Aorslar
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Aorslar — Sarmatların qolu.
Etnonim
redaktəAorsların yaranması
redaktəAorsların tarixi
redaktəEramızdan əvvəl son əsrlərdə yuxarı aorslar deyilən sarmat-massaget mənşəli tayfalar Şimali Azərbaycan və Cənubi Dağıstanın alban tayfalarının həyatında müəyyən rol oynayırdılar.
I əsr müəllifi Pliniy yazır ki, udinlərdən şimalda Utidors adlı tayfa məskundur[1]. Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir[2]. Bu fikri inkişaf etdirən K. V. Trever oldu[3]. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur[4]. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim "utidur"- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir.