Республика Башкортостан, başq. Башҡортоста́н Респу́бликаһы) — Rusiya Federasiyası subyektlərindən biri.
Başqırdıstan | |
---|---|
Башҡортостан Республикаhы | |
State Anthem of the Republic of Bashkortostan[1] |
|
54°28′ şm. e. 56°16′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Ufa |
Dövlət Başçısı | Radiy Xabirov |
Baş Nazir | Andrey Nazarov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 oktyabr 1990 |
Sahəsi |
|
Hündürlük | 214 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-BA |
Telefon kodu | 347 |
Avtomobil nömrəsi | 02, 102 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəRespublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir.[2]
- sərhədləri:
- Perm diyarı (şimal)
- Sverdlovsk vilayəti (şimal-şərq)
- Çelyabinsk vilayəti (şimal-şərq/şərq/cənub-şərq)
- Orenburq vilayəti (cənub-şərq/cənub/cənub-qərb)
- Tatarıstan respublikası (qərb)
- Udmurtiya Respublikası (şimal-qərb)
- ən yüksək nöqtəsi: Yamantau dağı (1638)
- şimaldan-cənuba ən uzaq məsafə: 550 km
- şərqdən qərbə ən uzaq məsafə: 430 km-dən çox
Siyasət
redaktəBaşqırdıstan - Rusiya Federasiyasının tərkibində olan dövlətdir. İdarəetmə forması respublikadır. Yəni ölkəni prezident idarə edir. 25 fevral 1992-ci ildə bayrağı, 12 oktyabr 1993-cü ildə gerbi və himni, 24 dekabr 1994-cü ildə isə konstitusiyası qəbul olunmuşdur.
Tarix
redaktəBugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır. Onların ilk sabit yerləşim yer kimi cənubi Ural dağları sayılır. Başqırdıstan sözünün mənşəyi buranın yerli xalqı olan Başqırdlardan gəlir. Ölkənin rusca adı olan "Başkıriya" adı XVI əsrin sonlarında verilmişdir.
Başqır adına ilk dəfə VII əsrdə rast gəlinmişdir. X əsrdə Əl-Bəlkinin Başqırdlar haqqında yazdığına əsasən onlar iki yerə bölünürdü: bir qismi cənubi Uralda, digər qismi isə Bizans sərhədlərinə yaxın - Dənubə çayının sahillərində yaşayırdılar. Onunla eyni dövürdə yaşamış İbn Rüstənin təsfirinə görə isə Başqırlar Ural dağlarının hər iki tərəfində məskunlaşmış müstəqil bir xalq idi.
Hökumət
redaktəBaşqırdıstan Respubikası hökuməti üç əsas dövlət xadimlərindən ibarətdir. Bunlar Başqırdıstan Respublikası Dövlət Başçısı, Başqırdıstan Respublikası Baş Naziri və Başqırdıstan Respublikası Qurultayının sədridir. Ayrıca Başqısrdıstan Respublikasında Təhsil Nazirliyi və s. mövcuddur.
Bayramlar
redaktəBaşqırdıstanda rəsmi olaraq qeyri-iş günü olan bayramlar, milli bayramlar və yaddaqalan tarixlər vardır. Bütün rəsmi bayramlar Başqırdıstan Respublikasının qanunları ilə müəyyən edilir.
Əhali
redaktə2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikanın əhalisi 4.104.336 nəfərdir.[3] 2016-cı ildə əhalinin sayı 4071 064 nəfər olub. Əhali sıxlığı 1 km²-də 28,48-dir. Əhalinin 61,8%-i (251 5900 nəfər) paytaxt Ufada yaşayır.
