Abel Məhərrəmov

Azərbaycanlı kimyaçı alim

Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri.[1]

Abel Məhərrəmov
Doğum tarixi 5 yanvar 1950(1950-01-05) (74 yaş)
Doğum yeri
Anası Şəfiqə Məhərrəmova[d]
Elm sahələri kimya, üzvi kimya
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları "Şöhrət" ordeni "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi" yubiley medalı Commander of the Order of Faithful Service 2-ci dərəcəli "Əmək" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub[2]. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur.

1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini[3] qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.[4]

Oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir.

Elmi fəaliyyəti

redaktə

Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.

Üzvi kimya sahəsində

redaktə
  • İlk dəfə olaraq, üzvi kimyada "Dopinq effekti" kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir.
  • İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir.
  • Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur.
  • Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien komplekslərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaşmasında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir.
  • Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik aldehidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məhsulları, sonuncular əsasında isə müxtəlif quruluşlu azotlu alitsiklik, heterotsiklik, bitsiklik və spirotsiklik sistemlər alınmışdır.
  • Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır.
  • Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir.
  • Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir.

Analitik kimya sahəsində

redaktə
  • Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir.
  • β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər — azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir.

Neft kimyası sahəsində

redaktə
  • Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir.
  • Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir.

Polimer kimyası sahəsində

redaktə
  • Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-, İQ- spektroskopiya, skanedici elektron mikroskopu və digər müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. Sintez olunmuş polimerlərin sorbent, nanokompozitlərin stabilləşdiricisi kimi müvəffəqiyyətlə tətbiq oluna biləcəyi tövsiyə olunmuşdur.

Nanomaterialların sintezi və tətbiq sahələrində

redaktə
  • İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir.

Tədqiqat sahəsi

redaktə
  • On iki üzvlü tsikllərin konformasiyası; kükürdsaxlayan heterotsikllər; allilfenolların törəmələri; nanokimya, neftkimyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı — 1270
  • xaricdə çıxmış elmi əsərlərin sayı — 625
  • beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda map olunan məqalələrin sayı — 485
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı — 54
  • Kadr hazırlığı: −53
  • fəlsəfə doktorların sayı — 41
  • elmlər doktorların sayı −12
  • Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir
  • 10-a yaxın monoqrafiya çap olunmuşdur.
  • 37 dərslik və dərs vəsaiti çap olunmuşdur.
  • "Alkenilfenolların kimyası", "Aminotiollar və onların törəmələri" və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.

