Azercell
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azercell — (Azercell Telekom” MMC) Azərbaycan telekommunikasiya şirkəti.
Azercell | |
---|---|
Azercell Telecom Məhdud Məsuliyyətli Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə |
Sənaye | Telekommunikasiya |
Təsis tarixi | 15 dekabr 1996 |
Baş qərargahın yeri | Bakı |
Struktur | |
İşçi sayı | ~1000 nəfər |
Ana şirkət | Azerbaijan International Telecom |
Rəhbərlik | |
Prezident | Zərinə Zeynalova |
Azercell Telekom | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktə“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,50%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,35% təşkil edir. Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb.
2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq 2020-ci ildə Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkət oldu. Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Azercell EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartına sahibdir.
"Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlayıb. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub.
Hazırda Azercell şirkətinin yeganə sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkətidir.[1]
Əhatə dairəsi və rominq
redaktəFəaliyyəti ərzində Azercell-in əhatə dairəsinə əhalinin 98,8035%, respublika ərazisinin isə 94,450% daxil edilib. 2022-2023-cü illər ərzində həyata keçirilmiş şəbəkənin irimiqyaslı genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində Bakı Metropoliteninin bütün metropolitenin bütün 24 stansiyası və tunelləri 4G şəbəkəsi ilə əhatə olunub.
Fakturalı xətt abunəçiləri üçün dünyanın 166 ölkəsinin 413 mobil rabitə operatorları ilə rouminq müqavilələri bağlanıb, SimSim abunəçiləri isə 109 ölkədə 251 operatorun xidmətindən istifadə edə bilər.
Statistika
redaktəAbunəçi sayı
redaktəƏn böyük müştəri bazasına malik Azercell 5.000.000-dan çox abunəçiyə xidmət göstərir
Bazar payı
redaktə"Azercell Telekom" MMC-nin Azərbaycanın mobil telekommunikasiya bazarındakı payı hal-hazırda 49% təşkil edir.
Dövlət büdcəsinə ödənişlər
redaktəÖlkənin ən iri vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə təqribən 167 milyon manat, 27 il ərzində isə ümumilikdə təxminən 2.4 milyard manat ödəniş edib.
Şirkət ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Tarixi
redaktə1996 |
|
1997 |
|
1998 |
|
1999 |
|
2000 |
|
2001 |
|
2002 |
|
2003 |
|
2004 |
|
2005 |
|
2006 |
|
2007 |
|
2008 |
|
2009 |
|
2010 |
|
2011 |
|
2012 |
|
2013 |
|
2014 |
|
2015 |
|
2016 |
|
2017 |
|
2018 |
|
2019 |
|
2020 |
|
2021 |
|
2022 |
|
2023 |
|
İstinadlar
redaktə- ↑ "Turkcell'in ortağı Azercell'i bitirdi". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
Xarici keçidlər
redaktə- Bu şirkət "Azercell Telecom"un səhmlərini aldı
- www.azercell.com
- Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
- Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır
- Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir
- ↑ "Azercell texnoloji innovasiyalarla yanaşı sosial məsuliyyəti də diqqət mərkəzində saxlayır". 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
- ↑ "Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir". 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
- ↑ "Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır". 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.