Əhali inkişafı
redaktəİl | Əhali |
---|---|
1897 | 1,991,000 |
1913 | 2,811,000 |
1926 | 2,547,000 |
1939 | 3,158,000 |
1959 | 3,340,000 |
1970 | 3,818,000 |
1979 | 3,849,000 |
1989 | 3,950,482 |
2002 | 4,104,336[4] |
2010 | 4,072,292[5] |
2017 | 4,066,972[6] |
Etnik tərkibi
redaktəƏhalinin siyahıya alınmalarına 1920 üzrə (görə) Başqırdıstanın əhalisinin milli tərkibinin Dinamikası — 2010 il:
1920 [7][8] nəfər |
% | 1926 [9] nəfər |
% | 1939 [10] nəfər |
% | 1959 [11] nəfər |
% | 1970 [12] alınlar. |
% | 1979 [13] nəfər |
% | 1989 [14] nəfər |
% | 2002 [15] nəfər |
% faizlə | 2010 [16][17] nəfər |
% ümumi | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 1010124 | 100,00 % | 2665836 | 100,00 % | 3158969 | 100,00 % | 3341609 | 100,00 % | 3818075 | 100,00 % | 3844280 | 100,00 % | 3943113 | 100,00 % | 4104336 | 100,00 % | 4072292 | 100,00 % | |
Ruslar | 341024 | 33,76 % | 1064707 | 39,95 % | 1281347 | 40,56 % | 1418147 | 42,44 % | 1546304 | 40,50 % | 1547893 | 40,26 % | 1548291 | 39,27 % | 1490715 | 36,32 % | 1432906 | 35,19 % | |
Başqırdlar | 371884 | 36,82 % | 625845 | 23,48 % | 671188 | 21,25 % | 737711 | 22,08 % | 892248 | 23,37 % | 935880 | 24,34 % | 863808 | 21,91 % | 1221302 | 29,76 % | 1172287 | 28,79 % | |
Tatarlar | 187015 | 18,51 % | 461871 | 17,33 % | 777230 | 24,60 % | 768566 | 23,00 % | 944505 | 24,74 % | 940436 | 24,46 % | 1120702 | 28,42 % | 990702 | 24,14 % | 1009295 | 24,78 % | |
Krəşinlər [18] tərkibində | 37 | 0,00 % | 4510 | 0,11 % | 3801 | 0,09 % | |||||||||||||
Mişərlər [18] | 135960 | 5,10 % | 93 | 0,00 % | |||||||||||||||
Teptyarlar [18] | 23290 | 0,87 % | |||||||||||||||||
Çuvaşlar | 33946 | 3,36 % | 84886 | 3,18 % | 106892 | 3,38 % | 109970 | 3,29 % | 126638 | 3,32 % | 122344 | 3,18 % | 118509 | 3,01 % | 117317 | 2,86 % | 107450 | 2,64 % | |
Marilər | 7894 | 0,78 % | 79298 | 2,98 % | 90163 | 2,85 % | 93902 | 2,81 % | 109638 | 2,87 % | 106793 | 2,78 % | 105768 | 2,68 % | 105829 | 2,58 % | 103658 | 2,55 % | |
Ukraynalılar | 31165 | 3,09 % | 76710 | 2,88 % | 92289 | 2,92 % | 83594 | 2,50 % | 76005 | 1,99 % | 75571 | 1,97 % | 74990 | 1,90 % | 55249 | 1,35 % | 39875 | 0,98 % | |
Udmurtlar | 440 | 0,04 % | 23256 | 0,87 % | 25103 | 0,79 % | 25388 | 0,76 % | 27918 | 0,73 % | 25906 | 0,67 % | 23696 | 0,60 % | 22625 | 0,55 % | 21477 | 0,53 % | |
Mordvalar | 22603 | 2,24 % | 49813 | 1,87 % | 57826 | 1,83 % | 43582 | 1,30 % | 40745 | 1,07 % | 35900 | 0,93 % | 31923 | 0,81 % | 26020 | 0,63 % | 20300 | 0,50 % | |
Beloruslar | 1928 | 0,19 % | 18281 | 0,69 % | 23761 | 0,75 % | 20792 | 0,62 % | 17393 | 0,45 % | 17985 | 0,47 % | 17038 | 0,43 % | 17117 | 0,42 % | 11680 | 0,29 % | |
Ermənilər | 2 | 0,00 % | 38 | 0,00 % | 391 | 0,01 % | 1732 | 0,05 % | 1171 | 0,03 % | 1517 | 0,04 % | 2258 | 0,06 % | 8784 | 0,21 % | 9407 | 0,23 % | |
Özbəklər | | | 8 | 0,00 % | 243 | 0,01 % | 534 | 0,02 % | 1133 | 0,03 % | 1386 | 0,04 % | 2282 | 0,06 % | 5145 | 0,13 % | 7945 | 0,20 % | ||
Almanlar | 8602 | 0,85 % | 6448 | 0,24 % | 6030 | 0,19 % | 12817 | 0,38 % | 12104 | 0,32 % | 11316 | 0,29 % | 11023 | 0,28 % | 8250 | 0,20 % | 5909 | 0,15 % | |
Azərbaycanlılar | 10 | 0,01 % | 124 | 0,00 % | 772 | 0,02 % | 464 | 0,01 % | 1103 | 0,03 % | 2373 | 0,06 % | 5026 | 0,12 % | 5737 | 0,14 % | |||
Qazaxlar | 114 | 0,01 % | 9776 | 0,31 % | 4179 | 0,13 % | 3108 | 0,08 % | 2876 | 0,07 % | 3564 | 0,09 % | 4092 | 0,10 % | 4373 | 0,11 % | |||
Taciklər | 1 | 0,00 % | 42 | 0,00 % | 150 | 0,00 % | 292 | 0,01 % | 735 | 0,02 % | 2939 | 0,07 % | 4127 | 0,10 % | |||||
Yəhudilər | 152 | 0,02 % | 2185 | 0,08 % | 3796 | 0,12 % | 7467 | 0,22 % | 6668 | 0,18 % | 5851 | 0,15 % | 4835 | 0,12 % | 2367 | 0,06 % | 1900 | 0,05 % | |
Vyetnamlılar | 39 | 0,00 % | 1 | 0,00 % | 12 | 0,00 % | 1204 | 0,03 % | 1337 | 0,03 % | |||||||||
Latışlar | 472 | 0,05 % | 7045 | 0,26 % | 6692 | 0,21 % | 3804 | 0,11 % | 3531 | 0,09 % | 2604 | 0,07 % | 1956 | 0,05 % | 1508 | 0,04 % | 1117 | 0,03 % | |
Gürcülər | 4 | 0,00 % | 10 | 0,00 % | 300 | 0,01 % | 362 | 0,01 % | 269 | 0,01 % | 576 | 0,01 % | 811 | 0,02 % | 1341 | 0,03 % | 1045 | 0,03 % | |
Qaraçılar | 7 | 0,00 % | 325 | 0,01 % | 515 | 0,02 % | 255 | 0,01 % | 271 | 0,01 % | 491 | 0,01 % | 650 | 0,02 % | 684 | 0,02 % | 1004 | 0,02 % | |
Çeçenlər | 2 | 0,00 % | 15 | 0,00 % | 41 | 0,00 % | 92 | 0,00 % | 241 | 0,01 % | 1195 | 0,03 % | 992 | 0,02 % | |||||
Moldavanlar | 12 | 0,00 % | 62 | 0,00 % | 382 | 0,01 % | 793 | 0,02 % | 584 | 0,02 % | 945 | 0,02 % | 1069 | 0,03 % | 872 | 0,02 % | |||
Yezidilər | 577 | 0,01 % | 797 | 0,02 % | |||||||||||||||
Türkmənlər | 3 | 0,00 % | 3 | 0,00 % | 39 | 0,00 % | 133 | 0,00 % | 332 | 0,01 % | 441 | 0,01 % | 701 | 0,02 % | 783 | 0,02 % | |||
Koreyalılar | 2 | 0,00 % | 32 | 0,00 % | 183 | 0,01 % | 203 | 0,01 % | 237 | 0,01 % | 722 | 0,02 % | 777 | 0,02 % | |||||
Yunanlar | 13 | 0,00 % | 68 | 0,00 % | 1466 | 0,04 % | 1183 | 0,03 % | 1099 | 0,03 % | 1083 | 0,03 % | 1038 | 0,03 % | 753 | 0,02 % | |||