Mükafatları və tutduğu vəzifələri

redaktə
 
Dmitri Medvedyevə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010)
  • 1999-cu il – "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.
  • 11 fevral 2000-ci il – "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[5]
  • 2000-ci il – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) "Qızıl medal"ına layiq görülmüşdür.
  • 2001-ci il – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.
  • 2002-ci il – "İlin islahatçı rektoru" nominasiyası üzrə qalib olmuşdur.
  • 2003-cü il – "İlin rektoru" seçilmişdir.
  • 2004-cü il – "Azərbaycanın tanınmış alimləri" beynəlxalq müsabiqəsinin qalibi olmuş, "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif olunmuşdur.
  • 2004-cü il – Rumıniyanın Komandor dərəcəli ali "Qızıl ulduz" ordeni ilə təltif olunmuşdur.
  • 2005-ci il – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Dünyanın aparıcı təhsil xadimi" seçilmişdir.
  • 2007-ci il – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə "Qızıl buta" mükafatına layiq görülmüşdür.
  • 2007-ci il – "Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur.
  • 2008-ci il – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.
  • 2008-ci il – "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı ilə təltif olunmuşdur.
  • 2009-cu il – "Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi"nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur.
  • 30 oktyabr 2009-cu il – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[6]
  • 2009-cu il – "Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
  • 2010-cu il – "Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə" Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir.
  • 2010-cu il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir.
  • 2010-cu il – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir.
  • 2010-cu il – Amerika Bioqrafiya İnstitutu tərəfindən "Qızıl medal"la təltif edilmişdir.
  • 2010-cu il – "ECO-2010" Gənclər Koalisiyasının "Ekologiyanın Dostu" milli mükafatı verilmişdir.
  • 2010-cu il – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
  • 2011-ci il – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin "Şərəf və Vicdan" Avropa ordeni ilə təltif olunmuşdur.
  • 2011-ci il – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir.
  • 2011-ci il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən "Avrasiyanın fəxri" medalı ilə təltif edilmişdir.
  • 2011-ci il – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur.
  • 2011-ci il – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə "Turizmə dəstək" Gənclər Koalisiyası tərəfindən "Turizm-2011" mükafatı ilə təltif edilmişdir.
  • 2012-ci il – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən "Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı"na layiq görülmüşdür.
  • 2012-ci il – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir.
  • 2012-ci il – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir.
  • 2012-ci il – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
  • 2013-cü il – Avropa elmi-sənaye palatasının "Qızıl medal"ı və diplomu ilə təltif edilmişdir.
  • 2013-cü il – "Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilmişdir.
  • 2013-cü il – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Zəfər" yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur.
  • 2014-cü il – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir.
  • 2015-ci il – M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir.
  • 2015-ci il – Rusiya Federasiyası İstintaq Komitəsinin "Dəstəyə görə" medalı və "Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi"nə həsr olunmuş xatirə medalı verilmişdir.
  • 2015-ci il – "Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə" diplomu, "Qızıl medal"ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir.
  • 2015-ci il – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin "Qazax xanlığının 550 illik yubileyi"nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur.
  • 2016-cı il — "Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə" qızıl medal ilə təltif olunmuşdur.
  • 2017-ci il — "Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə" Beynəlxalq "Mahmud Kaşqari" mukafatına və medalına layiq görülmüşdür.
  • 2017-ci il — "Türk dövlətlərinin elmi əməkdaşlığının inkişafında səmərəli xidmətlərinə görə" Ümumdünya Türk Xalqları Assambleyasının qərarı ilə "Qızıl medal"a layiq görülmüşdür.
  • 2017-ci il – Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə "Aşıq Şəmşir" İctimai Birliyi tərəfindən Dədə Şəmşir diplomu ilə təltif olunmuşdu.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

redaktə
  • 1998-ci il – Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir.
  • 1999-cu il – Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü seçilmişdir.
  • 11 yanvar 1999 – 15 noyabr 2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.
  • 2000-ci ildən – "Üzvi kimya" ixtisası üzrə BDU-nun nəzdində yaradılmış Doktorluq və Namizədlik (fəlsəfə doktoru) Dissertasiya Şurasının sədridir.
  • 2001-ci il – AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002-ci il – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti seçilmişdir.
  • 2004-cü il – Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
  • 2005–2010 – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir.
  • 2007-ci il – AMEA-nın həqiqi üzvü seçilmişdir.
  • 2007-ci il – АМЕА-nın Kimya elmləri bölməsinin büro üzvü seçilmişdir.
  • 2008-ci il – Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının üzvü təyin olunmuşdur.
  • 2008-ci il – Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü seçilmişdir.
  • 2009-cu il – Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü seçilmişdir.
  • 2010-cu il – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir.
  • 2010-cu il – 16 saylı Yasamal II seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir.
  • 2012-ci il – Latviya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Elmi Şuranın üzvü seçilmişdir.
  • 2013-cü il – Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü seçilmişdir.
  • 2013-cü il – "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin üzvü seçilmişdir.
  • 2013-cü il – Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü seçilmişdir.
  • 2015-ci il — Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
  • 2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[7]

