Akkumulyasiya (geologiya)

(Akkumulyasiya səhifəsindən yönləndirilmişdir)

Akkumulyasiya (lat. Accumulatio — yığılma, toplanma.) — axar suların, küləyin və s. özləri ilə apardıqları süxur hissəciklərin çökməsi prosesi. Yer kürəsindəki bir çox iri düzənliklər bu proses nəticəsində əmələ gəlmişdir (Kür-Araz, Mesopotamiya, Hind-Qanq və s.).[1]

Haqqında

redaktə

Akkumulyasiya quruda və ya dəniz, hövzə, çay dibində mineral maddələrin və orqanizm qalıqlarının toplanması. Akkumulyasiya denudasion prosesin əksi olmaqla, ondan asılıdır. Akkumulyasiya sahələri daha çox tektonik (çökəklik, sinekliz, sinklinallar və b.) və həm də denudasion (dərə və çuxurlar) mənşəli alçaq ərazilərdən ibarətdir. Akkumulyasiya nəticəsində toplanmış qatların qalınlığı denudasiyanın intensivliyindən, daşınma və çökəlmənin balansından asılıdır. Akkumulyasiya intensivliyi və çökmələrin tərkibi dəyişkən olub relyef əmələgəlmənin endogen və ekzogen prosesləri və çöküntütoplanmanın ritmik dəyişkənliyi ilə əlaqədardır.

Mənbə

redaktə
  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.

Həmçinin bax

redaktə