Polyaklar | 486 | 0,05 % | 1655 | 0,06 % | 1316 | 0,04 % | 1100 | 0,03 % | 980 | 0,03 % | 935 | 0,02 % | 757 | 0,02 % | 660 | 0,02 % | 504 | 0,01 % | |
Qırğızlar | 134 | 0,00 % | 155 | 0,00 % | 124 | 0,00 % | 1171 | 0,03 % | 306 | 0,01 % | 308 | 0,01 % | 454 | 0,01 % | |||||
Ləzgilər | 6 | 0,00 % | 1 | 0,00 % | 23 | 0,00 % | 77 | 0,00 % | 104 | 0,00 % | 188 | 0,00 % | 313 | 0,01 % | 374 | 0,01 % | |||
Bolqarlar | 3 | 0,00 % | 25 | 0,00 % | 699 | 0,02 % | 627 | 0,02 % | 548 | 0,01 % | 509 | 0,01 % | 451 | 0,01 % | 318 | 0,01 % | |||
Türklər | 17 | 0,00 % | 12 | 0,00 % | 44 | 0,00 % | 24 | 0,00 % | 23 | 0,00 % | 40 | 0,00 % | 470 | 0,01 % | 315 | 0,01 % | |||
İnquşlar | 5 | 0,00 % | 169 | 0,00 % | 26 | 0,00 % | 63 | 0,00 % | 183 | 0,00 % | 278 | 0,01 % | |||||||
Osetinlər | 83 | 0,00 % | 226 | 0,01 % | 302 | 0,01 % | 379 | 0,01 % | 256 | 0,01 % | 262 | 0,01 % | 265 | 0,01 % | |||||
başqaları | 2173 | 0,22 % | 4110 | 0,15 % | 2466 | 0,08 % | 3899 | 0,12 % | 2538 | 0,07 % | 2646 | 0,07 % | 2801 | 0,07 % | 3805 | 0,09 % | 4409 | 0,11 % | |
milliyəti göstərdi |
1010124 | 100,00 % | 2665836 | 100,00 % | 3158020 | 99,97 % | 3341501 | 100,00 % | 3818068 | 100,00 % | 3844271 | 100,00 % | 3943091 | 100,00 % | 4099970 | 99,89 % | 3974720 | 97,60 % | |
milliyəti göstərmədi |
0 | 0,00 % | 0 | 0,00 % | 949 | 0,03 % | 108 | 0,00 % | 7 | 0,00 % | 9 | 0,00 % | 22 | 0,00 % | 4366 | 0,11 % | 97572 | 2,40 % |
Din
redaktəBaşqırdıstanda aparıcı din islamın sünni məzhəbidir (67%). İkinci pillədə xristianlığın pravoslav məzhəbi durur (22%).
Milli tərkib
redaktəƏhalinin 36,1%-i ruslar, 29,5%-i başqırdlar, 25,4%-i tatarlar, 2,7%-i çuvaşlar, 2,6%-i marilər, 1%-i ukraynalılar, 2,7%-i isə digər xalqlar təşkil edir.
İqtisadiyyat
redaktəBaşqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş regionlarından biridir.
Başqırdıstanda ilk neft hasilatı 1932-ci ildə başlamışdır. 1943-cü ildə burada böyük neft yataqları aşkar edildi. 1941-1945 ikinci dünya müharibəsi dövründə Başqırdıstan qərbi Rusiyadan gətirilmiş, Sovet Sosialist Respublikasını silah, yanacaq, yemək və sairlə təmin edən zavodlarla təmin edildi. Müharibədən sonrakı illərdə də Başqırdıstan sənayesi, xüsusilə mədənçilik, maşınqayırma və neft emalı sənayesi inkişaf etməyə davam etdi. Başqırdıstan sənayesi sonralar Rusiyanın Avropaya uzanmış hissəsinin iqtisadiyyatının möhkəm təməli olmuşdur.