Seçilmiş əsərləri

redaktə
  • Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: "Wiley" publisher, 2015, 450 p. Abel M. Maharramov , Kamran T. Mahmudov, Maximilian N. Kopylovich, Armando J. L. Pombeiro
  • Advanced Nanocomposites: Types, Properties and Applications. New York: "Nova" publisher, 2013, 334 p. Abel Maharramov, Mahammadali Ramazanov, Mohammad Reza Saboktakin
  • Recent advances in bromination of aromatic and heteroaromatic compounds // Synthesis (Reviews and Full Papers in Chemical Synthesis) 2016, 48, p. 615–643. Leonid G. Voskressensky, Nikita E. Golantsov, Abel M. Maharramov
  • A new approach to ferrocene derived alkenes via cop.er-catalyzed olefi nation // Journal of Organic Chemistry. 2015, p. 2072–2078, V. M. Muzalevsky, A. V. Shastin, A. D. Demidovich, N. G. Shikhaliyech, V. N. Khrustalev, R. D. Rakhimov, S. Z. Vatsadze, V. G. Nenajdenko
  • CoII, NiII and UO2 II complexes with b-diketones and their arylhydrazone derivatives: Synthesis, structure and catalytic activity in Henry reaction // Polyhedron. 2015, 101, p. 14–22. Zhen Ma, Manas Sutradhar, Atash V. Gurbanov, Abel M. Maharramov, Rafiga A. Aliyeva, Farqana S. Aliyeva, Fidan N. Bahmanova , Vusala I. Mardanova, Famil M. Chyragov, Kamran T. Mahmudov
  • Nano-coupling of cephalosporin antibiotics with Fe3O4 nanoparticles: Trojan Horse approach in antimicrobial chemotherapy of infections caused by Klebsiella sp.. // Journal of Biomaterials and Nanobiotechnology. 2015, p. 225–235. U. A. Hasanova, M. A. Ramazanov, A. M. Maharramov, Q. M. Eyvazova, Z. A. Agamaliyev, Y. V. Parfyonova, S. F. Hajiyeva, F. V. Hajiyeva, S. B. Veliyeva
  • Halogen–bonded tris (2,4-bis(trichloromethyl)-1,3,5-triazapentadienato)- M(III) [M=Mn, Fe, Co] complexes and their catalytic in the peroxidative oxidation of 1-phenylethanol to acetophenone // New Journal of Chemistry. 2014, 38, p. 4807–4815. A. V. Gurbanov, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich, L. Martins
  • Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds // Coordination Chemistry Reviews. 2014, 265, p. 1–37. Mahmudov, Kamran T.; Kopylovich, Maximilian N.; Kurbanova, Malahat M.; Gurbanov, Atash V.; Pombeiro Armando J. L.
  • Synthesis and supramolecular arrangement of bis(2,4 — bis(trichloromethyl)-1,3,5-triazapentadie-nato)-M(II) [M = Ni(II), Cu(II) and Pd(II)] complexes // Journal of Molecular Structure. 2013, vol.1041, p. 213–218. N. Q. Shixaliyev, A. V. Gurbanov, N. V. Gurbanova, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich
  • A hexanuclear metalacrown palladium(II) cluster derived from 2-mercaptoethanol // Inorganic Chemistry Communications. 2013, vol.29, p. 37–39. K. T. Mahmudov, X. I. Hasanov, A. N. Azizova, K. Q. Ragimov, R. K. Askerov, M. N. Kopylovich, Z M.hen, A. J. L. Pombeiro
  • Regioselective CAC bond cleavage in arylhydrazones of 4,4,4-trifl uoro- 1-(thiophen-2-yl)butane-1,3-diones // Journal of Molecular Structure. 2013, vol.1050, p. 180–184. Reza Solhnejad, F. N. Bahmanova, F. S. Aliyeva, A. V. Kurbanov, R. A. Aliyeva, F. M. Chyragov, K. T. Mahmudov, M. N. Kopylovich
  • Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbohydrazonate ligands // Inorganic Chemistry Communications. 2013, vol.35, p. 13–15. Reza Solhnejad, F. N. Bahmanova, A. V. Kurbanov, R. A. Aliyeva, F. M. Chyragov, G. S. Mahmudova, K. T. Mahmudov, M. N. Kopylovich
  • Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction // Catalysis Today. 2013, Vol.217, p. 76–79. N. Q. Shixaliyev, A. V. Kurbanov, V. G. Nenajdenko, V. M. Muzalevskiy, K. T. Mahmudov, M. N. Kopylovich
  • Structure and supramolecular arrangement of bis(2,4 — bis(trichlormethyl)-1,3,5-triazapenta-dienato)-M(II)[M=Ni(II), Cu(II) and Pd (II)]complexes / Journal of Molecu;ar Structure. 2013, 1041, p. 213–218. Namiq Q. Shixaliyev, Atash V. Gurbanov, Nurana V. Gurbanova, Valentine G. Nenajdenko, Vasily M. Muzalevskiy, Kamran T. Mahmudov, Maximilian N. Kopylovich
  • New cobalt(II) and nickel (II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoantipyrine // Polyhedron. −44. 2012, p. 72–76. Perizad A. Fatullayeva, Ajdar A. Medjidov, Atash V. Gurbanov, Rizvan K. Askerov, Karim Q. Rahimov, Maximilian N. Kopylovich, Kamran T. Mahmudov, Armando J. L. Pomberio
  • Thermadinamics of dissociation of ortho-hydroxyphenylhydrazo- β-diketones and of their complexation with cop.er (II) in aqueousethanol solutions // Journal of Solution Chemistry. 2012, 41(4), p. 44–50. K. T. Mahmudov, Maximilian N. Kopylovich, R. A. Aliyeva I. A. Aliyev, A. A. Azizov, Armando J. L. Pomberio
  • Synthesis of hydroacridines and 1,8-dioxo octa hydroxanthenes using primary amino alcohols as reagent or catalysis via three-component condensation reactions // Journal of Chemical and Pharmaceutical Research. 2012, 4(2), p. 955–965. Shaaban K. Mohamed, A. A. Abdelhamid, A. N. Khalilov, Atash V. Gurbanov, M. A. Allahverdiyev
  • Synthesis and In-vitrophotodynamic studies of the superparamagnetic chitosan hydrogel/chlorine E6 nanocarriers // Medical Chemistry. 2012, 8, № 6. Mohammad Reza Saboktakin, Roya M. Tabatabaie, Fahimeh Satarzade Amini, Mohammad Ali Ramazanov
  • Composite oligomer constructed from tri- and tetranuclear butyltin (IV) / 25th International conference on organometallic chemistry. Portugal, 2012, PB.258. Kamran T. Mahmudov, Armando J. L. Pombeiro, Malgorzata J. Gajewska, M. Fatima C. Guedes da Silva, Maximilian N. Kopylovich
  • Structural and electronic characteristics of iron (III) oxide complexes with creka peptide analogs // Journal of Materials Science and Engineering. 2012, B2, p. 45–51. Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar

Ailəsi

redaktə

Ailəlidir, iki övladı, beş nəvəsi vardır.

İstinadlar

redaktə
  1. Vəzifəli kafedra müdirləri Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine  (az.)
  2. Pərvanə İbrahimova, Anzulə Əmirova. "Akademik zirvə" Arxivləşdirilib 2011-07-08 at the Wayback Machine. "Elçi" qəzeti, 06 – 08 may 2007-ci il.
  3. Amin Səfərli, Güllübulaqlı gənc kimyagər… Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine "Elçi" qəzeti, 10 – 16 oktyabr 2010-cu il.
  4. "A.M.Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 15 noyabr 2018. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2018.
  5. "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". https://e-qanun.az (azərb.). 11 fevral 2000. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.
  6. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.
  7. "Arxivlənmiş surət". 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.

Xarici keçidlər

redaktə