Böyük QafqazXəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi; Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir.[1]

Böyük Qafqaz
Ümumi məlumatlar
Mütləq hündürlüyü 5642 m
Uzunluğu 1100 km
Hündür nöqtəsi Elbrus dağı
Əsas silsiləsi Baş Qafqaz silsiləsi
Yerləşməsi
43°00′ şm. e. 43°07′ ş. u.HGYO
Ölkələr
Böyük Qafqaz xəritədə
Böyük Qafqaz
Böyük Qafqaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oroqrafik təsvir

redaktə

Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan Respublikası və Rusiyanın Dağıstan Respublikası ilə sərhəddəki Tinov-Rosso (3385 m) zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-RossoBazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir.

Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryurd — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.

 
Böyük Qafqazın ən hündür zirvəsi Elbrus

Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycandakı hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusarçay, Qudyalçay və.s) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə — platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000–1100 m, cənub-şərqdə 150–200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır.

Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə enir. Gürcüstan ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.

Böyük Qafqazın subalp çəmənlikləri

redaktə

Alp qurşağına nisbətən daha geniş əraziyə malik olub 1600–1800 m-dən 2400–2600 m yüksəkliklərə qədər olan yüksəkliklərdə yayılmışdır.

Subalp yarımqurşağının iqlimi alp yarımqurşağı ilə müqayisədə landşaft komplekslərinin inkişafı üçün əlverişlidir. Bu ilk növbədə bu yarımqurşağın nisbətən aşağı hipsometrik səviyyədə yerləşməsi ilə əlaqədardır. Burada illik cəm günəş radiasiyası 135–140 kkal/sm2, illik radiasiya balansı 25 kkal/sm2 təşkil edir. Havanın ortaillik temperaturu müsbət 2–60, orta yanvar-minus 60, orta iyul temperaturu isə müsbət 150C təşkil edir. Ortaillik yağıntıların miqdarı 1300 mm olub, nəmləmə 300–240%-dir. Subalp yarımqurşağının 2600 m hündürlüklərində qar örtüyü yerdə 200 gün qalır.

Ərazinin makroyamaclarının ekspozisisyasından və hündürlüyündən asılı olaraq 5 və 100 artıq sutkalıq temperatur cəmi müxtəlif dərəcədə paylanmışdır. 100-dən artıq ortasutkalıq temperatur cəmi 1800–2600 m yüksəkliklərdə 1300–3000 arasında dəyişir. 50-dən artıq ortasutkalıq temperatur cəmi həmin yüksəkliklərdə 1900–9000 arasında tərəddüd edir.

 Alp qurşağına nisbətən subalp yarımqurşağında istilik ehtiyatının kifayət qədər olması qeyd olunan landşaft kompleksinin bitki tərkibinin müxtəlifliyinə səbəb olmuşdur. İki bitki qurşağı-Yuxarı hissədə alp çəmənləri, aşağı hissədə isə meşə bitkiləri arasında yerləşən subalp qurşağı hər iki bitki formasiyalarının elementlərini özündə əks etdirir.

Subalp yarımqurşağında torpaq örtüyünün formalaşması və inkişafı məlum fizcoğrafi qnunquyğunluqlara tabe olaraq əsasən iqlimdən ərazinin yüksəklikdən, yamacların ekspozisiyasından və relyefinmorfologiyasından asılıdır. Yüksək dağlığın subalp yarımqurşağında torflu dağ-çəmən, dağ-çəmən çimli, dağ-çəmən qaratorpaqlar inkişaf etmişdir. Bu qeyd olunan torpaq yarımtiplərindən başqa meşələrin subalp qurşağı ilə qovuşduğu yerlərdə dağ-çəmen-meşə torpaqları yayılmışdır.

Ərazinin dağ-çəmən torpaqları, xüsusilə Girdimançayını Pirsaatçayın yuxarı axarlarında və kəskin parçalanmış yamaclarda çay şəbəkəsinin sıxlığı, yamacların dikliyi, nizamsız otarma, gur yağışlar və digər amillərdən təsiri nəticəsində eroziya prosesləri inkişaf etmiş, torpaq qatı yuyulmuş, sürüşmələr, uçqunlar yaranmışdır.

Subalp çəmənliklərindən əsasən biçənək kimi istifadə olunur. Əlverişli termik rejim, nəmlənmə şəraiti ərazidə hündür, zəngin növ tərkibinə malik otların formalaşmasına səbəb olmuşdur. Bundan əlavə subalp çəmənliklərdə çoxlu sayda dərman bitkiləri vardır. Yüksək dağ çəmənliklərinin su, torpaqqoruyucu və eroziyaya qarşı mühafizə rolu vardır.[2]

Süxurlar

redaktə

Qafqaz dağlarının geoloji quruluşu haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, geoloq akademik Ə.Ş.Şıxəlibəyli Astraxanovka yaylasına təbaşir çöküntüləri örtüyü altında yatan çökmə süxur kompleksinin kaynozoy çöküntüləri olmasını şübhə altına almaqla, onların yura sisteminə aid olması haqda fikini söyləmişdir. Dibrar zonasından cənubda Taxtayaylaq sinklinalının, Altıağac antiklinalının və bir sıra başqa strukturların normal morfoloji quruluşu burada tektonik örtüyün özəyinin yerləşməsini də böyük şübhə altına qoyur.[3]

Böyük Qafqazın bəzi zirvələri

redaktə
Azərbaycan ərazisindəki

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Böyük Qafqaz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Azərbaycan Respublikasının Coğrafiyası I cild. Bakı 2014.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-12.