Başqırdıstan müxtəliflik baxımından Rusiya Federasiyasının mühüm sənaye mərkəzidir. Böyük kənd təsərrüfatı zonasıdır, amma ölkənin əsas sənayesi kimya sənayesidir. Başqırdıstan Rusiyanın digər regionlarına nisbətən daha çox neft hasil edir. Rusiyanın təxminən 17%-ni benzinlə, 15%-ni isə dizel yanacağı ilə təmin edir. İstehsal olunan digər sənaye məhsullarına misal kimi araq, plastik kütlə və kənd təsərrüfatı dərmanını misal göstərmək olar.
Rayonlar
redaktəRespublika ərazsində 54 inzibati rayon, 21 şəhər, 40 şəhər tipli qəsəbə və 4.513 kənd vardır.[2]
Şəhərlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Law #10-z
- ↑ 1 2 "Başqırdıstan Respublikasının rəsmi informasiya portalı (rusca və ingiliscə)". 2009-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-16.
- ↑ "Население по национальности по субъектам Российской Федерации (XLS). Проверено 4 мая 2009". 2006-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-16.
- ↑ "Arxivlənmiş surət". 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.
- ↑ "Arxivlənmiş surət". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.
- ↑ "Arxivlənmiş surət". 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- ↑ Burzyan-Tanqaurovskiy kantonu və Tamyan-Katayski kantonu olmadan
- ↑ "SSR ittifaq-ına 1918 üzrə (görə) statistik məlumatların Toplusu — 1923". 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ "reg=772 Demoskop. Ümumittifaq əhalinin siyahıya alınması 1926-cı il. Rusiyanın regionları üzrə (görə) əhalinin milli tərkibi: Başqırd ASSR-ı". 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ "reg=61 Demoskop. Ümumittifaq əhalinin siyahıya alınması 1939-cu il. Rusiyanın regionları üzrə (görə) əhalinin milli tərkibi: Başqırd ASSR-ı". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ "reg=76 Demoskop. Ümumittifaq əhalinin siyahıya alınması 1959-cu il. Rusiyanın regionları üzrə (görə) əhalinin milli tərkibi: Başqırd ASSR-ı". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ "reg=59 Demoskop. Ümumittifaq əhalinin siyahıya alınması 1970-ci il. Rusiyanın regionları üzrə (görə) əhalinin milli tərkibi: Başqırd ASSR-ı". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ "reg=58 Demoskop. Ümumittifaq əhalinin siyahıya alınması 1979-cu il. Rusiyanın regionları üzrə (görə) əhalinin milli tərkibi: Başqırd ASSR-ı". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ "reg=56 Demoskop. Ümumittifaq əhalinin siyahıya alınması 1989-cu il. Rusiyanın regionları üzrə (görə) əhalinin milli tərkibi: Başqırd ASSR-ı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ id=11 Ümumrusiya əhalinin siyahıya alınması 2002-ci il Arxivləşdirilib 2019-08-18 at the Wayback Machine: Rusiya Federasiyasının subyektləri üzrə (görə) milliyyət və rus diliylə mülk (yiyələnmə) üzrə (görə) Əhali Arxivləşdirilib 2006-11-04 at the Wayback Machine
- ↑ "Ümumrusiya əhalinin siyahıya alınmasının Rəsmi saytı 2010-cu il. Ümumrusiya əhalinin siyahıya alınmasının son nəticələri haqqında informasiya materialları 2010-cu il". 2020-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
- ↑ Ümumrusiya əhalinin siyahıya alınması 2010-cu il. Əhalinin milli tərkibi üzrə (görə) və regionlar üzrə (görə) genişləndirilmiş siyahılarla rəsmi nəticələr. Arxivləşdirilib 2020-05-13 at the Wayback Machine: baxmaq Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine
- ↑ 1 2 3 Po 1926-cı ilin kryaşenlər siyahıya almaları, Mişərlər və Teptyarlar ayrı nəzərə alınırdılar. Siyahıya alma üzrə (görə) 1920-ci il, və siyahıya almadan başlayaraq 1939-cu il kryaşenı və Mişərlər tatarlar tərkibində nəzərə alınır, teptyari — tatarlar və başkir.
- ↑ "RussiaOutdoors - Путешествия по России". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.